Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general Nikolay Malomuj hesab edir ki, Putinin nüvə silahından istifadə edəcəyi ehtimalı azdır, lakin hadisələrin bu cür inkişafını istisna etmək olmaz və buna hazırlaşmaq lazımdır.
Moderator.az "UNİAN"a istinadla xəbər verir ki, ekspert bu haqda telemarafonun efirində danışıb.
"Putin folun(oyun qaydalarını pozma) astanasında son həddə qədər balans gözləməyə çalışacaq, nüvə qoşunlarını start vəziyyətinə gətirməyə hazır olduğunu nümayiş etdirəcək, hətta müəyyən dərəcədə bunu edəcək. Lakin bütün ölkələrin, xüsusən də təkcə Qərbin deyil, həm də bütün ölkələrin reaksiyasına baxacaq. Həm də Çin və digər ölkələr, xüsusən də "nüvə klubu" ölkələrinin... Onlar Rusiyaya çox güclü zərbə vura bilər, çünki o zaman nüvə zərbələrinin qarşısını almaq üçün heç bir maneə qalmayacaq. Amma bu, əlbəttə ki, bəşəriyyət üçün faciə olacaq...", - ekspert bəyan edib.
General əlavə edib ki, bir sıra dövlətlər, xüsusən də "nüvə klubu” ölkələri rus qoşunlarının hər bir hərəkətini izləyir və nüvə qüvvələrinə xüsusi diqqət yetirilir.
"... Onlar atılan nüvə raketlərini birbaşa Rusiya ərazisində vura bilərlər... Onların buraxılışı zamanı... Məsələn, ABŞ-dan əks-zərbələr ola bilər. Onlar artıq buraxılmış nüvə raketlərinə zərbə vura bilər...." - deyə Ukrayna generalı izah edib.