• Şikayət et

“7or.am”: Bu, avtomatik olaraq NATO üzvü olan Türkiyənin rolunun kəskin artmasına gətirib çıxaracaq

 

Nikol Paşinyan Ermənistanı geosiyasi toqquşmaların qurbangahına qoymaq qərarına gəlib. Ermənistanda rəsmən anti-Rusiya siyasəti həyata keçirilir. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “7or.am” nəşri yazıb.

Qeyd olunub ki, anti-Rusiya təbliğatını Nikol Paşinyan təşkil və idarə edir.

“Nikoçular Rusiyanı düşmən elan ediblər. Bütün bunlar Rusiya ordusunun Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etdiyi və Ermənistan-Türkiyə sərhədini qoruduğu şəraitdə baş verir. Ermənistan bahasına Qərbdən sığınacaq almağı qarşısına məqsəd qoyan Nikol öz dərisini xilas etmək üçün “Qərb” oyunlarını oynamaq qərarına gəlib. İndi çox təhlükəli mərhələyə daxil olmuşuq. Ermənistanın varlığını Rusiya və İran təmin edir. Zəngəzur məsələsində sonuncunun mövqeyi son dərəcə vacibdir. Və bütün bunlara baxmayaraq, Nikol Paşinyan sərhədlərimizə Qərb müşahidəçilərini yerləşdirir ki, bu da təhlükəsizliyi təmin etməyəcək, əksinə İran və Rusiyanı bezdirəcək. Bu öz nəticələrini verməyə bilməz. Nikol Qərbin bizim təhlükəsizliyimizi təmin etməyəcəyini yaxşı bilir, amma Ermənistanın Zelenskisi olmağa razılaşıb.

ABŞ qarşısına Rusiyanı bölgəmizdən sıxışdırmaq vəzifəsi qoyub ki, bu da avtomatik olaraq NATO üzvü olan Türkiyənin rolunun kəskin artmasına gətirib çıxaracaq. Rusiya qovulduqdan sonra Ermənistanın varlığı şübhə altına alınacaq. ABŞ-ın Ermənistana qarşı heç bir işi yoxdur, amma Rusiya bunun nəticəsində zəifləsə, dövlətimizin ləğvini çox da ağır qəbul etməyəcək. Nikol anti-Rusiya oyununa razılaşıb və onu öz adından həyata keçirir. Ancaq bu, problemin yarısıdır. Problem ondadır ki, ABŞ-ın da bizim regionda İranla problemi var və İran amilini zəiflətməyi qarşısına məqsəd qoyub. Nikol bununla da razılaşıb. Nikolun siyasəti cinayətkar və xaindir. Onun uzaqlaşdırılması milli təhlükəsizliyin təmin edilməsi üçün bir nömrəli şərtdir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə:
0
1565
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar