• Şikayət et

NeoCoV xəbərdarlığı: İnsanlara yoluxsa mövcud peyvəndlər xilas edə bilməyəcək

Çin alimləri Cənubi Afrikada aşkar edilən NeoCoV virusunun yüksək ötürülməsi və ölüm nisbəti barədə xəbərdarlıq ediblər.
 
Aztibb.az xarici mediaya istinadən xəbər verir ki, ölüm və ötürmə nisbətinin yüksək olduğu bildirilən NeoCoV yeni bir virus deyil.
 
MERS-CoV ilə əlaqəli NeoCoV virusu 2012 və 2015-ci illərdə Yaxın Şərq ölkələrində yayılan epidemiyalarda aşkar edilib və insanlarda koronavirusa səbəb olan SARS-CoV-2 ilə oxşarlıqlar daşıyır.
 
Cənubi Afrikada yarasa populyasiyasında aşkar edilən NeoCoV-un indiyə qədər yalnız bu heyvanlar arasında yayıldığı məlum olsa da, https://www.biorxiv.org saytında ilk çap olaraq dərc edilən yeni tədqiqat NeoCoV və onun yaxın qohumu PDF- 2180-CoV-un insanlar arasında da yayla biləcəyini istisna etmir.
 
Uhan Universiteti və Çin Elmlər Akademiyasının Biofizika İnstitutunun alimlərinin fikrincə, virusun insan hüceyrələrinə sızması üçün yalnız bir mutasiya kifayətdir.
 
Araşdırmaların nəticələrinə görə, yeni koronavirusla əlaqəli potensial təhlükə onun ACE2 reseptoruna koronavirus patogenindən fərqli şəkildə bağlanmasıdır.
 
Buna görə də tənəffüs sistemi xəstəlikləri olan və ya peyvənd olunmuş insanlarda əmələ gələn nə antikorlar, nə də zülal molekulları NeoCoV-dan qoruya bilməz.
    Mənbə:
    0
    112
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar