“Dövlət rüsumu haqqında” qanundakı - DƏYİŞİKLİKLƏR, MƏBLƏĞLƏR

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər III oxunuşda qəbul edilib.

FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, dəyişikliklər 226 xidmət növü üzrə rüsumlara şamil edilir.

Dəyişikliklərə əsasən, nikahın qeydə alınması üçün dövlət rüsumunun məbləği 10 manata (hazırda 5 manat), nikahın pozulması üçün 20 manata (hazırda 15 manat), ad və soyadın dəyişdirilməsi üçün 15 manata (hazırda 10 manat), xarici pasportun dəyişdirilməsi üçün 60 manata (hazırda 40 manat), avtonəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsinin alınmasına (dəyişdirilməsinə) görə 40 manata (hazırda 20 manat), avtonəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının verilməsinə görə 30 manata qədər (hazırda 22 manat) artırılır.

Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı üçün rüsumun məbləği 100 manatdan 150 manata qədər artırılır.

Bundan başqa, investisiya təşviqi sənədinin alınması üçün dövlət rüsumu 70 manat məbləğində müəyyən edilir.

Həmçinin açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə, baytarlıq ekspertizası və digər xidmətlərə görə dövlət rüsumları müəyyən edilib, ipoteka müqavilələrinin rəsmiləşdirilməsi üçün rüsumlara yenidən baxılıb.

Dövlət rüsumlarının artırılmasının zəruriliyi inflyasiya, həmçinin rüsum tutulan bir sıra sənədlərin texnoloji cəhətdən yenilənməsi ilə izah olunur.

Maliyyə Nazirliyinin qiymətləndirmələrinə görə, dövlət rüsumlarının artırılması nəticəsində dövlət büdcəsinə 100 milyon manatdan artıq əlavə vəsait daxil olacaq.

0
119
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar