• Şikayət et

Bakı polisi hər yerdə bu müəllimi axtarırı: 73 nəfəri aldadıb

Azərbaycan polisi külli miqdarda vəsaiti dələduzluqla ələ keçirməkdə təqsirli bilinən müəllimi axtarışa verib.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Həsənzadə Rahilə Əhməd qızı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunur.

Qeyd edək ki, bir neçə il əvvəl də Rahilə Həsənzadənin anoloji cinayətlər törətməsi ilə bağlı mediada məlumatlar yayılıb. Belə ki, 73 nəfər şikayətçi o zaman Suraxanı rayonu 104 saylı orta məktəbdə müəllim işləyən Həsənzadədən polisə şikayət ediblər. Şikayətçilər qeyd ediblər ki, adıçəkilən müəllim onların adına ləğv edilmiş “Dəmirbank”dan nə az, nə çox 200 min manat kredit götürüb.
Müəllimin Türkiyəyə qaçdığı bildirilir.

Mənbə:
0
206
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar