Aviabiletlərin qiyməti qalxacaq: Xəbərdarlıq edildi

“Ölkə daxilində aviabiletlərin qiymətlərində ciddi artım olmayacaq, amma beynəlxalq turizmə açıq olan ölkələr üçün satılan aviabiletlərin qiymətlərinin artması gözləniləndir”.

Turkustan.info xəbər verir ki, bunu Rusiyanın “Qaynar turlar” Turizm Agentliyinin direktoru Sergey Korçagin RİA “Novosti”-yə deyib.

Korçagin qeyd edib ki, ruslar üçün hələ də hava sərhədləri bağlı olan ölkələr var:“Bu sıradan olan ölkələr də tezliklə uçuşları bərpa edəcək və bu zaman həmin ölkələrə aviabiletlər də baha qiymətə satılacaq”.

Öz növbəsində”Solid” İnvestisiya və Maliyyə şirkətinin analitiki Yevgeni Mironyuk aviabiletlərin qiymət dinamikasının dünyada koronavirusla bağlı vəziyyətlə müəyyənləşdiriləcəyini söyləyib:“Delta” ştammının yaratdığı çətin epidemioloji vəziyyət səbəbindən hava səyahətinə olan tələb aşağı düşə bilər. Bu vəziyyətdə avqust ayında bilet qiymətlərindəki artım minimal olacaq. Epidemioloji vəziyyət, əksinə, normallaşarsa, aviabiletlərin qiymətləri il ərzində 15-20 faiz arta bilər. Bu, xüsusilə beynəlxalq marşrutlara təsir edəcəkdir”. /Cebhe.info/

 

Mənbə:
0
776
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar