• Şikayət et

İran-Azərbaycan əməkdaşlığı bizə nələr qazandıracaq?

"Azərbaycan-İran əlaqələri çoxşaxəli və çox dərindir".

Bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, iki ölkə səhiyyə, ticarət, energetika, gömrük və iqtisadiyyatın digər sahələrində sıx əməkdaşlıq edir.

Ş. Mustafayev onu da qeyd edib ki, hazırkı əlaqələrin bir qədər də genişləndirməsi üçün böyük imkanlar var: “Azərbaycan, İran və Rusiyanı birləşdirən həmçinin, Hindistanı, cənubi şərq Asiya ölkələrini Skandinaviya ölkələri ilə birləşdirən bu dəhliz çox böyük önəm daşıyır. Ölkələr bi istiqamətlərdə işlər görürlər təşviq edirlər.Azərbaycan tərəf Astaradakı yük terminalının tikintisini bu ilin sonuna kimi başa çatdırır. Bu gün biz İranla Astara çay üzərində yeni avtomabil körpüsünün təməlini qoyacayıq.Bu ilin sonunda inşa olunub verilsin”.

Baş nazirin müavini İran tərəfinə işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa işləri və gələcək planları barəsində də məlumat verib.

O həmçinin, Azərbaycan, İran və Türkmənistan arasında bağlanan qaz sazişinin vacibliyinə də toxunub. "Bu saziş artıq yerinə yetirilir və Türkmənistan qazı İran infrastrukturu vasitəsi ilə Azərbaycana çatdırılır” - deyə o, bildirib.

Rüstəm Qasemi isə Azərbaycan və İran arasındakı iqtisadi əlaqələrin genişliyindən və onların inkişafı üçün yaranan imkanlardan danışıb. Nazir onu da əlavə edib ki, regionun tranzit imkanlarından istifadə hər iki tərəfə böyü imkanlar yarada bilər.

Mənbə:
0
116
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar