• Şikayət et

Azərbaycanda noyabrda mobil internetin sürəti azalıb

Bu ilin noyabr ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 28,25 Mbit/s təşkil edib.

Xeberler.az bildirir ki, "Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici oktyabr ayı ilə müqayisədə 4,6% azalıb.

2021-ci ilin noyabrında ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti oktyabr ayının göstəricisi ilə müqayisədə 4,5% azalaraq 8,27 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti isə müvafiq olaraq 29,06 Mbit/s və 8,53 Mbit/s təşkil edib. Noyabr ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 138 ölkə arasında üç pillə geriləyərək 64-ci yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (136,42 Mbit/s), Norveç (116,66 Mbit/s) və Cənubi Koreya (104,98 Mbit/s) daxil olub.

 

Mənbə:
0
1506
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar