• Şikayət et

“Erməni əsgər 1,5 ay ərzində palıd qozası yeyib, mühasirədə qalaraq ölüb” - Vrtanesyan

 

“Deyir ki, əsgər çətinliklərə də hazır olmalıdır, bəs nə bilirdiniz?”. Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, erməni əsgər 1,5 ay ərzində palıd qozası yeyib, mühasirədə qalaraq ölüb.

“Ölüb, çünki Nikol bu oğlanların valideynlərini əmin edirdi ki, hələ də sağ ola bilməzlər. O bununla öz hərəkətsizliyinə haqq qazandırırdı... Bəli, əsgər təbii olaraq çətinliklərə hazır olmalıdır, ancaq nə yerdə yatmalı, nə də xalqın verdiyi çadıra, yataq kisəsinə arxalanmalıdır. Parlamentin bufetini və İqtisadiyyat Nazirliyinin ayaqyolularını abadlaşdırmaq üçün yüz minlərlə dollar xərcləyirsiniz”, - deyə Vrtanesyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə:
0
1469
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar