• Şikayət et

Azərbaycanda karantin rejimi sərtləşdirilə bilərmi? - AÇIQLAMA

“İndidən Azərbaycanda payızda koronavirusla bağlı vəziyyətin necə olacağı ilə bağlı fikir söyləmək tezdir. Hazırda mövcud olan vəziyyət isə qənaətbəxşdir. Ümid edirik ki, payızda da vəziyyət dəyişməz və ya dəyişsə də, cüzi şəkildə özünü göstərər. Mövsümlə əlaqəli olaraq payız və qış aylarında koronavirus kimi bütün respirator infeksiyalara yoluxma hallarında artım müşahidə olunması təbii haldır. Azərbaycanda da belə bir hal qeydə alınarsa, təəccüblü nəsə olmaz”.

 

Bunu Pravda.az-a açıqlamasında həkim-infeksionist Nicat Əzimli deyib.

N.Əzimli qeyd edib ki, Avropanın bəzi ölkələrində koronavirusa yoluxma saylarında yenidən artım müşahidə olunduğu üçün müəyyən tədbirlər görülür: “Almaniyanın Səhiyyə Nazirliyi bir neçə həftə əvvəl payızda yoluxanların sayının artacağını, buna görə də maska tələbinin yenidən tətbiq ediləcəyinin planlaşdırıldığını bildirmişdi. Bu, onunla əlqələndirilir ki, əvvəlki illərdə, yəni COVİD–19 pandemiyası zamanı verilmiş qərarların gecikməsinə görə yoluxmalar artaraq idarəolunmaz həddə çatmışdı və qoyulan qaydaların effekti də, demək olar, yox idi. Ona görə də belə bir halın yenidən baş verməsinin qarşısını almaq üçün müəyyən qaydaları və tələbləri yoluxanların sayının kəskin artmasından əvvəl tətbiq etmək daha məqsədəuyğundur. Azərbaycanda belə bir addımın atılmasına ehtiyac olacaqmı? Bu haqda hələ hər hansı proqnoz yoxdur və bununla bağlı dəqiq fikir səsləndirilmir. Təbii ki, ehtiyac olarsa, müəyyən tədbirlər görülə bilər. Biz yenə də ümid edirik ki, yoluxanların sayı artmaz”.

 

Leyla Yusubova

Mənbə:
0
111
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar