AK Partiya və MHP nümayəndə heyətləri prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyi üçün Ali Seçki Qurumuna müraciət edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat verib.
Prezident Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi üçün müraciəti AK Partiya Qrup sədri İsmət Yılmaz, MHP Qrup sədr müavini Erkan Akçay, AK Partiya sədr müavini Əli İhsan Yavuz və MHP sədr müavini Feti Yıldız verib.
AK Partiya və MHP TBMM qrupları martın 16-da ayrı-ayrılıqda keçirdikləri qapalı qrup toplantılarında Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı qərar qəbul ediblər.
Qadir, Bizimyol.info