Rejissor Kənan M.M. "TikTok"dakı fəaliyyətindən danışıb. 
Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkədəki aktivliyindən danışıb. Kənan bildirib ki, "TikTok"da yetəri qədər reytinq qazanıb:
""TikTok"da elə tutuzdurmuşam ki, elə bilirəm 20 ildir yanlış işlə məşğul oluram. "Maşın" şouya gedəndə də deyirdik ki, heç nəyi yoxdur, mahiyyəti nədir? Əlini onun üstünə qoyanda prinsip başlayır. Göndərilən hər hədiyyənin 70 faizini TikTok götürür. 1000 manat olanda onun 700 manatı gedir, sənə 300 manat qalır. Canlı yayımı açanda baxırsan biri oynayır, deyirsən, nəyə görə buna hədiyyə atım: şəxsiyyətinə, yayım apardığına, sənətinə... Qalmaqal edənlərdən izləyicilər uzaqlaşır. İnsan telefon arxasında necədirsə, qarşısında da elədir. Bəzən deyirlər, TikTok-da bəzilərinin üzü göründü. Sadəcə, sizin fürsətiniz olmayıb onları görəsiniz".
Daxili İşlər Nazirliyi metroya küt alətlə girərək insanları hədələyən şəxslə bağlı məlumat yayıb.DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Metbuat.az-a bildirib ki, həmin şəxs müəyyən edilərək saxlanılıb və cinayət işi başladılıb:<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>"Bu gün “TikTok” sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb.Qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilmiş və saxlanılıb.İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib.
Bu gün insanlar ictimai nəqliyyatdan-avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərilərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir. Hazırda faktla bağlı cinayət işi başlanmış, istintaq tədbirləri həyata keçirilir".
İyulun 6-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Şimal çimərliklərində:(Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Ucar rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.“Azəriqaz” İB-dən Metbuat.az-a bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar, iyulun 6-sı saat 10:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan “Ucar” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
Təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacaq.
Uzunluğu 11 km təşkil edən Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun eni 5 metrdir və IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir. 
Bu barədə Metbuat.az-a Agentliyin mətbuat xidmətindən xəbər verilib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davamlı olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Agentliyin 2022-ci il üçün tərtib etdiyi tədbirlər planına uyğun, rahat gediş-gəlişin təmin olunmasını, kənd təsərrüfatının inkişafını hədəfləyən yol infrastrukturu layihələrindən biri də Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yoludur. 
Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yol çınqıl örtükdən və torpaq əsasdan ibarət idi. Bu səbəbdən yolda əmələ gələn çalalar, çökmələr, qabarmalar nəqliyyatın hərəkətində, ən əsası 3 yaşayış məntəqəsinin 19 mindən çox əhalisinin yoldan istifadəsində çətinliklər yaradırdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qeyd olunan problemin aradan qaldırılmasına hesablanmış layihə çərçivəsində yolun deformasiyaya uğramış hissələri, yararsız qruntu qazılaraq çıxarılıb, torpaq yatağının bərpası, əks-dolğu və kipləşdirmə işləri aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layı inşa edilib, hazırda yolboyu 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyün döşənməsi son mərhələdə icra olunur. Tikinti zamanı 63 mövcud suötürücü borunun bərpası aparılıb. Layihə üzrə Balharı çayı üzərində uzunluğu 10 metr, yolun 5-ci km-də isə uzunluğu 20 metr olmaqla inşa edilən 2 ədəd suötürücü qurğunun tikintisi də yekunlaşmaq üzrədir. Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək. Sözsüz ki, avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.
İyulun 5-də AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) Elmi şurasının növbəti iclası keçirilib.Bu barədə Metbuat.az AMEA-nın rəsmi saytına istinadən xəbər verir.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyi barədə məlumat verib. O, iclasda “Elmi fəaliyyətin vahid mərkəzdən idarəedilməsi dövrün tələbidir” mövzusunda məruzənin dinləniləcəyini bildirib və sözügedən məsələnin yeni və aktual olduğunu söyləyib.Daha sonra AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, Əməkdar iqtisadçı, iqtisad elmləri doktoru, professor Tofiq Hüseynovun “Elmi fəaliyyətin vahid mərkəzdən idarəedilməsi dövrün tələbidir” mövzusunda məruzəsi dinlənilib.Professor Tofiq Hüseynov çıxışında bildirib ki, 2003-cü ilin əvvəllərində ölkə Prezidentinin Fərmanı ilə AMEA-ya Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, respublikadakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən ali dövlət elmi təşkilatı statusu verilib: “Bu müddəa 2016-ci ildə qəbul edilmiş “Elm haqqında” Qanunda və ölkə Prezidentinin 21 iyul 2017-ci il tarixli Fərmanında da təsbit edilib. Hesab edirəm ki, bu status AMEA-nın mərkəzi idarəetmə orqanına çevrildiyini ehtiva edir”.Onun sözlərinə görə, bununla da Azərbaycanda elmin inkişafını və onun nailiyyətlərinin iqtisadiyyata tətbiq edilməsini təşkil edən vəzifələr Akademiyanın qarşısında qoyulub. Beləliklə, mərkəzi icra hakimiyyəti orqanı kimi innovasiyalı iqtisadiyyatın formalaşdırılmasında Milli Elmlər Akademiyasının aparıcı rolu müəyyənləşdirilib.Professor Tofiq Hüseynov onu da vurğulayıb ki, ölkə başçısının 4 may 2009-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” təsdiqlənib. Alim qeyd edib ki, strategiyanın əsas məqsədləri sırasında ölkənin iqtisadi inkişafında elmin rolunun artırılması və bütövlükdə elmin maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi də əks etdirilib: “Elm sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətlərindən biri kimi strategiyada ölkənin elmi-tədqiqat müəssisələrində həyata keçirilən tədqiqatların vahid mərkəzdən idarə olunması modelinin tətbiqi nəzərdə tutulub. Bu səlahiyyətin də AMEA-ya verilməsi göstərilib”.Alimin fikrincə, 2015-ci ilə qədər strategiyada bütövlükdə elmin maliyyələşdirilməsi mexanizmi kimi fundamental, humanitar və ayrı-ayrı prioritet tədqiqatların dövlət büdcəsindən maliyyələşdirilməsinin dövlət sifarişi formasında həyata keçirilməsinin təmin olunması hədəflənib.O, AMEA tərəfindən ölkədə aparılan elmi tədqiqatların koordinasiyasının və ona nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.Məruzəçi çıxışının sonunda Akademiyanın gələcək inkişafı istiqamətində öz konkret təkliflərini irəli sürüb.Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.Daha sonra akademik Gövhər Baxşəliyeva AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrində həyata keçirilən işlərin yarımillik hesabatından söz açıb və bununla bağlı öz tapşırıq və tövsiyələrini bildirib.İclasda, həmçinin bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub. Arxeologiya Etnoqrafiya və Antropologiya İnstitutunun strukturunda və İqtisadiyyat İnstitutunun Elmi şurasının təkibində qismən dəyişiklik edilməsi məsələləri müzakirə edilib.A.A.Bakıxanov adına Tarix İnstitutunun “Vətən tarixi” ixtisasından elmlər doktoru hazırlığı üzrə dissertantı, tarix üzrə fəlsəfə doktoru Rəşad Rüstəmovun mövzusunun adının, İqtisadiyyat İnstitutunun “Dünya iqtisadiyyatı” ixtisasından fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantı Hüseyn Rüstəmlinin elmi rəhbərinin və mövzusunun adının dəyişdirilməsi və s. haqqında məsələlərə baxılıb. Həmçinin akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 3 nəfər əməkdaşının vəzifə dəyişikliyi edilməsi haqqında məsələlər müzakirə edilib.İclasda AMEA-nın müxbir üzvü Musa Qasımlının anadan olmasının 65 illik yubileyi ilə əlaqədar AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.Eyni zamanda Tarix İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları – Hacı Həsənov 70, İlqar Niftəliyev isə səmərəli elmi, elmi-ictimai fəaliyyətinə və 50 illik yubileyinə görə İctimai Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif ediliblər.
Sonda akademik Gövhər Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.
Xəzər dənizi regionu olduqca strateji əhəmiyyətə malikdir. Xəzəryanı dövlətlərin səmərəli əməkdaşlıq sisteminin mövcud olması bütün iştirakçı dövlətlərin maraqlarına cavab verir. Nəzərə almaq lazımdır ki, istənilən çoğrafiyada sülhün və təhlükəsizliyin davamlı olması hər şeydən öncə məhz əməkdaşlığın xarakterindən asılıdır. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı bu məqamları ayrıca olaraq vurğuladı. Müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində xəzəryanı dövlətlərin ikitərəfli və çoxtərəfli əməkdaşlığının olduğunu vurğulayan Azərbaycan Prezidenti regionda sabitliyin və təhlükəsizliyin əsasında məhz bu amilin dayandığını qeyd etdi.Xəzərin hüquqi statusu məsələsi uzun illər mübahisə predmeti olaraq qalmaqda idi. 2018-ci ildə Aktau şəhərində Xəzərin hüquqi statusuna dair imzalanmış Konvensiya region dövlətləri arasında daha səmərəli qarşılıqlı fəaliyyətin və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcək. Azərbaycan Prezidenti çıxışında xəzəryanı dövlətlər arasında əsas əməkdaşlıq istiqamətlkərini xatırladıb. Bu əməkdaşlıq istiqamətləri üzrə fəaliyyətin göstərilməsi üçün geniş normativ hüquqi sənədlər bazası mövcuddur. Konvensiyanın ratifikasiya edilməsi isə gələcəkdə imkanları daha da genişləndirəcək.Cənab İlham Əliyev xəzəryanı dövlətlərin əməkdaşlığının təşkili və genişləndirilməsi zamanı bərabərhüquqluluğun gözlənilməsinin prioritet olduğunu qeyd etməklə yanaşı, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşılmasının vacibliyini nəzərə çatdırdı. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Xəzərə dənizi müasir mərhələdə beynəlxalq nəqliyyat qovşağına çevrilməkdədir. Mövcud unikal nəqliyyat infrastrukturu dünya bazarlarına daha əlverişli çıxış imkanlarının məhz Xəzər dənizi vasitəsilə təmin olunması imkanları mövcuddur. Ən əsası isə, etibarlı və təhlükəsizlik investisiya mühitinin yaradılması bu istiqamətdə atılacaq vacib addımlardandır. Xəzər dənizinin beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi prosesində Azərbaycanın mühüm rol oynadığı və Tarnsxəzər beynəlxalq nəqliyyat marşurutunun səmərəli istifadəsi üçün ölkəmizin səyləri də Prezident İlham Əliyev tərəfindən diqqətə çatdırıldı. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlzilərinin Azərbaycanın ərazisindən keçməsi ümumilikdə Xəzər regionunda nəqliyyat-logistika infrastrukturunun inkişafı istiqamətində ölkəmizin əhəmiyyətini ciddi şəkildə artırır. Aşqabadda yadda qalan mühüm məqamlardan biri də ondan ibarət oldu ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Zəngəzur dəhlizini bir daha xatırladaraq, ölkəmizin atdığı addımların bütövlükdə beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı sahəsindəki roluna və təşəbbüslərinə bir daha diqqəti cəlb etmiş oldu. Azərbaycan Vətən müharibəsində tarixi qələbə qazanaraq, torpaqlarını işğaldan azad etdi. Hazırkı mərhələdə isə, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası istiqamətdə geinişmiqyaslı işlər getməkdədir. Ölkə Prezidenti tərəfindən bütün bu məqamlara toxunulması həm də postmünaqişə mərhələsinin yeni reallıqlarının xatırladılması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışında ölkəmizin hazırda cərəyan edən proseslərdə önəmli rolunu və bir daha dəqiqliklə əsaslandırdı. Elşad Mirbəşir oğlu,
Milli Məclisin deputatı
Cənubi Afrikada aslanları və filləri öldürən peşəkar ovçu maşını xarab olduqdan sonra onu pusquya salan quldurlar tərəfindən güllələnib.Metbuat.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, Riaan Naude adlı bu ovçu “Toyota” markalı avtomobilinin yanında başından güllə yarası ilə ölü tapılıb. Onun tüfəngi oğurlanıb və iki quldur onun "Nissan" markalı avtomobiliylə qaçıblar.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Yerli polis sözçüsü isə qətlin baş vermə məqsədlərini hələ müəyyən edə bilmədiklərini qeyd edib.Qeyd edək ki, 55 yaşlı Riaan Naude nəsli kəsilməkdə olan ölü heyvanların dəhşətli şəkillərini paylaşaraq öyünən "Pro Hunt Africa" şirkətini idarə edirdi.Bu şirkətə müraciət edən ovçular gününə 250 funt sterlinq ödəməklə şir, bəbir, qara kərgədan, Afrika kol fili və Afrika camışı kimi nadir heyvanları ovlamaq üçün xüsusi tarif tələb edə bilərlər.
Həmçinin, bu şirkətin yalnız ov məqsədləri üçün zürafələrin yetişdirilməsi və müştərilərə satışı ilə məşğul olduğunu iddia edilib.
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib. Metbuat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Fərmana əsasən, 2022-ci il martın 30-da Təl-Əviv şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq olunub.Saziş qüvvəyə mindikdən sonra Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərməlidir.
PSJ-nin yeni baş məşqçisi açıqlanıb. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Metbuat.az xəbər verir ki, bu barədə məlumat Paris klubunun rəsmi saytına dərc edilib. 
Belə ki, 55 yaşlı fransalı futbol mütəxəssisi Kristof Qaltye PSJ-nin yeni baş məşqçisi təyin edilib.Kristof Qaltyenin əvvəlki iş yeri Fransanın “Lill” klubu olub. O, “Lill” ilə 2020-2021-ci il mövsümündə Fransa Superkubokunu və Fransa çempionluğunu qazanıb. 
Fransanın paytaxtı Parisdə turistlərin ən çox axın etdiyi Eyfel qülləsi artıq paslanıb. Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, mediaya sızan məlumatlara görə, qüllənin tam təmirə ehtiyacı var. Hesabatda qeyd edilib ki, 2024-cü ildə keçiriləcək Paris Olimpiadasına görə, Eyfel qülləsi rənglənəcək və bunun üçün 60 milyon avro vəsait xərclənəcək. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Qüllənin yenidən rənglənməsinin turistlərin üzünə bağlanması demək olduğunu bildirən idarəçilər, sözügedən turizm gəlirlərinin itkisinin böyük olacağını vurğulayıblar. 
Xatırladaq ki, 19-cu əsrin sonlarında Qustavo Eyfel tərəfindən tikilən 324 metrlik qüllə hər il təxminən 6 milyon ziyarətçi qəbul edir. 
Bu gün Xalq artisti Röya Ayxanın qardaşı İsmayıl Nəcəfovun toyudur. Metbuat.az olay.az-a istinadən xəbər verir ki, mediaya qapalı keçirilən məclisdən ilk görüntülər sənətçinin mətbuat xidməti tərəfindən təqdim edilib. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Qeyd olunub ki, Bakıda dəbdəbəli restoranların birində baş tutacaq gecəyə özəl hazırlanıb. Belə ki, bəylə gəlinin obrazı üzərində Xalq artistinin dostları çalışıb. Gəlinin saç və makiyajını tanınmış stilist Elnur Həsənov, qaşlarla bəzədilmiş, əl işi olan gəlinliyi “Cagteks”, bəyin geyimini isə yerli brend olan “Emiland” hazırlayıb. Mətbuata təqdim olunan fotoların müəllifi Niko Abbasovdur. Toy boyu bütün çəkilişi isə Cəlal Kəngərli öz üzərinə götürüb.
Qeyd edək ki, mətbuata qapalı olan toyda hətta qonaqların da telefonla çəkiliş etməsi qadağandır.
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, nəticələri pozitiv çıxan 1 nəfər ölüb.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
"Qarabağ" futbolçusu Rüstəm Əhmədzadəni “Zirə” klubuna icarəyə verilib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
Metbuat.az xəbər verir ki, əldə olunmuş razılığa əsasən, Rüstəm Əhmədzadə 2022/2023 mövsümündə icarə əsasında “Zirə”də çıxış edəcək.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.Metbuat.az-a Dövlət Xidmətinin mətbuat xidmətindən verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Maddi -Texniki Təchizat İdarəsindən daxil olmuş yekun protokollar təhlil edilərkən müəyyən olunub ki, elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları və maliyyə institutları adından təqdim edilən sənədlər saxtalaşdırılıb.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script> 
Belə ki, müxtəlif atributların və hesablama texnikası, avadanlıqlar və isitmə-soyutma sistemlərinin təmiri işləri və texniki xidmətin satın alınması üzrə keçirilmiş açıq tender prosedurlarında iştirak edən “Standart TT 2022” MMC, “Business Connection” MMC və “Furniture Art” MMC-yə aid bank arayışları və digər sənədlərə müdaxilə edilməklə saxtalaşdırılıb və dövlət satınalmalarının vahid internet portalına yüklənib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 5-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzinin açılışında iştirak edib.Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Baş İdarə rəisi general-mayor Məmməd Eminov müasir avtomatik idarəetmə sistemləri ilə təchiz olunmuş mərkəzin fəaliyyəti barədə müdafiə nazirinə məruzə edib.Bildirilib ki, ən yeni texnoloji avadanlıqla təchiz edilmiş mərkəz Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyi təmin edəcək.Qeyd olunub ki, inkişaf etmiş ölkələrin kibertəhlükəsizlik sahəsində qabaqcıl təcrübəsi nəzərə alınmaqla yaradılan mərkəzdə informasiya-kommunikasiya texnologiyaları və komanda-idarəetmə sistemlərinin davamlı izlənilməsi və idarə edilməsi, təhdidlərin vaxtında aşkar olunması, rəqəmsal araşdırmalar, elektron təhlükəsizlik yoxlamalarının aparılması və digər fəaliyyətlər icra ediləcək.Müdafiə naziri Azərbaycan Ordusunda kibertəhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsi ilə əlaqədar komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Bir sıra ali təhsil ocaqlarının professor-müəllim heyəti, həmçinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssislərinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) səfəri təşkil olunub. Bu barədə Metbuat.az-a “AzerGold” QSC-nin mətbuat xidmətindən məlumat verilib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Sözügedən tanıtım-təcrübə səyahətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Dövlət Universitetinin təmsilçiləri iştirak ediblər. ÇİRES-in fəaliyyəti ilə əyani tanışlıq və məlumat mübadiləsi məqsədi daşıyan səfər emal sahəsində təhlükəsizlik qaydaları ilə tanışlıqdan başlayıb. Daha sonra qonaqlara laboratoriyanın iş prinsipi, sahədə çalışan işçilər üçün yaradılan şərait, həmçinin qiymətli metalların hasilat və emal prosesi haqqında ətraflı məlumat verilib. Qızılın hasilatı, müasir texnologiyaların tətbiqi və ətraf mühitin qorunması istiqamətləri üzrə görülən işlər heyətdə böyük maraq doğurub. Səfər zamanı Cəmiyyətin mütəxəssisləri tərəfindən qonaqları maraqlandıran suallar cavablandırılıb. 
 Tanıtım səfəri sözügedən ali təhsil ocaqları ilə “AzerGold” QSC arasında imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində baş tutub. Məlumat üçün qeyd edək ki, Səhmdar Cəmiyyət 2017-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən bir sıra ali məktəb və peşə təhsili məktəblərinə bu yöndə dəstək göstərərək, mütəmadi əməkdaşlıq edir. Mütəxəssislərin ixtisas biliklərinin artırılması, təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlığın yaradılması məqsədilə hazırda 9 yerli təhsil müəssisəsi ilə əməkdaşlıq memorandumu və protokolu çərçivəsində işlər görülür. Ali məktəblərlə əldə olunmuş razılaşmalara uyğun olaraq, müvafiq peşə-ixtisas sahəsi üzrə təhsil alan tələbələrin ÇİRES-ə mütəmadi səfərləri təşkil olunur. Beləliklə, ali məktəblərdə elmi-nəzəri biliklərə yiyələn tələbələr əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olurlar. Bununla yanaşı, Səhmdar Cəmiyyətin mütəxəsisləri tələbələrə mühazirələr oxuyur, ustad dərsləri, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər həyata keçirirlər. Bu günədək 156 tələbə və məzun sözügedən təcrübə proqramında iştirak edib. Təcrübəsini uğurla tamamlamış tələbələrə Cəmiyyətin sertifikatları təqdim olunur. Elan edilmiş müvafiq vakansiyalara uyğun işçilərin cəlb edilməsində təcrübə proqramlarında iştirak etmiş məzunlara üstünlük verilir. Bugünədək təcrübə proqramlarında iştirak etmiş 19 nəfər işlə təmin olunub.