Limfoma xəstəliyinin müalicəsi müasir standartlara uyğunlaşdırılıb

On beş sentyabr Ümumdünya Limfoma ilə Mübarizə Günüdür. Limfoma limfotik və immun sisteminin bədxassəli şiş xəstəliyidir. Limfoma limfa düyünləri, dalaq və sümük iliyi ilə bərabər bir çox orqan və sistemləri zədələyir. Limfoma zaman keçdikcə inkişaf edən ciddi xəstəlikdir, lakin buna baxmayaraq müasir təcrübə onu sağaltmağın 80 faiz hallarda mümkün olduğunu deməyə əsas verir. Xəstəliyin sağalma ehtimalı ona vaxtında qoyulan düzgün və dəqiq diaqnozdan asılıdır.

 

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov ölkədə limfoma ilə mübarizə sahəsində görülən işlərdən danışıb.

 

O bildirib ki, Azərbaycanda limfoma xəstəliyi həm uşaqlar, həm də böyüklər arasında geniş yayılıb: “Qanda, dalaqda və sümük iliyində limfa düyünlərinin böyüməsi xəstəliyin başlıca əlamətidir. Milli Hematologiya və Transfuziologiya Mərkəzində həmin xəstəliyin diaqnostikası ən müasir səviyyədə aparılır. Xəstəliyin diaqnostikası və müalicəsi müasir standartlara uyğunlaşdırılıb. Analizlər ən son texnologiya və metodlardan istifadə edilərək yerinə yetirilir. Texnoloji olaraq limfomaların patoloji və sitoloji müayinəsi çox vacibdir. Yalnız patoloji müayinə nəticəsində limfomanın növünü müəyyən etmək mümkündür. Bu gün mərkəzdə qurulan genetik və patositoloji laboratoriyalar xəstəliyin diaqnozunun ən müasir səviyyədə qoyulmasına imkan verir və müasir protokollarla düzgün müalicənin aparılmasına şərait yaradır”.

 

V.Hüseynov, həmçinin qeyd edib ki, hazırda yeni növ koronavirus (COVID-19) pandemiyasına görə xəstəxanaya müraciət edənlərin sayında kəskin azalma müşahidə edilir: “Limfoma xəstələrinin müalicəsini daha çox ambulator şəkildə aparmağa çalışırıq. Yəni, xəstələrin yatış müddətini azaltmağı hədəfləmişik. Hesab edirəm ki, bu, həm xəstələri, həm də tibbi personalı koronavirusa yoluxmaqdan qoruyacaq”.

    Mənbə:
    0
    65
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar