• Şikayət et

Bayden Bakı və İrəvana diplomatik təmaslarda dəstək eyhamı vurdu - Rusiya və AB-dən sonra yeni vasitəçi?

Elşən Manafov: “Qarabağ məsələsinin tənzimlənməsi prosesində öz imkanlarından istifadə edəcəyini vəd edir”

ABŞ bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycanla Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır.

Məlum olduğu kimi, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda bildirilib.

O da məlumdur ki, Azərbaycan və Ermənistan arasında vasitəçi qismində Rusiya ilə Avropa İttifaqı çıxış edir. Birləşmiş Ştatlar uzun illərdir ki, sözügedən məsələdə aktiv iştirak etmir. Baydenin məktubda Bakı ilə İrəvana diplomatik təmaslarda kömək edə biləcəklərinə dair eyham vurması bununla bağlı müəyyən ümidlər yaradır. O baxımdan maraqlıdır, bundan sonra ABŞ da tərəflər arasında vasitəçi rolunda çıxış edə bilərmi?

“ABŞ bu yolla Azərbaycanda itirilmiş nufuzunu geri qaytarmaq ismarıclarını verir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bütün bunlara bir neçə prizmadan yanaşdı: “Hazırda münaqişə tərəfləri arasındakı danışıqlarda vasitəçi qismində Rusiya və Avropa İttifaqı iştirak edir. Ancaq Aİ, Rusiyadan fərqli olaraq, ciddi geosiyasi resurslara malik mərkəz deyil. Birliyin tərkibinə daxil olan ölkələr NATO çətiri altında cəm olublar. Burada isə əsas söz sahibi ABŞ-dır. Dünyanın yeni nizamı uğrunda mübarizə də hərbi guc və resurs imkanlarina görə ABŞ, Rusiya və Çin arasında gedir. Aİ-yə daxil olan dövlətlərin hərbi resurs və imkanları ABŞ-a adekvat deyil. Digər tərəfdən nəzərə almaq lazimdır ki, Qarabağla bağlı münaqişə tərəfi olan dövlətlər məhz Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatları dayandırıb növbəti dəfə atəşkəs barədə razılığa gəliblər. Münaqişənin doğurmuş olduğu problemlərin həllini özundə ehtiva edən Moskva bəyannaməsi Rusiyanın moderatorluğu ilə əldə olunub. Münaqişənin yenidən alovlanmasına yol verməmək, bölgədə nəhayət ki, dayanıqlı sülhə getmək məqsədi ilə münaqişə zonasına Rusiya sülhməramlılarının yeridilməsi ilə bağlı razılıqlar əldə edilib. Əlində 44 günlük savaşdan sonra Azərbaycanın müzəffər qələbəsi bölgə və onun ətrafında yeni geosiyasi reallıqlar yaradıb. Bu reallıqlar hələlik Ermənistan istisna olunmaqla bütün bölgə dövlətlərini, o cümlədən Şuşa bəyənnaməsindən sonra Azərbaycanla münasibətləri müttəfiqlik səviyyəsinə qaldiran Türkiyəni qane edir. Bölgə dövlətləri regionda dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması, bölgənin infrastukturunun yenilənməsi, loqistika və digər sahələrdə faydalı qarşılıqlı əməkdaşlığı genişləndirə biləcək 3+3 formatı çərçivəsində münasibətlərin qurulması ilə bağlı məsələlərdə razılığa gəliblər. Lakin bu razılıqlar onların əldə olunmasinda iştirak etməyən ABŞ-ı və onun təsir dairəsində olan ayrı-ayrı Avropa dövlətlərini qane etmir. ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun mahiyyətinə varir. O üzdən, Avropanı perspektivdə Rusiyanın enerji asılılığından qurtarmaq və ya heç olmasa onu minimuma endirmək üçün Azərbaycanla təmasları artırır. Ona Qarabağ məsələsinin tənzimlənməsi prosesində öz imkanlarından istifadə edəcəyini vəd edir. ABŞ-da gözəl başa düşürlər ki, Cənubi Qafqazın UDM-nin 75 faizini verən Azərbaycanla münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq müstəvisi üzərində qurmadan bölgə ugrunda Rusiya ilə geosiyasi qarşıdurmadan qalib çıxmaq, bölgədə Rusiyanın nüfuz dairəsini daraltmaq, onun təsir imkanlarını məhdudlaşdırmaq mümkun deyil”.

Politoloq hesab edir ki, ABŞ-ın bu gün danışıqlarda vasitəçilik etmək istəyi heç də Qarabağ probleminin ədalətli həlli ilə bağlı istək və arzulardan irəli gəlmir: “ABŞ bu yolla ATƏT-in Minsk Qrupunda həmsədr dövlət kimi Azərbaycanda itirilmiş nufuzunu geri qaytarmaq, digər tərəfdən isə bölgə uğrunda geosiyasi mübarizədə geri çəkilməyəcəyi ilə bağlı Rusiyaya ismarıclarını verir. Bu baxımdan perspektivdə Azərbaycanı Rusiya ilə münasibətlərə yenidən baxmaq, bu münasibətlərin ABŞ-ın istədiyi müstəvi üzərinə keçirilməsinə rəvac vermək də istisna deyil. Fikrimcə, bu, Ag Evin planlarına daxildir. Azərbaycana gəlincə, öz xarici siyasətini çoxvektorlu amillər üzərində quran iqtidar Qarabağ probleminin dövlətimizin ərazi bütövlüyü çərçivəsində istənilən tərəflə qarşılıqlı faydalı əməkdaşlığa hazırdır. Bu zaman prioritet olan isə dövlətin milli təhlukəsizlik maraqlarıdır”.

Politoloq onu da qeyd etdi ki, qarşıdakı dövrdə tərəflər arasında geosiyasi mübarizə güclənəcək.

Vidadi ORDAHALLI

Mənbə:
0
86
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar