• Şikayət et

İntihar edən məhbus söyüşə görə qətl törədibmiş - TƏFƏRRÜAT

Gəncədə istintaq təcridxanasında intihar edən Maksim Əhmədovun məhkum edilmə səbəbi məlum olub.
Xeberoxu.Az APA-ya istinadla xəbər verir ki, cinayət hadisəsi ötən ilin dekabr ayında Tovuz rayonu, İbrahimhacılı kəndində qeydə alınıb.
Kənd sakini 41 yaşlı Maksim Əhmədovun hadisəni törətməsinə səbəb zərərçəkmiş şəxslər - Ənvər Alırzayev və qardaşı Fərman Alırzayevin onun ünvanına söyüş söymələri olub.
İstintaq materiallarında göstərilib ki, hadisədən bir neçə gün əvvəl Maksim Əhmədovun Rusiyada yaşayan qardaşı Ruslan ona zəng edərək Ənvər Alırzayevin oğlu Elşən Alırzayevin onu içkili vəziyyətdə evdən qovduğunu, daha sonra isə döydüyünü deyib.
İttiham olunan şəxs qardaşının niyə döyüldüyünü soruşmaq üçün Elşənin qardaşı Elnur Alırzayevə zəng vurub. Telefon danışığı zamanı Elşən qardaşını müdafiə edib, onu nalayiq ifadələrlə təhqir edib. Maksim Əhmədov da ona qarşı nalayiq ifadələr işlədərək telefonu söndürüb.
Bir gün sonra Elnur və Elşənin atası Ənvər Alırzayev Maksimə zəng edərək onu kəndin mərkəzindəki çayxanaya çağırıb.
Hadisə də bundan sonra baş verib. Maksim Əhmədov evdən götürdüyü bıçağı cibinə qoyub çağırılan ünvana yollanıb.
O, çayxanaya gəldikdən sonra Ənvərin qardaşı Fərmanın da onunla birgə olduğunu görüb.
Burada mübahisə düşüb. Mübahisə zamanı Ənvər Alırzayev Maksim Əhmədovun ailə üzvlərini söyüb, Ənvərin qardaşı Fərman isə onu yumruqla vurub.
Bu vaxt Maksim üzərində olan bıçaqla Ənvərin sol yuxarı nahiyəsinə, qardaşı Fərmanın isə qarın nahiyəsinə zərbə endirib. M.Əhmədov hadisədən sonra polisə zəng edərək könüllü təslim olub.
Ağır xəsarət alan Ənvər Alırzayev xəstəxanaya aparılarkən yolda ölüb, qardaşı Fərman Alırzayev isə xəstəxanaya yerləşdirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilən iclasda ittiham olunan şəxs özünü təqsirli bilmədiyini, lakin əməlindən peşman olduğunu bildirib.
Noyabrın 29-da elan olunmuş hökmə əsasən, Maksim Əhmədov Cinayət Məcəlləsinin 120.2.4 ((xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29 120.2.4 ((xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29 120.2.7 (29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirli bilinərək 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Maksim Əhmədov bu gün saxlanıldığı Gəncədəki 2 saylı İstintaq təcridxanasında damarlarını kəsərək intihar edib.

Mənbə:
0
144
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar