• Şikayət et

Kiyev şəhərinin meri: Türkiyə Ukraynanın həqiqi dostudur

Kiyev şəhər dövlət administrasiyasının başçısı Vitali Kliçko bildirib ki, Türkiyə ən çətin məqamda Ukraynaya yardım əlini uzadan həqiqi dost ölkədir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

V.Kliçko sonra deyib: “Biz görürük ki, kimlər Ukraynanın həqiqi, kimlər isə sözdə dost­larıdır. Türkiyə əməldə, dar gündə dost olan ölkədir. Biz bu yaxşılığı unutmayacağıq”.

Kiyev şəhərinin meri, həmçinin paytaxt­da, bütövlükdə ölkədə təhlükəsizlik sahəsində görülən işlər barədə də da­nışıb. Bildirib ki, bu il aprelin əvvəlində Ukrayna Ordusu Kiyev üzərində nəzarəti tam bərpa etsə də, paytaxta və ətraf yaşayış məntəqələrinə Rusiya tərəfindən hücum təhlükəsi hələ də qalır. Belə ki, Rusiya hərbçiləri hər an Kiyev istiqamətində hücum əməliyyatını bərpa edərək, şəhəri yenidən raket atəşinə məruz qoya bilərlər.

V.Kliçko, həmçinin bildirib ki, hər kəsə bəlli olduğu kimi, Ukrayna tarixən sülhsevər ölkədir. Ukrayna xalqı öz qonşularına qarşı heç vaxt ərazi iddiasında olmayıb və təcavüz törətməyib. Bu gün ukraynalılar qətiyyətlə öz doğma torpaqlarını qoru­maq əzmindədir. “Nə qədər ki, şəhər və kəndlərimizə bombalar yağdırılır, bizim öz Vətənimizi, ailələrimizi müdafiə etməkdən başqa seçimimiz qalmayıb”.

Kiyevin meri sonda qeyd edib ki, hazırda Ukraynanın humanitar və hərbi yardıma böyük ehtiyacı var. Dünya birliyi Ukraynanı təcavüz qarşısında tək qoymama­lıdır. O, sonra deyib: “Biz təkcə ailələrimizi, Vətənimizi qorumuruq, biz həm də bü­tün sivil, demokratik ölkələr üçün vacib olan dəyər və prinsipləri müdafiə edirik”.

Xatırladaq ki, hazırda Ukraynanın şərqində, Don­basda, eləcə də Mariupol istiqamətində ağır döyüşlər gedir.

Mənbə:
0
1669
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar