• Şikayət et

İtaliya Qərbi Balkanların Aİ-yə qoşulmasını dəstəkləyir

İtaliya Qərbi Balkanların Avropa İttifaqına (Aİ) qoşulmasını dəstəkləyir və bunu strateji əhəmiyyətli məsələ hesab edir.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Belqradda Serbiya prezidenti Aleksandr Vuçiç ilə birgə mətbuat konfransında bildirib.

“Yeni İtaliya hökuməti Balkanlara dair siyasəti strateji prioritet etmək qərarına gəlib. Etdiyimiz hər şey İtaliyanın Avropanın bu hissəsində iştirakını artırmaq və Serbiyadan başlayaraq Balkan ölkələrinin gələcəkdə Avropa Birliyinə üzv olmasını təmin etmək məqsədi daşıyan ümumi strategiyanın bir hissəsidir. Biz Serbiyanı namizəd ölkə kimi dəstəkləyirik və Balkanların tezliklə Avropa Birliyinin bir hissəsi olmasını istəyirik", -Tajani bildirib.

Albaniya, Şimali Makedoniya, Serbiya, Türkiyə və Monteneqro hazırda Aİ üzvlüyünə rəsmi namizədlərdir. Türkiyə Aİ-yə üzvlüklə bağlı ən uzun danışıqlar aparan ölkə olub - 2005-ci ildən Monteneqro 2010-cu ildən namizəd statusundadır. Ukrayna və Moldova bu yaxınlarda Aİ-yə üzv olmaq üçün namizəd statusu alıb. Bu ölkələrin heç birinin qəbulu üçün müəyyən bir müddət göstərilməyib.

 

Mənbə:
0
139
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar