• Şikayət et

"Grand Chess Tour": Şəhriyar Məmmədyarov üçüncüdür

ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" seriyasının rapid və blitz üzrə dördüncü mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, turnirdə daha 3 turun görüşləri baş tutub.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ikinci yarış günündə Ceffri Şonq, Samuel Şenklend və Lenyer Dominqeslə (hamısı ABŞ) üz-üzə gəlib.

Şonqla heç-heçə edən Məmmədyarov, Şenklendlə qarşılaşmadan məğlub ayrılıb. Təmsilçimiz altıncı turda Dominqesin müqavimətini 32-ci gedişdə qırmağı bacarıb.

Bu nəticələrdən sonra Şəhriyar 6 xalla turnir cədvəlinin 3-cü pilləsindədir. İlk sırada 9 xalla Fabiano Karuana (ABŞ) qərarlaşıb.

Qeyd edək ki, 10 qrossmeysterin iştirak etdiyi turnirə avqustun 16-da yekun vurulacaq. Mükafat fondu 150 min ABŞ dollarıdır.

Sahib Əsədbəyli

Mənbə:
0
1987
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar