• Şikayət et

“Airbus”la “Qatar Airways” arasında qalmaqal böyüyür

"Airbus" şirkəti yanvarın 20-də "Qatar Airways"in 50 ədəd A321 Neo modeli ilə bağlı sifarişindən imtina etdikdən sonra 2 şirkət arasında narazılıq ən yüksək həddə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, qətərli aviadaşıyıcı A350 modelinin qüsurları barədə video hazırlayaraq öz saytında paylaşıb.

Videoda hava gəmisinin boya örtüyünün qopduğu, bəzi hissələrdə korroziyanın baş verdiyi aydın görünür. Qətərin dövlət qurumları ötən yayda bu problemə görə şirkətə məxsus A350 təyyarələrinin uçuşuna qadağa qoyub.

Məsələyə həm istehsalçı, həm də Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi münasibət bildirib. Hər 2 tərəf bildirib ki, boya örtüyünün pozulması uçuşların təhlükəsizliyinə təsir etmir. Problem başqa şirkətlərin hava gəmilərində aşkar edilsə də, istismar ayandırılmayıb.

"Qatar Airways" bu izahatla razılaşmayaraq təzminat tələbi ilə məhkəməyə müraciət edib.

Mənbə:
0
127
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar