Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyulun 5-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyətin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri baş tutub.
Baş nazir və Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi heyət əvvəlcə Tərtər rayonunun Suqovuşan qəsəbəsində Vətən müharibəsi şəhidlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə əklil qoyulub.
Daha sonra “Suqovuşan-1” Su Elektrik Stansiyası və Suqovuşan su anbarına baxış keçirilib, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov tərəfindən Azərbaycan Respublikası Prezidentinin tapşırıqları ilə bağlı görülən işlər barədə məlumatlar verilib.
Daha sonra Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova Turizm İnkişaf Konsepsiyası ilə bağlı görülən işlər barədə məruzə edib.
Heyət Suqovuşan qəsəbəsində turizm təyinatlı fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə də tanış olub. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görülən işlər barədə məlumat verib.
Heyətin üzvləri, həmçinin Tərtər rayonunun işğaldan azad edilən Talış kəndində olublar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev kəndin hazırlanan layihəsi barədə, Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova kəndin dövlət başçısının son tapşırıqlarına uyğun olaraq tərtib olunan Turizm İnkişaf Konsepsiyası barədə məlumat veriblər.
Daha sonra Ağdam istiqamətində yola düşən heyət üzvləri Bərdə-Ağdam dəmir yolunun, eləcə də Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yollarının tikintisi işləri ilə tanış olublar, görülən işlər barədə “Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Hicran Valehov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məruzələr ediblər.
Şahbulaq qalasında görülən işlərlə tanışlıq zamanı Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova tərəfindən Şahbulaq Turizm Kompleksinin layihəsi barədə məlumat verilib. Daha sonra ANAMA-nın Ağdam mobil sahə düşərgəsinə yola düşən iştirakçılar düşərgə və minatəmizləmə işləri ilə tanış olublar.
Ağdam şəhəri ərazisində heyət üzvləri "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinə baxış keçirib, daha sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov Ağdam Sənaye Parkında görülmüş işlər barədə həyətə ətraflı məlumat verib.
Heyət üzvləri, həmçinin Ağdamda inşa olunan yaşayış kompleksinin tikinti işləri ilə də tanış olublar.
Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Ağdam Cümə məscidində görülən işlər barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Fondun icraçı direktoru Anar Ələkbərov ətraflı məlumat verib. Daha sonra təhsil naziri Emin Əmrullayev heyəti Ağdamda 1 saylı tam orta məktəbdə aparılan tikinti işlərinin gedişatı ilə tanış edib.
Səfərin sonunda Baş nazir və Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi heyət Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar.
Səfər müddətində baxış keçirilən bütün yenidənqurma və bərpa işlərinin, habelə infrastruktur layihələrinin Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun yerinə yetirilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər və tövsiyələr verilib.
Hadisə iştirakçıları tərəfindən doldurulan yol nəqliyyat hadisəsi barədə protokol (Avroprotokol) elektron formada tərtib ediləcək.
Bu, Milli Məclisin 8 iyulda keçiriləcək iclasının gündəliyinə daxil edilən “İcbari sığortalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Layihəyə əsasən, hadisə iştirakçıları tərəfindən doldurulan yol nəqliyyat hadisəsi barədə protokol (Avroprotokol) elektron formada tərtib ediləcək və həmin protokola elektron çıxış imkanı yaradılacaq.
“İxrac icmalı”nın iyul sayına əsasən, 2022-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,5 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 25,4% artıb.
2022-ci ilin yanvar-iyun ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% artaraq 328,1 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 5 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1%, pambıq lifi ixracı isə 12,8%, pambıq iplik ixracı 5,2%, artıb.
2022-ci ilin iyun ayı üzrə ixrac 3,1 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,8% təşkil etməklə 269,6 mln. ABŞ dolları olub. 2022-ci ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 6,6% artaraq 119,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 5,1% artaraq 149,9 milyon ABŞ dolları təşkil edib.
Frontclear Unibank KB ilə AZN/USD-də çatdırılmayan kross-valyuta svop (NDCCS) sazişini təşkil edib və strukturlaşdırıb.
"Unibank"ın yaydığı məlumatda bildirilir ki, bu saziş “Unibank”ın ABŞ dolları üzrə öhdəliklərini effektiv şəkildə manat öhdəliyinə çevirmək imkanı yaradır, bu isə bankın müştərilərinin milli valyutada maliyyələşdirilməsi imkanlarını daha da artıracaq.
NDCCS əməliyyatı Baş ISDA Müqaviləsinə əsasən sənədləşdirilib. Frontclear-ın sövdələşməni səmərəli təşkili və strukturlaşdırması ilə Azərbaycanda ləğvetmə nettinqi ilə əlaqəli olan bəzi hüquqi məsələlərə də aydınlıq gətirilib.
“Biz Azərbaycanda daha bir ISDA törəmə əməliyyatını həyata keçirməkdən və Azərbaycanın pul bazarlarının inkişafını daha da irəli aparmaqdan məmnunuq. Bu sövdələşmə dünya bazarlarında oyunçuların Azərbaycan bazarına çıxış imkanlarını genişləndirir və ölkədə bu cür əməliyyatların hüquqi risklərini azaldır. Bizim iştirakımız Azərbaycanda bu istiqamətdə ən yaxşı təcrübələri təbliğ edir”– Andrey Şinkeviç, “Frontclear”ın baş vitse-prezidenti bildirib.
Unibank KB-nin İdarə Heyətinin sədri Faiq Hüseynov isə hesab edir ki, Frontclear və TCX kimi mötəbər təşkilatlarla əməkdaşlıq, bankın müştəriləri üçün yeni imkanlar yaradacaq: “Biz çox şadıq ki, NDCCS əməliyyatı “Unibank”ın strategiyasında mühüm hədəflərdən biri olan yerli biznesin maliyyələşdirilməsi üçün yeni fürsətlər açır. Bu müqavilə korporativ müştərilərimizi ucuz və aşağı riskli maliyyə resursları ilə təmin etmək üçün daha çox imkanlar yaradacaq. Beləliklə, Unibank real iqtisadiyyatın inkişafına dəstəyini daha da artıra biləcək”.
Frontclear haqqında
Frontclear Amsterdam yerləşən maliyyə inkişaf inistutudur. Frontclear Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Hollandiyanın FMO inkişaf bankı, Financial Sector Deepening Africa (FSDA), Fransız İnkişaf Bankı Proparco, Valyuta Mübadilə Fondu (TCX) daxil olmaqla, Avropa inkişaf maliyyə institutları, Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) və Almaniya İnkişaf Əməkdaşlıq Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilir. Frontclear-ın zəmanətləri AAA reytinqli Alman İnkişaf Bankı olan KfW tərəfindən əks-zəmanət verilir. Frontclear-ın inkişaf mandatı qarşı tərəfin kredit riskini ödəmək üçün maliyyə zəmanətlərinin təmin edilməsi yolu ilə inkişaf etməkdə olan və sərhəd bazarlarında daha sabit və inklüziv maliyyə bazarlarını katalizləşdirməyə yönəlib. Frontclear həmçinin maliyyə infrastrukturunun, hüquqi mühitin, habelə yerli bazar iştirakçılarının bacarıq və potensialının inkişafı üçün texniki yardım təklif edir.
Unibank haqqında
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın iri özəl banklarından biridir. Bank paytaxtda və regionlarda geniş xidmət şəbəkəsinə malikdir. 30 ildir fəaliyyət göstərən Unibank, 1 milyondan çox fərdi və korporativ müştəriyə xidmət göstərir. Unibank uğurlu kommersiya fəaliyyətinə və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
TCX haqqında
TCX bu cür məhsulların mövcud olmadığı və ya əlçatan olmayan 100-dən çox maliyyə bazarında uzunmüddətli valyuta svopları və forvard təklifləri təklif edən qlobal inkişaf maliyyə təşəbbüsüdür. Fond 2007-ci ildə fəaliyyətə başlayıb və o vaxtdan bəri 11 milyard ABŞ dollarından çox yerli valyuta kreditləri üçün hedcinq alətləri təqdim edib. 2021-ci ilin sonuna fondun portfeli 1,2 milyard ABŞ dolları fondun kapitalı ilə dəstəklənən 55 valyutada yayılmış 5 milyard ABŞ dolları təşkil etmişdir. TCX S&P tərəfindən tək A və Moody's tərəfindən A1 olaraq qiymətləndirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ay Özbəkistana dövlət səfərindən sonra ölkə başçısı tərəfindən verilən tapşırıqların icrasını təmin etmək məqsədilə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olub.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Daşkənddə ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
SOCAR nümayəndə heyəti “Uzbekneftegaz” ASC-nin tərkibində fəaliyyət göstərən Modelləşdirmə Mərkəzini, həmçinin İstehsal və dispetçer idarəetməsi Mərkəzini ziyarət edib. Burada nümayəndə heyətinə mərkəzlərin fəaliyyət istiqamətləri və tətbiq olunan yeniliklər haqqında məlumat verilib.
SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mehriddin Abdullayev arasında keçirilən görüşdə iki şirkət arasında əməkdaşlığın perspektivləri, təcrübə mübadilələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Görüşdə SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin arasında əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritə”si imzalanıb. Sənəd neft-qaz sahəsində birgə layihələrin reallaşdılması və treydinq, neft emalı, neft-kimya sahəsində əməkdaşlıq, təcrübə mübadilələrinin aparılması və bu kimi digər önəmli istiqamətləri əhatə edir.
Səfər çərçivəsində Rövşən Nəcəf Özbəkistan Respublikasının energetika nazirinin birinci müavini, energetika naziri vəzifəsini müvəqqəti icra edən Azim Axmedxadjayev ilə görüşüb.
Görüşdə SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında imzalanan əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritə”sinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda ölkələrimiz arasında enerji sahəsində əlaqələrin möhkəmləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
SOCAR nümayəndə heyətinin Daşkənddə, həmçinin Özbəkistanın Dövlət Geologiya Komitəsinin rəhbərliyi ilə də görüşü olub. Görüş zamanı geologiya sahəsində əməkdaşlıq və Özbəkistanda həyata keçirilən layihələrdə SOCAR-ın iştirak imkanlarının araşdırılması məsələləri nəzərdən keçirilib.
Rusiyanın "AvtoVAZ" şirkəti 2023-cü ilin birinci yarısında Lada Vesta-nın istehsalını bərpa edəcək.
Marja xəbər verir ki, bunu şirkətin prezidenti Maksim Sokolov bildirib.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“Biz Lada Vesta-nın istehsalını bərpa etməyi hədəfləyirik. Biz demək olar ki, gecə-gündüz sanksiya siyahısına düşən komponentlərin lokallaşdırılması məsələlərini həll edirik. Və onun buraxılışına 2023-cü ilin əvvəlində başlanacağını planlaşdırırıq”, - o deyib
Sokolovun sözlərinə görə, yenilənmiş Lada Niva 95% lokallaşdırılmış komponentlərdən ibarət olacaq. Bu, Rusiyada istehsal olunan ən yüksək lokallaşdırılmış modellərdən biridir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həftədə iki dəfə ət bazarlarında mal və qoyun ətinin qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər həyata keçirilir.
Bu barədə Qurban bayramı ərəfəsində ət bazarında vəziyyət ilə bağlı olaraq Dövlət Xidmətindən bildirilib.
Qurumun cavabında qeyd olunub ki, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənməyən malların (işlərin, xidmətlərin), o cümlədən qoyun ətinin qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilir:
“Əlavə olaraq bildiririk ki, dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkənin istehlak bazarında qiymət manipulyasiyalarına yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir. Belə ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında gündəlik monitorinqlər aparılır. Bununla yanaşı, həftədə iki dəfə ət bazarlarında mal və qoyun ətinin qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər həyata keçirilir. Tədbirlər çərçivəsində Dövlət Xidməti həmçinin bir sıra qida məhsullarının qiymətində olan dəyişikliklərin antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olmasının yoxlanılması məqsədilə bazarda araşdırmalar aparır”.
Dövlət Xidməti istehlakçılara istehlak bazarında qiymət manipulyasiyası halları ilə rastlaşdıqda 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsi ilə Dövlət Xidmətinə müraciət etmələrini tövsiyyə edir.
ABŞ prezidenti Co Bayden bu həftədən etibarən bəzi Çin mallarına gömrük rüsumlarını ləğv etdiyini açıqlaya bilər.
Danışıqlarla tanış olan mənbələrə görə, Bayden hələ tariflərlə bağlı yekun qərar verməyib və elan tarixi irəli vaxta dəyişə bilər.
Mənbələr bildirirlər ki, ABŞ prezidenti son həftələrdə yüksək səviyyəli iqtisadi müşavirlərlə Tramp dövründən qalan rüsumları müzakirə etmək üçün bir sıra görüşlər keçirib.
Çindən idxalda 300 milyard dollarlıq rüsumların nəzərdən keçirilməsi məsələsi ABŞ-da inflyasiya sürətləndikdən və Bayden administrasiyası istehlakçıların gündəlik istifadə etdikləri mallara görə ödədikləri qiymətləri aşağı salmaq yollarını axtarmağa başladıqdan sonra ortaya çıxıb.
Bayden keçən həftə Çin prezidenti Xi Jinping ilə tezliklə görüşəcəyini və rüsumların ləğv edilməsilə bağlı qərar qəbul etmək mərhələsində olduğunu söyləyib. ABŞ-ın Maliyyə Naziri Janet Yellen də bu səhər Çin Baş nazirinin müavini Liu He ilə videokonfrans vasitəsilə görüşüb. Çinin Ticarət Nazirliyindən verilən açıqlamaya görə, Liu Çin üçün rüsumların və sanksiyaların ləğv edilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Respublikası Mərkəzi Bankı Manatın məzənnəsinə dair məlumat yayıb.
Məlumata görə, 06.07.2022-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
Dövlət Xidmətindən Marja-ya daxil olmuş məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Maddi -Texniki Təchizat İdarəsindən daxil olmuş yekun protokollar təhlil edilərkən müəyyən olunub ki, elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları və maliyyə institutları adından təqdim edilən sənədlər saxtalaşdırılıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Belə ki, müxtəlif atributların və hesablama texnikası, avadanlıqlar və isitmə-soyutma sistemlərinin təmiri işləri və texniki xidmətin satın alınması üzrə keçirilmiş açıq tender prosedurlarında iştirak edən “Standart TT 2022” MMC, “Business Connection” MMC və “Furniture Art” MMC-yə aid bank arayışları və digər sənədlərə müdaxilə edilməklə saxtalaşdırılıb və dövlət satınalmalarının vahid internet portalına yüklənib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
Dövlət Xidmətindən Marja-ya daxil olmuş məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Maddi -Texniki Təchizat İdarəsindən daxil olmuş yekun protokollar təhlil edilərkən müəyyən olunub ki, elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları və maliyyə institutları adından təqdim edilən sənədlər saxtalaşdırılıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Belə ki, müxtəlif atributların və hesablama texnikası, avadanlıqlar və isitmə-soyutma sistemlərinin təmiri işləri və texniki xidmətin satın alınması üzrə keçirilmiş açıq tender prosedurlarında iştirak edən “Standart TT 2022” MMC, “Business Connection” MMC və “Furniture Art” MMC-yə aid bank arayışları və digər sənədlərə müdaxilə edilməklə saxtalaşdırılıb və dövlət satınalmalarının vahid internet portalına yüklənib.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan erilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2230 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 736, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285, üç və daha çox doza üzrə vaksinasiya olunanla
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
Fövqəladə Hallar Nazirliyinin Maddi -Texniki Təchizat İdarəsindən daxil olmuş yekun protokollar təhlil edilərkən müəyyən olunub ki, elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları və maliyyə institutları adından təqdim edilən sənədlər saxtalaşdırılıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Belə ki, müxtəlif atributların və hesablama texnikası, avadanlıqlar və isitmə-soyutma sistemlərinin təmiri işləri və texniki xidmətin satın alınması üzrə keçirilmiş açıq tender prosedurlarında iştirak edən “Standart TT 2022” MMC, “Business Connection” MMC və “Furniture Art” MMC-yə aid bank arayışları və digər sənədlərə müdaxilə edilməklə saxtalaşdırılıb və dövlət satınalmalarının vahid internet portalına yüklənib.
İngiltərə Mərkəzi Bankı (BoE) əmtəə qiymətlərindəki artımın dünyada inflyasiyaya səbəb olması ilə əlaqədar qlobal iqtisadi mənzərənin əhəmiyyətli dərəcədə pisləşdiyini açıqlayıb.
Marja xəbər verir ki, Bank bu gün açıqladığı maliyyə sabitliyi hesabatında enerji və xammal qiymətlərindəki dəyişkənliyin gələcəkdə iqtisadi şoklara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Hesabatda, "dərin tənəzzül" ehtimalının qiymətləndirilməsi məqsədilə 2022-ci il üçün bank stress testlərinin sentyabr ayında başlayacağını və nəticələrin 2023-cü ilin ortalarında açıqlanacağı bildirilib.
Həmçinin hesabatda bildirilib ki, inflyasiya və borclanma xərclərinin artmasına baxmayaraq, bir çox ev təsərrüfatlarının maliyyə vəziyyəti yaxşıdır.
Yüksək faiz və xərclərin, davam edən tədarük zəncirində çətinliklərin korporativ gəlirliliyə təzyiq göstərməyə davam edəcəyi vurğulanıb.
Həmçinin Rusiyanın Ukraynaya hücumu ilə inflyasiya təzyiqlərinin dərinləşdiyi və qiymət artımının ailələrin real gəlirlərinə təzyiq göstərdiyi bildirilib.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən Şəhərə” layihəsi çərçivəsində Bakı və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar olaraq qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, “Kənddən Şəhərə” Qurban bayramı yarmarkasının təşkilində əsas məqsəd vətəndaşların qurbanlıq qoyunlara artan tələbatını ödəmək, alternativ qurbanlıq seçimi imkanlarını artırmaq və onlayn xidmətlərdən istifadəni təşviq etməkdir.
Qurbanlıqların onlayn şəkildə sifarişi qurbanliq.kendden.az elektron portalı vasitəsilə həyata keçiriləcək. Elektron portal 5 iyuldan etibarən vətəndaşların istifadəsinə veriləcək.
Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar qurbanliq.kendden.az saytına daxil olaraq 5 iyul 18:00-dan 8 iyul 18:00-dək şəxsi məlumatlarını mövcud xanalar üzrə qeyd edə və satış məntəqələri üçün onlayn növbə götürə bilərlər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürmək istədikləri məntəqə ünvanlarını, tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq iki kateqoriyada vətəndaşlara təklif olunur. Sifariş edilən qurbanlığın dəyəri diri çəkidə hər kiloqram üçün müəyyən olunmuş məbləğdə hesablanaraq ödəniləcək. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdikləri zaman portal üzərindən, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman ödəyəcəklər. Qurbanlıqlar yalnız diri formada vətəndaşlara təqdim olunacaq.
Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna sifarişin təsdiq edilməsi barədə SMS-bildiriş göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri tarix və saatda müvafiq ünvana yaxınlaşaraq mobil telefonlarına göndərilmiş təsdiq bildirişini göstərməklə sifariş etdikləri qurbanlığı əldə edə biləcəklər.
Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt ərazisində aşağıda qeyd edilən satış məntəqələrindən götürə biləcəklər:
Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 52C
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan yolu 22
Səbail rayonu, Gülbala Əliyev küçəsi, 20
Xətai rayonu, İnqilab İsmayılov küçəsi (5 saylı binanın arxası)
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 (“İnşaatçılar metro stansiyasının yaxınlığı)
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 110H
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşkili, investorların cəlb olunması işləri davam etdirilir.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Agentlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bu işlərin davamı olaraq, “Kartaş Kimya” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib, bununla da sənaye parkının rezidentlərinin sayı 31-ə çatıb.
“Kartaş Kimya” MMC Sənaye Parkının 3 hektar ərazisində müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisə inşa edəcək. İnvestisiya dəyəri 17 milyon manat olan müəssisədə 230-dan çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.
Marja.az Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, 2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 482,1 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 2 milyard 64,7 milyon manat və ya 46,7 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 2 milyard 140,1 milyon manat və ya 49,3 faiz çoxdur. Həmin vəsaitin 67,6 faizi və yaxud 4 milyard 381,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 206,0 milyon manat və ya 38,0 faiz çox olmuşdur.
2022-ci ilin ilk altı ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 milyard 539,7 milyon manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 472,3 milyon manat və ya 22,8 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 501,5 milyon manat və ya 24,6 faiz çoxdur.
Həmçinin oxu
Dövlət büdcəsində 1 milyard 269 milyon manatlıq artıqlıq yaranıb
2022-ci ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 787,7 milyon manatı və ya 6,1 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Marja.az Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 95,8 milyon manat və ya 10,8 faiz azalıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Həmçinin oxu
Dövlət büdcəsində 1 milyard 269 milyon manatlıq artıqlıq yaranıb
Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 1240-cı məhəllə ünvanında yerləşən “Nobel” qazdoldurma məntəqəsində (QDM) yenidənqurma işləri aparıb.
Şirkətin yaydığı məlumata görə, həyata keçirilən yenidənqurma işləri nəticəsində qazdoldurma məntəqəsi yanacaqdoldurma məntəqəsinə (YDM) çevrilib və maye-qaz doldurma postu (LPG) yaradılıb.
Bununla da, “Azpetrol” şirkətinin yanacaqdoldurma məntəqələrinin sayı 92-yə çatdırılıb.
Yenilənmiş “Nobel-2-YDM” ərazisində sürücülərə həmçinin kafe, avtoyuma, “Azpetrol” və bank kartlarına xidmət, bankomat, maye-qaz doldurma postu və elektromobillərin doldurulması xidmətləri də təklif olunur.
Qeyd edək ki, mövcud yanacaqdoldurma məntəqələrində aparılan işlər “Azpetrol” şirkətinin 25-illik yubileyi ərəfəsində həyata keçirilir. Şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb.
“Azpetrol” şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 92 yanacaqdoldurma məntəqəsi, 3 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 neft bazası, yanacaqdaşıyan maşınlar üçün avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 2 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.