Nazir: "Bodrumdakı yanğın nəzarət altına alındı"

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli Bodrumda yanğının nəzarət altına alındığını açıqlayıb.

Nazir bildirib ki, Muğlanın Bodrum və Milas rayonlarında baş verən yanğınlar İçmeler və Gökpınar nahiyəsindəki tərsanələrin və otellərin yerləşdiyi bölgəyə çatmışdı: "Alovlar 85 evin olduğu Mazı məhəlləsi və Armutçuk mahalına da yayılmışdı. Yanğın səbəbiylə iki məhəllə təxliyə edildi".

Bodrum bələdiyyə sədri Əhməd Arasın sözlərinə görə, hər kəsin çox diqqətli olması lazımdır: "Burda nəfəs almaqda çətinlik çəkirik".

Digər tərəfdən, Bodrumun Umurca mahalında meydana gələn yanğın 10 saat sonra nəzarət altına alınıb. Alovların 50 hektar əraziyə ziyan vurduğu öyrənilib.

Mənbə:
0
124
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar