Hindistanda hökumət baş nazir Narendra Modi Qucarat əyalətinin baş naziri olarkən, əksəriyyəti müsəlman olan 1000-dən çox insanın ölümünə səbəb olan hadisələrdən bəhs edən "Hindistan: Modi sualı" sənədli filminin birinci bölümü ilə bağlı bütün sosial media məzmununu bloklayıb.
Avropa.info xəbər verir ki, baş nazirin müşaviri Kanchan Gupta "Tvitter"də mövzu ilə bağlı yaydığı məlumatda Hindistanın İnformasiya və Yayım Nazirliyinin fövqəladə hallar çərçivəsində səlahiyyətlərindən istifadə edərək, BBC tərəfindən hazırlanan sənədli filmin birinci hissəsini paylaşan YouTube videolarını və "Tvitter" yazılarını bloklamaq qərarına gəldiklərini açıqlayıb.
Hindistanda hələ rəsmi olaraq nümayiş olunmayan sənədli film, Modinin 2002-ci ildə Qucarat əyalətinin baş naziri olduğu dövrdə əksəriyyəti müsəlman olan 1000-dən çox müsəlmanın ölümü ilə nəticələnən hadisələrdən bəhs edir.
Hadisələrdəki məsuliyyətinə görə 2005-ci ildə ABŞ və daha sonra Böyük Britaniya Modiyə səyahət qadağası qoyub.
Modi 2001-2014-cü illərdə Qucaratın baş naziri olub.
Hindistanın Qucarat əyalətində 27 fevral 2002-ci ildə Qodhra stansiyası yaxınlığında qatarın yanması nəticəsində 60 hindu zəvvarının ölməsindən sonra ştatda hadisələr başlayıb.
Yanğına görə müsəlmanları ittiham edən hindu dəstələri Qucarat ştatının müsəlman məhəllələrinə və kəndlərinə hücum edib, müsəlmanlar da daxil olmaqla ən azı 1000 nəfər öldürülüb, yüzlərlə qadın zorlanıb.
Hindistanın hazırkı baş naziri Narendra Modi qiyam zamanı Qucarat əyalətinin baş naziri vəzifəsini icra edirdi. Modi müsəlmanların öldürülməsinin qarşısını almaq üçün kifayət qədər səy göstərməməkdə günahlandırılıb.