İran Britaniyadan borcunu tələb edib

Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam İnqilabından öncə Britaniya hökumətinə hərbi müqavilə çərçivəsində ödənilən pulların qaytarılmasını tələb edib.

Bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan rəsmi Tvitter hesabında bildirib ki, Britaniya xarici işlər naziri Domenik Raabla telefon danışığında bir sıra qarşılıqlı əlaqələr müzakirə edilib və İran tərəfi Britaniyadan sabiq borcunun qaytarılmasını tələb edib.

Qeyd edək ki, İslam İnqilabından öncə 1,500 tank və zirehli texnikanın İrana satılması qarşılığında rəsmi Tehrandan 400 milyon funt-sterlinq alan Britaniya bu silahları İrana təhvil verməyib.

Mənbə:
0
166
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar