İlqar Cahangir Afaq Bəşirqızını qınayıb

Teatrların bağlı qalıb-qalmaması mövzusunda müzakirələr getdikcə artır. Xalq artisti Afaq Bəşirqızının açıqlamasından sonra narazı aktyorların qaldırdığı tufana Əməkdar artist İlqar Cahangir də qoşulub. Digər həmkarları kimi, o da Afaq Bəşirqızını qınayıb və teatrların tezliklə açılmasının vacibliyini vurğulayıb.

“Teatrlar mütləq açılmalıdır”, - deyə İlqar Cahangir Yenisabah.az-a bildirib.

Aktyor teatrların ən qısa zamanda açılmalı olduğunu deyib:

“Əgər ara məsafəsi qorunursa, vaksin pasportu varsa, niyə tamaşaçı gəlməsin?! İcazə verin, 500 nəfərlik zalda 200-250 nəfər gəlib tamaşaya baxsın. İnsanlar heç olmasa, mənəvi təzyiqləri üstündən götürmək üçün teatrlara gəlməlidir. Teatr ölkə üçün çox vacibdir. Bunu sahəyə rəhbərlik edənlər oturub düşünməlidir. Biz aktyorlar da hər zaman sözümüzü deyirik, etirazımızı bildiririk.

Hər kəs kimi hələ də gözləyirik. Adətən, yeni mövsüm sentyabrın 15-20-si arası açılırdı, amma mən bir-iki adamdan soruşdum, dedilər ki, hələ ki, xəbər yoxdur”.

Sənətçi iki ilə yaxındır səhnədən uzaq qalan teatrın yaradıcı heyətinin “paslandığını” qeyd edib:

“Yaradıcı adamlara pandemiya çox təsir edəcək. Elə teatrlar var ki, ildə 3-5 tamaşa oynanılır, onlara pandemiya o qədər də təsir etməyəcək, lakin yaradıcı teatrlara pandemiyanın mənfi təsirlərinin şahidi olacağıq. Adaptasiya üçün sənətçilərə bir müddət lazım olacaq. Bir neçə gün əvvəl rejissor dostlarımızdan biri ilə söhbət edirdim, tamaşa haqqında danışdıqca hiss edirdim ki, özündə də sıxlıq, müəyyən çatışmazlıqlar var, bəzi mövzularda artıq bir-birimizi başa düşə bilmirik. Teatr canlı sənətdir, gərək rejissorlar, aktyorlar daim bir-biri ilə ünsiyyətdə olsun. Bu olmayanda hiss edirsən ki, artıq nəsə çatmır. Sadəcə formal düşünürük, bəzi şeyləri hiss edə bilmirik. Bu baxımdan karantin yaradıcı teatrlara çox təsir edəcək”.

Mənbə:
0
96
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar