Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb.
8 iyulda keçiriləcək iclasın gündəliyinə 14 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
2. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
3. "Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
4. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" Müqavilənin təsdiq edilməsi və "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
6. "Məhkəmələr və hakimlər haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Dəniz limanları haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
7. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi"ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
8. "Yol hərəkəti haqqında", "Prokurorluq haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Notariat haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnformasiya əldə etmək haqqında", "Biometrik informasiya haqqında", "Fərdi məlumatlar haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
9. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
Milli.Az
Stress həyatımızın ayrılmaz hissəsinə çevrilib. Qızamüddətli, güclü olmayan streslər insan sağlamlığı üçün ziyanlı deyil və hətta faydalı sayılır.
Əksinə isə uzunmüddətli, xroniki streslər insanın orqanizminə ciddi ziyan vurur və bir çox xəstəliklərin və o cümlədən ürək-damar, endokrin və s. xəstəliklərin inkişafına təkan verir.
Stressi azaltmaq məqsədi ilə müxtəlif üsullardan istifadə etmək olar. Bu musiqi dinləmək, idman, hobbi, açıq havada gəzintilər, fiziki iş və s. ola bilər. Hər insan özünə uyğun olanı seçir.
Saglamolun.az oxucularına stressin səviyyəsini çox yaxşı azaldan və daha az bilinən üsulla tanış edir. Tanınmış rusiyalı həkim-psixoterapevt Andrey Kurpatov müsahibələrdən birində bildirib ki, elmi araşdırmaların nəticələrinə görə kitab oxumaq stressi çox tez və əhəmiyyətli dərəcədə azaldır. Kitabı oxumağa başlayandan 6 dəqiqə sonra stress 60% azalır və insan özünü daha rahat hiss etməyə başlayır. Kitabın janrı burada heç bir rol oynamır. Bu detekviv, sentimental roman və ya ciddi elmi məqalə ola bilər. İstənilən halda kitab stressi azaldır.
Mütəxəssis elektron deyil, adi kağız kitabları seçməyi tövsiyə edir.
Milli.Az
İnsan şeytanı (lən) nə zaman ağladır?Tarixə nəzər salsaq, görərik ki, Adəm övladının yerinə yetirdiyi bəzi əməllər həmişə şeytanı narahat etmiş, hətta ağlatmışdır da.
1. O zaman ki, Həzrət Adəm (ə) tövbə edir və Allah da tövbəsini qəbul edir, məlun şeytan ürəkdən elə bir nalə çəkir ki, yerlə göyün mələklərinin diqqətini çəkir və hamısı onu lənətləyir.
2. O gün ki, Həzrət Yusif (ə) Züleyxanın əlindən qaçır, şeytan ürəkdən nalə çəkir və mələklər səsini eşidib onu lənətləyirlər.
3. Qədir-Xumda Həzrət Peyğəmbər (s) Həzrət Əlini (ə) xəlifə elan edən zaman şeytan nalə çəkir və deyir: "İndi mən nə edim?! Çarəm yoxdur!".
Övladlarını toplayıb deyir: "Bacardığınız qədər insanları şəkkə salın və Əli (ə) məhəbbətini ürəklərində elə artırın ki, onu tanrı hesab etsinlər ki, onun yolundan ayrılıb cəhənnəmlik olsunlar".
4. Aşura günü min bir oyun çıxarır və İmamı (ə) şəhid edəndən sonra bütün şeytanlar (lən) şadlıq edirlər. Şeytan deyir: "Alahın xəlqini yolundan azdırdım və məqsədimə çatdım".
O zaman ki, şeytan İmam Hüseyn (ə) ziyarətinin savab və məqamından agah olur, etdiklərindən peşman olur. Nalə çəkir və bütün mələklər onu lənətləyir. İnsanlar daha çox behiştə daxil olmağa başlayırlar.
5. O zaman ki, Həzrət Peyğəmbər (s) peyğəmbərliyə çatır, insanları nadanlıq və cəhalətdən xilas edir, şeytan nalə çəkib ağlayır.
6. O zaman ki, mübarək "Həmd" surəsi nazil olur. İblis fəryad çəkir və deyir: "Bu surə Adəm övladlarının bağışlanmağına səbəb olacaqdır".
7. İmam Sadiq (ə) buyurur: "O zaman ki, insan Allah qarşısında səcdə edir və onu uzadır, şeytan narahatlıqdan fəryad çəkir. Bir kənara gedib ağlmağa başlayır və deyir:
"Vay olsun mənə! Bu Allah bəndəsi Ona necə itaət edir və Onun qarşısında torpağa düşür, halbuki, mən Ona günah etmişəm və Adəmə (ə) səcdə etməmişəm"".
8. Mömin möminlə görüşən zaman şeytan o qədər narahat olur ki, üzünə vurub əl və ayaqlarını yaralayar.
9. Sədəqə verən zaman. Həzrət Peyğəmbər (s) bir gün şeytandan soruşur: "Ey məlun! Niyə sədəqə verməyə mane olursan?".
Deyir: "Ya Rəsulallah! Əgər mişarı mənim başıma qoysalar və bir ağac və çubuq kimi başımı mişarlasalar, mənim üçün insanların sədəqə verməsindən daha rahat olardı".
Həzrət (s) soruşur: "Bəs sədəqə niyə səni narahat edir?".
Deyir: "Sədəqə verməkdə beş xüsusiyyət vardır: malı çoxaldır, xəstələrə şəfa verir, bəlanı dəf edir, sədəqə verənlər Siratdan işıq sürəti ilə keçərlər, hesab vermədən behiştə daxil olarlar və onlar üçün əzab yoxdur".
Həzrət Peyğəmbər (s) buyurur: "Allah sənin əzabını çox etsin!".
Milli.Az
Rusiya bazarını tərk edən Amerikanın McDonald's şirkətinin restoranları texniki səbəblərə görə Qazaxıstanda fəaliyyətini dayandırıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.
"Hörmətli qonaqlar! Nəzərinizə çatdırırıq ki, McDonald's restoranları texniki səbəblərdən müvəqqəti olaraq bağlanıb. Xəbərlərimizi izləyin, restoranların işini nə vaxt yenidən bərpa edəcəyi barədə sizə mütləq məlumat verəcəyik. Yaranmış narahatlığa görə üzr istəyirik", - deyə restoranın sosial şəbəkələrin birindəki rəsmi səhifəsində bildirilir.
Güman edilir ki, Qazaxıstana xammal gətirən rəsmi təchizatçı Rusiyadan getdiyi üçün Qazaxıstandakı restoranlar bağlana bilər.
Milli.Az
Allah niyə dinimizi İslam adlandırmışdır?Allah Təala sonuncu Peyğəmbəri (s) tərəfindən bizlərə elə misilsiz din nazil etdi ki, tayı-bərabəri yoxdur və insanlardan istədi ki, onu can və ürəklə qəbul etsinlər.
Dinimiz elə əvvəl günlərindən İslam adlandırılmışdır. Sonuncu İlahi din kimi bəşərə təqdim edilmişdi. "Şübhəsiz (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din, Allah yanında həmin İslamdır". ("Ali-İmran" 19).
"İslam" kəlməsinin mənası "Təslim olmaq" deməkdir. Yəni, Allahın əmrləri qarşısında təslim olmaq. Əslində hər bir zaman və əsrdə dinin ruhu Allaha təslim olmaqdan başqa bir şey olmamışdır. Sadəcə adları fərqli olmuşdur: Musəvilik, Məsihilik...
Qeyd etmək lazımdır ki, hər bir din təhrif və dəyişdirilməmişdən əvvəl bir-biri ilə heç fərqlənmirdi. Hər birinin bünörəsində tövhid, yeganəpərəstlik, Allahın əmlərini yerinə yetirmək dururdu.
Daha aydın olmaq üçün deyə bilərik ki, hər bir tövhid dininin üç hissəsi olmuşdur: əqaid, əxlaq və əhkam.
Əqaid və əxlaq bölmələri bir-biri ilə həmahəng olmuşdur. Aralarında elə bir mühüm fərq olmamışdır. Lakin üçüncü bölməsi olan əhkamda aralarında fərq vardır. Əslində bu fərq həmin əhkamın keyfiyyət və kəmiyyətində olmuşdur. Lakin hər birinin hədəfi tövhid olmuşdur.
Namaz, oruc, hicab - ancaq İslam dininə aid deyildir. Başqa dinlərdə də mövcuddur. Nümunə üçün deyə bilərik ki, Həzrət İsanın (ə) gətirdiyi dində namaz ən mühüm vacibat hesab edilirdi. Həzrət İsa (ə) doğulduğu ilk gündən insanlara namaz haqqında danışaraq heyrətə salmışdı.
Quran buyurur: "(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən - Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib. Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki, sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb". ("Məryəm" 30-31).
Zərdüşt dininə nəzər salan zaman da görmək olur ki, namaz onların dinində də ən mühüm vacibat hesab olunmuşdu. Onların namazı müsəlmanların namazına çox bənzəmişdir. Onlar da gündə beş dəfə xüsusi dualarla namaz qılardılar.
Lakin onun həqiqi siması necə olmuşdur, əlimizdə dəqiq məlumat yoxdur. Bu gün zərdüşt dininin namaz kimi tanıtdığı əməli həqiqi namaz kimi qəbul etmək olmaz. Çünki onların bu gün namaz dediyi əməl mahnı oxumağa oxşayan bir işdir.
Yəhudi dinində də namazın xüsusi əhəmiyyəti vardır. "Şübhəsiz, bu Mənəm - tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!". ("Taha" 14).
Həzrət Musa (ə) Şuəyblə bağladığı müqavilənin zamanı sona çatanda həyat yoldaşı ilə uşağını götürüb Misirə yollanır. Yolu azır və gecə çox qaranlıq idi. Qoyunlar səhrada dağılmağa başladı. Odun qalamaq istəyir ki, soyuq havada həyat yoldşı ilə övladı üçün isti ocaq olsun, lakin od yanmır.
Bu zaman hamilə arvadının sancısı başlayır. Ağır bir tufan onları əhatə edir. Musa (ə) uzaqdan bir nur görür, ancaq o, od deyildi. Bəlkə İlahi nur idi. Musa (ə) elə bilir ki, orada od vardır, həmin tərəfə gedir. O, yaxınlaşan zaman səs eşidir.
Allah yuxarıdakı ayədə söylədiklərini Musaya (ə) söyləyir. Həzrət Musa (ə) bu səsi eşidən zaman həyəvanlanır və özünü itirir. Allah özünü tanıdandan sonra Musa (ə) ən mühüm vəhyi göndərir və ona namaz qılmasını əmr edir. Bəli, bu ayə onu göstərir ki, Allah yəhudilərin peyğəmbərinə də namaz qılmağı vacib buyurmuşdur.
Ona görə də deyə bilərik ki, namaz - elə bir ibadətdir ki, bütün dinlərdə mövcuddur. Lakin bunu nəzərə almaq lazımdır ki, İslam dinindən savayı qalan dinlər təhrif olmuş və dəyişdirilmişdir. Bundan başqa, əvvəlki dinlər İslam dini ilə müqayisədə naqisdir. Lakin İslam dini kamil bir dindir.
Çünki İlahi ayələr Peyğəmbərin (s) ürəyinə nazil olmuş və Quran kitabı nazil olduğu kimi yazılmışdır. "Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim". ("Maidə" 3).
Allah Təala bizləri İslamın həqiqi ardıcıllarından qərar versin.
Milli.Az
İnsanın dilinin rəngi mədə-bağırsaq traktının (GİT), öd kisəsinin, qaraciyərin, ağciyərlərin, böyrəklərin, ürək-damar sisteminin və ya müxtəlif infeksiyaların müxtəlif xəstəlikləri haqqında məlumat verə bilər.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Atlas" klinika şəbəkəsinin otorinolarinqoloqu Svetlana Zimina Ura.ru-ya müsahibəsində deyib. Mütəxəssis qeyd edib ki, dil çox vaxt müəyyən xəstəliklərin göstəricisi olmaqla orqan və sistemlərin vəziyyətini əks etdirir.
"Dilin səthindəki ərpin rəngindən, qalınlığından və dildə yerləşməsindən, həmçinin ağızdan gələn qoxudan asılı olaraq həkim müəyyən bir xəstəlikdən şübhələnə bilər. Ağ, boz və ya sarı ərp mədə-bağırsaq problemlərini göstərə bilər. Məsələn, qastrit, enterokolit, mədə və ya bağırsaq xorası. Ərpin sarı rəngi öd kisəsi və qaraciyər problemləri ilə əlaqəli ola bilər", - həkim açıqlamasında bildirib.
Həkim dilin ön və yan hissələrindəki ağ ərpin ağciyər və böyrəklərdə sağlamlıq problemlərinə işarə edə biləcəyini qeyd edib. Qalın və bərk ağ ərp bəzən SARS və qripli xəstələrdə intoksikasiya sindromu ilə meydana gəlir. Həkim qeyd edib ki, bu rəngli ərp həm də göbələk infeksiyasını göstərə bilər.
Dilin bənövşəyi rəngi bəzən ürək-damar sistemi xəstəlikləri ilə, maviyə yaxın ərp böyrək xəstəlikləri ilə, parlaq dil dəmir, vitamin B12 və PP çatışmazlığının əlaməti, solğun rəng isə anemiya ilə bağlı ola bilər. Həkim vurğulayıb ki, dildə baş verən müxtəlif dəyişikliklər xəstəliklərin əlamətlərindən yalnız biridir, diaqnozu təsdiqləmək üçün xəstə daha ətraflı müayinədən keçməlidir:
"Dilin səthindəki ərpi nəzərə almaq lazımdır, ancaq diqqəti təkcə buna yönəltmək olmaz. Sağlam insanın dili solğun çəhrayı olur, bəzən nazik qoxusuz ərp ola bilər, ancaq ərpin rəngi və qalınlığı dəyişdikdə ağızda pis qoxu yaranır ki, onda həkimə müraciət etməlisiniz".
Milli.Az
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Qiesen Universitetinin dosenti, alim Mixael Reynhard Hessi qəbul edib.
Milli.Az bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Görüşdə alim M.Hess "Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu" adlı kitabını nazir Ceyhun Bayramova təqdim edib. Alim qeyd edib ki, kitabı yazmaqda əsas məqsədi Qarabağın və Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini geniş oxucuların diqqətinə çatdırmaqdır. O, kitabın ölkəmizlə bağlı elmi araşdırmalar aparan şəxslər üçün etibarlı mənbə qismində çıxış edəcəyini bildirib.
Nazir Mixael Hessə təşəkkürünü ifadə edib. O, Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı xarici mütəxəssislər, elm adamları tərəfindən araşdırmaların aparılmasının vacibliyini vurğulayıb və bu mənada kitabın dəyərinin yüksək olduğunu söyləyib. Nazir, alman dilində dərc olunan kitabın gələcəkdə digər xarici dillərə də tərcümə edilməsinin əhəmiyyət kəsb etdiyini qeyd edib.
Ceyhun Bayramov alman alimi Mixael Hessə gələcək fəaliyyətində uğurlar arzu edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
Daxilimizdəki riyanı necə tanıyaq?İnsan bəzən öz ibadətində olan riyanı görmür və əsas etibarilə, etdikləri ibadətləri xalis hesab edər. Bundan əlavə, elə namazqılanlar və ibadət edənlər vardır ki, öz ibadətləri ilə əslində digər insanların gözünü boyamaqdan başqa məqsədləri yoxdur.
Bəs nə edək ki, ibadətlərimizin keyfiyyətini müəyyən edə bilək?
Riyanı ixlasdan ayırmaq üçün Məsumlarımız (ə) bizə bəzi tövsiyələr vermişlər.
Həzrət Peyğəmbər (s) buyurur: "Riyakarın dörd nişanəsi vardır:
1. Başqalarının yanında özünü itaətə həris kimi göstərər.
2. Tək olan zaman süstlük və tənbəllik edər.
3. Hər işində təriflənmək istəyər.
4. Zahirdə özünü insanların nəzərində yaxşı nişan verməyə səy göstərər".
Əmirəl-möminin (ə) buyurur: "Riyakarın dörd nişanəsi vardır:
1. Tək olan zaman halsızdır.
2. İnsanların arasında fəaldır.
3. Əgər hansısa işini tərifləsələr, onu daha çox yerinə yetirər.
4. Əgər tərifləməsələr, az yerinə yetirəcəkdir".
Milli.Az
Panik atak, heç bir real təhlükə və ya bəlli bir səbəb olmadıqda ciddi fiziki reaksiyalara səbəb olan güclü qorxunun qəfil epizodudur. Panik atak çox qorxulu ola bilər. Həyəcan tutmaları baş verdikdə, nəzarəti itirdiyiniz, infakt keçirdiyiniz və ya hətta öldüyünüzü düşünə bilərsiz.
Bir çox insanlar həyatlarında yalnız bir və ya iki dəfə həyəcan tutmaları keçirirlər. Stressli vəziyyət sona çatdıqda tutma yox olur. Ancaq təkrarlanan, gözlənilməz həyəcan tutmaları keçirmişsinizsə, və ya yenidən keçirəcəyinizin qorxusuyla yaşayırsınızsa sizde panik pozulma vəziyyəti ola bilər.
Panik atakların həyat üçün bir təhlükəsi olmasa da, onlar qorxulu ola bilər və həyat keyfiyyətinizə əhəmiyyətli dərəcədə təsir edə bilər.
Simptomları
Həyəcan tutmaları adətən anidən başlayır. Onlar istənilən vaxt - maşın sürərkən, alış-veriş zamanı, yuxuda olarkən və ya işgüzar görüş zamanı başlaya bilər.
Panik atakların bir çox variasiyaları var, lakin simptomlar bir neçə dəqiqə ərzində maksimuma çatır. Panik atak keçirdikdən sonra özünüzü yorgun və halsız hiss edə bilərsiz.
Həyəcan tutmalarına adətən bu simptomlar daxildir:
- yaxınlaşan təhlükə hissi
- idarəetməni itirmə hissi və ya ölüm qorxusu
- ürək çırpınmaları
- tərləmə
- titrəmə
- nəfəs darlığı və ya boğazda sixilma hissi
- üşümə
- ürəkbulanma
- qarında spazmlar
- sinədə ağrılar
- başağrıları
- başgicəllənmə
- uyuşma və ya qarışqa gəzməsi hissiyyatı
- istigəlmələr
- ayrılıq hissi
Həyəcan tutmalarının ən pis tərəfi yenidən həyəcan tutmasını keçirəcəyinizə dair qorxu hissidir. Panik atakdan o qədər qorxa bilərsiz ki, onun baş verə biləcəyi vəziyyətlərdən uzaq qaçırsiniz.
Nə vaxt həkimə müraciət etmək lazımdır?
Panik atak əlamətləriniz varsa, mümkün qədər tez mütəxəssisə müraciər edin. Həyəcan tutmaları çox narahat edici olsa da təhlükəli deyil. Ancaq panik atakları təkbaşına idarə etmək çətindir və müalicə olmadan daha da pisləşə bilər.
Həyəcan tutmaları simptomları infakt kimi daha ciddi sağlamlıq problemlərinin simptomlarına da bənzəyir, buna göre də simptomlarınıza nəyin səbəb olduğuna əmin deyilsizsə, müəyyən müayinələrlə digər diaqnozlar inkar olunmalıdır.
Səbəblər
Panik ataklara və ya panik pozulmalara nəyin səbəb olduğu bilinmir, lakin aşağıdakı amillər rol oynaya bilər:
- genetika
- böyük stress
- stresse qarşı daha həssas və ya mənfi duyğulara meylli temperament
Həyəcan tutmaları birdən-birə və əvvəlcədən heç bir əlamət olmadan baş verir. Lakin zaman keçdikcə onlar adətən müəyyən vəziyyətlərdən qaynaqlanır.
Bəzi araşdırmalar göstərir ki, bədənimizin təhlükəyə qarşı təbii mübarizə reaksiyası həyəcan tutmalarının yaranmasında iştirak edir. Məsələn, bir ayı arxamızca gələrcə vücüdumuz instiktiv olaraq reaksiya verir. Vücudumuz həyati təhlükəsi olan bir vəziyyətə hazırlaşdıqca ürək döyüntümüz və tənəffüzümüz sürətlənir. Eyni reaksiyaların çoxu həyəcan tutmalarında da baş verir. Ancaq bəlli bir təhlükə olmadığı halda həyəcan tutmasının niyə baş verdiyi məlum deyil.
Risk faktorları
Həyəcan pozulmasının simptomları daha çox yeniyetməliyin sonlarında və ya erkən yetkinlik dövründə başlayır və kişilərdən daha çox qadınlara təsir göstərir.
Panik atak və ya panik pozulmanın inkişaf riskini artıran amillərə aşağıdakılar daxildir:
- ailə üzvləri arasında panik ataklı xəstənin olması
- sevilən birinin ölümü və ya ciddi xəstəliyik kimi əsas həyati stress
- cinsi təcavüz və ya ciddi qəza kimi travmatik hadisə
- həyatınızdakı əsas dəyişikliklər, məsələn, boşanma və ya ailədə yeni körpənin doğulması
- siqaret çəkmək və ya həddindən artıq kofein qəbulu
- uşaqlıqda fiziki və ya cinsi istisma
Fəsadlar
Müalicə edilməmiş panik atak və ya panik pozulma həyatınızın demek olar ki, hər sahəsinə təsir edə bilər. Həyəcan tutmalarının başlamasında o qədər qorxu yaranır ki, daim bir qorxu vəziyyətində yaşayırsız və həyat fəaliyyətini pozursunuz.
Panik atakların səbəb ola biləcəyi və ya əlaqəli ola biləcəyi ağırlaşmalara aşağıdakılar daxildir:
- avtomobil sürmək və ya evi tərk etmək qorxusu kimi xüsusi fobiyaların inkişafı
- sağlamlıq problemləri və digər tibbi səbəblər üçün tez-tez tibbi yardım
- sosial vəziyyətlərdən qaçınmaq
- işdə və məktəbdə problemlər
- depresiya, narahatlıq pozulmaları və digər psixiatrik pozulmalar
- intihar düşüncələrinin artması
- alkoqol və digər maddələrdən sui-istifadə
- maliyyə problemləri
Bəzi insanlar üçün panik pozulmalarına aqorofobiya - həyəcan tutmanız varsa qaça bilməyəcəksiniz və ya kömək ala bilməyəcəyinizdən qorxduğunuz üçün sizi narahat edən yerlərdən və ya vəziyyətlərdən qaçmaq, daxil ola bilər. Yaxud da evinizi tərk etmək üçün yanınızda kiminsə olmasına arxayın ola bilərsiz.
Qarşısının alınması
Həyəcan tutmalarının və ya panik pozulmalarının qarşısını almaq üçün xüsusi bir yol yoxdur. Ancaq bu tövsiyyələr kömək edə bilər:
- Panik atakların pisləşməsini və ya daha tez-tez baş verməsini dayandırmaq üçün mümkün qədər tez müalicə alın.
- Residivlərin və ya panik atak əlamətlərinin pisləşməsinin qarşısını almaq üçün müalicə planınıza dəqiq eməl edin.
- Narahatlıqdan qorunmaqda rol oynaya biləcək müntəzəm fiziki fəaliyyətlə məşğul olun.
Nevroloq Sevinc Mir Seyid
Milli.Az
Rusiyanın Azərbaycan sərhədlərinin bir kilometrliyində hərbi baza tikməsi gündəmin ən çox müzakirə edilən mövzusuna çevrilib. Məlumata görə, Tavuş vilayətinin Berd rayonunun Ayqepar kəndi yaxınlığındakı keçmiş hava limanının ərazisində Rusiya hərbi bazasının aktiv tikintisi aparılır. Ayqepar kəndi isə Azərbaycanın Əlibəyli kəndindən bir kilometr aralıda yerləşir və 44 günlük müharibədən əvvəlki aktiv toqquşma zonası hesab olunur.
Milli.Az konkret.az-a istinadən bildirir ki, politoloq Cümşüd Nuriyevin fikrincə, əslində Rusiya Azərbaycanın qələbəsinə necə kölgə salacağını bilmir: "Çünki onlar Şuşanın alınmasını gözləmirdilər. İndiyə qədər də bunu özlərinin ən böyük siyasi və hərbi səhvi hesab edirlər. Görünən odur ki, Rusiya artıq hərəkətə keçib. Doğrudur, biz bunu rəsmi şəkildə etiraf edə bilmərik. Çünki Rusiyanın Ermənistanla təxminən 2040-cı ilə qədər müqaviləsi var. Amma həmin ərazidə əslində Rusiyanın hərbi baza tikməyinə ehtiyac yoxdur. Çünki rusların Gümrüdə hərbi bazaları yerləşir. Görünən odur ki, bizim Laçında hava limanı tikməyimiz, Kəlbəcərdə KOMANDO açmağımız Rusiyanı qıcıqlandırır. Doğrudur Milli təhlükəsizliyimizlə bağlı BMT-də məsələ qaldıra və sərhəddə güllə məsafəsində hərbi bazanın tikintisinə etiraz edə bilərik. Amma hesab edirəm ki, bu cür təhdidlərdən qorxmağa ehtiyac yoxdur".
Cümşüd Nuriyevin sözlərinə görə, Rusiyanın ölkəmizdəki 5-ci kolonu Azərbaycana qarşı qisasa hazırlaşır: "Bu birmənalı belədir. Qisasın arxasında duranlar isə həm parlamentdə, həm də hökumətin içində məskən salıblar. Əsas məsələ ölkənin daxilində qarışıqlıq və çaxnaşma yaratmaqdır. Bunlar iki məntəqəni geri istəyirlər. Birincisi Şuşa, ikincisi isə Hadrutdur. Beşinci kolonun fəlsəfəsinə baxanda onlara sifarişin kim tərəfindən verildiyinin əhəmiyyətli olmadığını görürük. Onlar icarədə olan şəxslərdir. Öz beyinlərini satırlar. Millətə və dövlətə nə ziyan dəyəcəyini isə düşünmürlər. Azərbaycan isə öz sərhədlərində yeni problemlər istəmir. Lakin biz istəməsək də, bu problemləri hazırlayan qüvvələr mövcuddur. Bu qüvvələrin içərisində bizimkilərin olması isə çox ağrılıdır".
Milli.Az
Qaraqalpaq Muxtar Respublikasında baş verənlərin səbəbi konstitusiyaya edilən dəyişikliklər olsa da, önə çıxan müəyyən suallar məsələyə fərqli kontekstdə baxmağı zəruri edir:
- Özbəkistan bu dəyişikliyə niyə indi gedir?
- Etirazlarda kənar qüvvələrin rolu varmı?
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Konstitusiyanın 70-ci maddəsinə edilən təklifdə "suveren Qaraqalpaq Respublikası Özbəkistan Respublikasının tərkibindədir, Qaraqalpaq Respublikasının suverenliyi Özbəkistan tərəfindən qorunur" qeydindən "suveren" sözü çıxarılır, o cümlədən, 74-cü maddəsində "Qaraqalpaq Respublikasının Özbəkistan Respublikasından referendum əsasında ayrılmaq hüququ var" sözləri dəyişdirilir, respublikanın qanunverici, icra və məhkəmə hakimiyyətinin səlahiyyətləri Özbəkistan qanunvericiliyinə uyğunlaşdırılır.
Rəsmi Daşkənd bu addımı mümkün risklərə qarşı atır: 1924-cü ildə yaradılan Qaraqalpaq Muxtar Respublikası 1930-cu ilə qədər Qazaxıstanın, daha sonra Rusiyanın, ondan sonra Özbəkistanın tərkibinə daxil olub. 1991-ci ildə Moskvanın dəstəyi ilə müstəqilliyini elan edib, 1993-cü ildə Özbəkistanın tərkibinə qatılmaq haqda müqavilə imzalayıb. Bu müqavilənin müddəti 20 illik idi. 2013-cü ildə - müqavilənin müddəti bitəndə müstəqillik haqda danışanlar olsa da, İslam Kərimov inzibati müdaxilə ilə bu məsələni bağladı. Mirziyoyevə Kərimovdan qalan miraslardan biri də Qaraqalpaqın statusunun həll edilməsi məsələdir. Kərimovun dövründə "müstəqillik" haqda danışmayan Qaraqalpaq fəalları Mirziyoyevin zamanında, xüsusilə 2019-cu ildən bunu dilə gətirirlər. "Alqa Qaraqalpaqıstan" partiyası "Qaraqalpaq respublikasının mühacirət hökuməti"ni elan edib, əsas fəaliyyətləri Moskvada, müəyyən fəaliyyətlər Almatıda həyata keçirilir.
2019-cu il Özbəkistanın Türkiyə ilə yaxınlaşma siyasətini daha açıq müstəvidə keçirdiyi tarixdir. Kərimovdan fərqli olaraq Mirziyoyev Türk Şurasına üzvlük yolunu tutdu, 2019-cu ildə türk ittifaqının qurulması istiqamətində mühüm görüşlərdən olan Bakı zirvəsində də iştirakçılar arasında idi və nəhayət Özbəkistan da Türk Dövlətləri Təşkilatına üzv oldu. Mirziyoyevun xarici siyasətini Kərimovdan fərqləndirən amil də daha açıq olmasıdır: Rusiya, Qərb və Çinlə bərabər səviyyədə əlaqələr qurur, iqtisadi bağları Pekinlə gücləndirməklə yanaşı, Ankara üzərindən Qərbə körpülər salır. Və Moskvanın KTMT-yə üzv olmaq təklifini iki dəfə geri çevirib.
Daşkənd Moskva ilə birbaşa əlaqələrə üstünlük versə də, bu, Rusiyanı qane etmir və bu ilin əvvəlində Qazaxıstanda yaşananlardan sonra Putin Lukaşenkonun dili ilə Özbəkistana xəbərdarlıq mesajı vermişdi.
"Özbəkistan dərs çıxarmalıdır, məlumatımıza görə onların (terrorçuların) baxışları ora yönəlib", - Lukeşanko deyirdi.
Özbəkistana qarşı daxildə iki təxribat xətti mümkündür:
Birincisi, Özbəkistan İslam Hərəkatı;
İkincisi, Qaraqalpaq Respublikası;
İslam Hərəkatı Kərimovun dövründə ciddi şəkildə neytrallaşdırılıb və hazırda daha zəif kartdır. Qaraqalpaq daha riskli kartdır və istisna deyil ki, Mirziyoyev məhz bu kartı neytrallaşdırmaq məqsədilə konstitusiyada qaraqalpaqların "suverenliyi və Özbəkistandan ayrılma hüququna" dəyişiklik etmək istəyib: 2019-cu ildən sonra gündəmə gətirilən "müstəqillik" iddiaları və növbəti hədəfin Özbəkistan olması gözləntiləri bunu zərurətə çevirir;
Nukusda baş verənlər, etirazçıların dövlət binalarını ələ keçirmək cəhdi, onlarla insanın ölümü, yüzlərlə insanın yaralannması ilə nəticələnən hadisələr Özbəkistana qarşı "qaraqalpaq kartını" saxlamaq məqsədi daşıyır. Hələki buna nail oldular, çünki konstitusiyada qaraqalpaqlarla bağlı dəyişikliklər təxirə salındı. Lakin bu prosesin başlanğıcı hesab edilə bilər: Daşkənd bu təhlükəni aradan qaldırmaq, bu təhlükədən Özbəkistana qarşı istifadə edənlər saxlamaq uğrunda döyüşəcək.
Milli.Az
Təqdim etdiyimiz qarışıq immuniteti gücləndirir, orqanizmi lazım olan vitaminlər və minerallarla təmin edir. Saglamolun.az bildirir ki, soyuq fəsillərdə bu xüsusilə vacibdir.
Hazırlanması:
1/2 stəkan kişmiş, 1/2 stəkan ərik qurusu, 1/2 stəkan qara gavalı, 1 stəkan qoz ləpəsi, 1/2 stəkan badam yaxşı yuyulur, qurudulur və blenderdən keçirilir. Kütləyə 150 qr bal və 1 ç.q. darçın əlavə olunur, qarışdırılır.
Qarışığı 1-2 gün qaralıq yerdə saxlayın və sonra istifadə edin. Böyüklər gündə 3 dəfə 1 xörək qaşığı, 3 yaşdan yuxarı uşaqlar gündə 2 dəfə 1 çay qaşığı qəbul edə bilərlər. Hazır qarışığı soyuducuda saxlayın.
Milli.Az
"Hamı bu gün "copy-past" sifətdir. Plastik əməliyyata yaxşı baxıram, amma normal formada. Mənim gözümdə problem var, gözüstü əti kəsdirəcəm. Plastik cərrahiyə təhlükəlidir. Hansısa bir sinir bizi paraliç edə bilər. Bundan qorxuram. Amma gözətrafı normaldır, gözəlləşdirmək, üz formamı dəyişmək üçün yox, problemi aradan qaldırmaq üçün edirəm".
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova "10-da görüşək" proqramında deyib. İfaçı plastik əməliyyatlardan danışıb. İlhamə xanımların son günlər bir-birinə bənzəsiyini bildirib.
Müğənni "Bəs, kişilərin plastik əməliyyat etməsi" sualına belə cavab verib:
"Xoşlamıram... Bilmirəm... Bəylərin qırışı da, mimikası da ona xarizma verir. Saçı düzəltməyi anlayıram. Saç töküləndə insan formadan düşür, əkdirə bilər. Üzə mezo və digər baxım edilə bilər. Amma dəyişmək, plastik əməliyat etməməlidir. Heç kimlə işim yoxdur, amma ətrafımda olan kişilərin etməsini istəmərəm".
Milli.Az
Polşanın "Lex" klubunda yeni mövsüm öncəsi kapitan dəyişikliyi olmayacaq.
Milli.Az "Report"a istinadən xəbər verir ki, bu vəzifəni əvvəlkitək Mikhael İshak yerinə yetirəcək. Yeni baş məşqçi Con van den Brom da bu məsələdə 29 yaşlı forvarda etimad göstərib.
Evdə "Qarabağ"a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda da kapitan sarğısını isveçli hücumçu daşıyacaq.
Qeyd edək ki, bu gün Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.
Milli.Az
Müğənni Kərim Abbasovun boşanan qadınlarla bağlı dediyi qalmaqallı sözlərə Xalq artisti Alim Qasımov özünəməxsus reaksiya verib.
Xanəndə sosial şəbəkədə Kərimin videosuna şərh yazıb.
"Sənin canın üçün kişinin xanımı qaçmaz sənin kimilərdən..." - Alim Qasımov şərhdə qeyd edib.
Qeyd edək ki, Kərim "Kişi gedib ikinci dəfə evlənəcək, ay yazıq qadın, sən nə edəcəksən? Gedib boşanacaqsan, uşaqla qalacaqsan evin bir küçündə. Bəlkə ərə gedəcəksən, o da bilinmir, uşaqla kimdir səni alan? Ya da aliment alacaqsan, oturacaqsan evdə tək. Boşandın, bitdi" - sözlərinə görə sosial şəbəkələrdə xeyli tənqid olunmuşdu.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
Finlandiyanın Helsinki Universitetinin mütəxəssislərinin araşdırmalarına görə, süni mayalanma yolu ilə doğulan körpələr daha ağıllı olurlar, lakin təbii yolla doğulmuş körpələrə nisbətən onlar psixi sağlamlıq problemlərinə daha çox meyllidirlər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, alimlər 1995-2000-ci illər arasında Finlandiyada doğulmuş 280 000-ə yaxın gənci 18 yaşlarına qədər izləyiblər.
Nəticələrə görə, süni mayalanma yolu ilə doğulan körpələrin təhsilində daha yaxşı göstəricilər əldə edilib. Bununla yanaşı, onların psixi sağlamlıq problemləri, xüsusən də narahatlıq və ya depressiya diaqnozu qoyulma riskləri yüksək olub.
Milli.Az
Rejissor Kənan M.M. TikTok-dakı fəaliyyətindən danışıb.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkədəki aktivliyindən danışıb. Kənan bildirib ki, TikTokda yetəri qədər reytinq qazanıb:
"TikTok-da elə tutuzdurmuşam ki, elə bilirəm 20 ildir yanlış işlə məşğul oluram. "Maşın" şouya gedəndə də deyirdik ki, heç nəyi yoxdur, mahiyyəti nədir? Əlini onun üstünə qoyanda prinsip başlayır. Göndərilən hər hədiyyənin 70 faizini TikTok götürür. 1000 manat olanda onun 700 manatı gedir, sənə 300 manat qalır. Canlı yayımı açanda baxırsan biri oynayır, deyirsən, nəyə görə buna hədiyyə atım: şəxsiyyətinə, yayım apardığına, sənətinə... Qalmaqal edənlərdən izləyicilər uzaqlaşır. İnsan telefon arxasında necədirsə, qarşısında da elədir. Bəzən deyirlər, TikTok-da bəzilərinin üzü göründü. Sadəcə, sizin fürsətiniz olmayıb onları görəsiniz".
Milli.Az
Əməkdar artist Nahidə Orucova aparıcıları tənqid edib.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, aktrisa "MTV maqazin"ə açıqlamasında onların ləhcə ilə danışdığını deyib. Orucova aparcılara peşəkarlardan dərs almağı məsləhət görüb:
"Sənətdə şivə, ləhcə, dialekt olmayıb. Sırf əbədi danışıq olub. Camaata da bunu ötürməliyik ki, öyrənsin. Heyif ki, bu ləhcə imkan vermir. Məktəblər açılıb, peşəkar aparıcı və diktorlar dərs deyir. Gedib orada dərs keçsinlər, onun yolunu bilsinlər. Aparıcılıq mənə mane olurdu: tamaşalarım qalırdı, seriallardan imtina edirdim. Ona görə də bir ildən sonra aparıcılıqdan imtina etdim".
Milli.Az
Özünü 12-ci İmam Mehdi kimi təqdim edib 50-yə yaxın vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Babayev Aqil Zalış oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Aqil Babayev bu illər ərzində inanclı insanlar arasında özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib. Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsilə paylanıldığı görüntüsü yaradıb. Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən Müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb.
Rəsmi məlumatda deyilir ki, bu illər ərzində topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. İş üzrə zərərçəkən şəxs qismində tanınan təxminən 50-yə yaxın vətəndaşın hər biri Baş İdarədə dindirilib və onlar ifadələrində həmin şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldıqlarını bildiriblər.
Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Aqil Babayev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, Aqil Babayev "ŞaurmaN1" restoranlar şəbəkəsinin şəriki olub.
Milli.Az