• Şikayət et

Meymunçiçəyi analizi haradan götürüləcək: burundan, yoxsa yaradan?


Xəbər verdiyimiz kimi, Azərbaycana artıq meymunçiçəyi testləri gətirilib. Ölkənin səhiyyə qurumları meymunçiçəyinə ciddi hazırlaşır.

Bəs budəfəki testlər necədir? Haradan analiz götürüləcək? Koviddəki kimi, yoxsa bədəndəki yaradan?


Bu barədə Bakupost.az -ın suallarını infeksionist Mərdan Əliyev cavablandırıb:



"Meymunçiçəyi analizi qandan, tənəffüs yollarından və bədəndəki yaradan yaxma yolu ilə götürülür.

Azərbaycana PZR testi gətirilib. Çox güman ki, bu testlər koviddə olduğu kimi yuxarı tənəffüs yollarından yaxma ilə götürüləcək.
Rahat və tez olması üçün əlbəttə ki, burundan götürmək daha uyğundur. Qan analizi xəstəliyi daha gec göstərir. Bədəndə çıxan çiçək yaraları isə zatən artıq insanın yoluxduğunun əyani göstəricisidir. Bu artıq gecikmiş mərhələdir.

Yaralara qədər insanda hərarət, intoksikasiya, ağrı, əzginlik olur. İlkin mərhələdə PZR testi daha informativdir.
Bu infeksiya koronavirusdakı qədər tənəffüs yolları ilə yoluxduruculuğu çox deyil.

Əgər ölkəmizdə meymunçiçəyi aşkar olunarsa, insanlara tövsiyəmiz odur ki, səpkiləri gözləmədən qızdırma, əzginlik, intoksikasiya olarsa, test versinlər".


Aygün Musayeva
BakuPost
Mənbə:
0
92
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar