Günün transfer xəbərləri: "Çelsi" və "Adana Demirspor" dayanmaq bilmir

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

"Liverpool Echo" nəşri: "Liverpul" klubu braziliyalı futbolçu Felipe Coutinyonun (Felipe Coutinho) kluba qaytarmağı düşünür. Futbolçu özü də buna razıdır.

"Athletic" nəşri: "Leeds Yunayted" "Rencers"in oyunçusu Rayan Kentlə (Ryan Kent) müqavilə bağlamağa çalışacaq.

Canluka Di Martsio idman jurnalisti: "Roma" klubunun direktoru Tiaqu Pintu (Thiago Pinto) hazırda Londondadır və "Çelsi"nin futbolçusu Temmi Abrahamı (Tammy Abraham) kluba keçməyə razı salır.

Baş tutmuş transfer xəbərləri:

İvan İliç (İvan İlic) (20 yaşlı serbiyalı yarımmüdafiəçi)

"Mançester Siti"dən (İngiltərə) "Hellas Verona"ya (İtaliya) transfer olunub.

Transfer məbləği 7,5 milyon avro olan futbolçu klubla 5 illik müqavilə imzalayıb.

Birkir Byadnason (Birkir Bjadnason) (33 yaşlı islandiyalı yarımmüdafiəçi)

 

"Breşiya"dan (İtaliya) "Adana Demirspor" (Türkiyə) klubuna keçidi baş tutub.

Kluba azad agent qismində keçən futbolçu 2 illik müqavilə imzalayıb. Ötən mövsüm keçirdiyi 27 oyuna 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Romelu Lukaku (28 yaşlı hücumçu)

"İnter"dən (İtaliya) - "Çelsi"yə (İngiltərə) keçidi baş tutub.

Transfer məbləği 115 milyon avro olan futbolçu 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Rəşid Gezzal (Rachid Ghezzal)(29 yaşlı cinah oyunçusu)

"Lesester Siti"dən (İngiltərə) "Beşiktaş" (Türkiyə) klubuna transfer olub.

Transfer məbləği 3 milyon avro olan futbolçu 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

"Lids" klubunun baş məşqçisi Marselo Byelsa (Marcelo Bielsa) komandası ilə müqaviləsini 2021/22 mövsümünün sonuna qədər uzadıb.

 

Emin Şəmsiyev

Mənbə:
0
431
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar