• Şikayət et

“Makron bizim bu yaxşılığımızı bilmədisə…” – VİDEO

Fransa prezidenti Emmanuel Makron rəsmi “Facebook” səhifəsində erməni dilində paylaşım edib. O, Azərbaycanı “işğal”da suçlayıb. Bildirib ki, – “Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini “işğal” edib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm, Fransa sizinlə həmrəydir və belə də qalacaq”.

Versus.Az xəbər verir ki, Makronun bu sərsəm statusu sosial şəbəkədə kəskin etirazla qarşılanıb, minlərlə azərbaycanlı ona etiraz edib.

Onun açıqlamasını hiddətlə qarşılayan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib ki, Makron tək indi yox, zamanla Azərbaycana qarşı bu cür heç bir hüquqa sığmayan çıxışlar edib, 44 günlük müharibədən əvvəl də belə bir sərsəm açıqlamalar verib:

“Makron bu cür sərsəm açıqlamaları ilə ATƏT-in Minsk Qrupunu dəfn etmiş oldu. Makronun səyliyi, öz ixtiyarının özündə olmaması birinci dəfə deyil. Makron qələt edir, getsin özündən böyük arvadını və özü kimə arvadlıq edir onun tapşırıqlarını yerinə yetirsin. Ermənilərə elə canı yanırsa, getsin Marseli versin ki, gəlin yaşayın. Onsuz da Makron nöbəti dəfə seçilməyəcək, getsin elə Marseldə ermənilərə rəhbərlik eləsin”.

H.Hacıyev qeyd edib ki, nəinki Makron, ümumiyyətlə Azərbaycanın daxili işinə heç kim qarışa bilməz. Partiya sədri vurğulayıb ki, Azərbaycan müstəqil dövlətdir, artıq Dağıq Qarabağ yoxdur, Qarabağ var:

“Əgər Makron, yaxud başqaları haqdan-ədalətdən dəm vurursa, onda biz də Göyçədə Muxtariyyət istəyirik, orda bizim bayrağımız dalğalanmalıdır. Xankəndi onsuz da bizimdir, indi sığınacaq kimi vermişik ki, ermənilər yaşamaq istəyirsə yaşasın bizimlə. Biz o Makronun boş başından çıxan fikirlərə önəm verib torpaqlarımızı kiməsə verən deyilik. Bizim Zəngəzurumuz, Göyçəmiz, İrəvanımız durur. Makronun sərsəmləmələrinə fikir verməməliyik, Azərbaycan xalqının milli birliyini qoruyub saxlamalıyıq. Gözlənən müəyyən addımları atmaq lazımdır ki, torpaqlarımızı bu erməni terroristlərdən azad etmək üçün başladığımız mücadiləmizi başa çatdıraq. Hələlik bu yöndə işimizə xaricdən və daxildən maneçilik törədənlər var. Hesab edirəm ki, bu yöndə də ciddi düşünüb qəti qərarlar versək, makronların, putinlərin, paşinyanların arzusu yerinə yetməyəcək.

Əsas nəticə ortadadır. Biz 44 günlük müharibədə torpaqlarımızın bir hissəsini azd etmişik, digər ərazilərimiz də bizdədir, sadəcə ermənilər də orada yaşayır. Biz qardaş Türkiyə ilə birgə addmlarımızı davam etdirməliyik. Torpaqlarımızı qorumaq müqəddəs borcumuzdur. Hər qarış torpağımız üçün axıradək mübrizə aparacağıq”.

MMP sədri Fransa səfirliyinin bağlanması ilə də bağlı sərt mövqe sərgiləyib:

“İstərdim ki, Fransanın Azərbaycandakı səfirliyi təcili bağlansın, səfir burdan qovulsun. Eləcə də Azərbaycanın Fransadakı səfiri geri çağrılsın. Ona görə ki, dövlətimiz külli miqdarda Fransada vəsait qoyub, onlara müəyyən təmənnasız yardım eidb. Onların burnundan gəlsin. Əgər Makron bizim bu yaxşılığımızı bilmədisə, deməli naşükürdü”.

Ətraflı Prime tv-də:

Mənbə:
0
3570
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar