• Şikayət et

Azər Yusiflinin şəhid olduğu yer ziyarət edildi - VİDEO

Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin qardaşı Xəzər Yusifli və yaxınları onun şəhid olduğu yeri ziyarət edib.

Bu barədə "Postmedia.az"a şəhidin yaxınları məlumat verib.

Ziyarət zamanı döyüş yoldaşları yaxınlarına bildirilib ki, A.Yusifli vandallardan təmizlədiyi və Azərbaycanın şanlı üç rəngli bayrağını sancdığı Zəngilan rayonu ərazisində erməni təxribatının qarşısını alarkən düşmənin atdığı güllə nəticəsində ağır yaralanıb. Daha sonra o, şəhidlik zirvəsinə yüksəlib.

Şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.

Məlumata görə, A.Yusiflinin şəhid olduğu yerdə onun son atdığı ehtimal olunan güllələrin gilizləri tapılıb.

Qeyd edək ki, A.Yusifli 1994-cü ildə Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Dəstəsinin baş giziri olmuş A.Yusifli Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 21-də Zəngilan döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. Doğulub boya-başa çatdığı Ağstafa rayonunun Böyük Kəsik kəndində dəfn edilib.

A.Yusifli ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Mənbə:
0
5489
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar