Millət vəkili: Ağıllı sayğacların parametrlləri dəqiqləşməlidir

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Emerji resurslardan səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi zamanı çıxış edən millət vəkili Vüqar Bayramov layihədə nəzərdə tutulan ağıllı sayğacların parametrlərinin dəqiqləşmədiyini bildirib.

O əlavə edib ki, layihədə nəzərdə tutulan sayğaclar mövcud sayğaclardan fərqlənmir. Bu məsələnin dəqiqləşdirilməsinə ehtiyac var. Vüqar Bayramov bildirib ki, qanun layihəsinin adında və əsas anlayışlar bölməsində enerji effektivliyi və enerji səmərəliliyi ayrıca terminlər olaraq qeyd olunur. Layihənin 2.1.2 maddəsində enerji effektivliyi və 2.1.4. enerji səmərəliliyi fərqli anlayışları təqdim olunur. Aydındır ki, bir sıra inkişaf etmiş ölkələrdə energy effectivess və energy efficency fərqli terminlər kimi təqdim olunsa da 2012-ci ildə Avropa Birliyinin direktivi məhz enerji səmərəliyi ilə bağlı olmuşdur və praktik olaraq sinonim sözlər olan effektivlik və səmərəlilik vahid termin olaraq təqdim olunur. Bu baxımdan müzakirə etdiyimiz layihədə oxşar yanaşmadan istifadə daha məqsədə uyğun olardı.2.1.8. enerji auditorunun yalnız fiziki şəxs olması nəzərdə tutulur, amma nəzərə almaqlazımdır ki, oxşar hüquqi şəxslər də təklif edir və bu baxımdan status diskirminasiyasıarzu olunan deyil.4-cü maddə dövlət siyasətinin əsas məqsədilərini təsbit edir. 4.1.2. rəqabətli iqtisadi inkişafın təmin edilməsi məqsədinin qeyd olunması pozitiv məqamdır. Bununla yanaşı, sözügedən maddə çərçivəsində özəl sektorun, xüsusən də startap-ların enerji səmərəliyinin əldə edilməsində iştirakının təşviq edilməsi məqsədəuyğun olardı.

Maddə 6-da enerji auiditinin nəticələrinin ictimailləşdirilməsi məsələsinin də öz əksini tapması məqsədə uyğun olardı. Eyni zamanda 6.4-cü maddədə nəzərdə tutulan məcburi enerji audit üçün müəyyənləşdirilmiş 3 il müddətinin azaldılması və auditin maliyyələşmə mənbələrinin istiqamətlərinin müəyyənləşdirilməsi yaxşı olardı.11-ci maddədə istehlak olunan enerjinin ölçülməsi məqsədi ilə ağıllı sayğaclardan istifadə nəzərdə tutulur. Ağıllı sayğacın izahatı əsas anlayışlar bölməsində təqdim olunsa da bu sayğacların hazırda istifadə olunan sayğaclardan fərqinin nədən ibarət olacağı aydınlaşmır.11.2-də daha məqsədəuyğun olardı ki, ağıllı sayğaclar zədələndiyi və ya dəyişmə zərurəti yarandığı halda onların təchizatçının vəsaiti hesabına dəyişdirilməsi qeyd olunsun. Ümumiyyətlə, yaşayış mənzilindən kənarda quraşdırılan bu sayğacların qorunmasına təchizatçının özünü məsul olması vacibdir.Bərpa olunan enerji mənbəsindən istifadə sadəcə 15-ci maddədə təşviq edici tədbirlərin biri kimi qeyd olunur.

Halbuki, Azərbaycanda bərpa olunan enerji mənbəsindən istifadə, yaşıl zonanın formalaşdırılması bu dekadanın 5 əsas prioritetlərindən biri kimi qiymətləndirilmişdir. Halbuki, 2007-ci ildə dünya üzrə eleketrik enerjisi istehsalının 20%-i bərpa olunan enerji mənbələrindən meydana gəlirdisə, 2020-ci ildə bu göstərici 28%-ə yüksəlib. 2025-ci ildə qlobal elektrik istehsalının 33%-ni təşkil edəcək. Son 10 ildə günəş və külək enerjisi istehsalının maya dəyəri müvafiq olaraq 89% və 70% azalıb.

Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 MVt olaraq dəyərləndirilir. Bunun 23000 MVt-ı günəş, 3000 MVt-ı isə külək enerjisinin payına düşür. Bu baxımdan, enerji səmərəliyinin gücləndirilməsində bərpaoluna enerjidən istifadənin xüsusi təşviq edilməsinə ehtiyac var.

Mənbə:
0
49
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar