Çatan deyir ki, mənən ev ver, fəxri ad ver, özün işlə al də...
Tovuzda intihar hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, rayon sakini, 1941-ci il təvəllüdlü Zeynalova Asiya yaşadığı evdə özünü asıb.
Yaşlı qadının meyti asılmış vəziyyətdə tapılıb.Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
Faktla bağlı Tovuz Rayon Prokrorluğunda araşdırma aparılır.
Bakıda iki yaşlı uşağı oğurlamaqda təqsirləndirilən Gültəkin Muradovanın barəsindəki cinayət işi üzrə istintaq başa çatıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.
Qeyd edək ki, ötən il dekabrın 29-da iki yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevin Sabunçu rayonu ərazisində oğurlanması ilə bağlı rayon Polis İdarəsinə məlumat daxil olub.
Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.
Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2022-ci ilin yanvarın 8-də iki yaşlı uşaq tapılıb.
Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Bu gün “TikTok” sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb.
Bununla əlaqədar Lent.az-ın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilmiş və saxlanılmışdır.
İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib.
Sual: Onun həmin alətlə metroya daxil olması nə qədər düzgündür?
Cavab: Bu gün insanlar ictimai nəqliyyatdan-avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərilərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir. Hazırda faktla bağlı cinayət işi başlanmış, istintaq tədbirləri həyata keçirilir.
“Alimlər gedəndən sonra gecələr Arus kəndinə, onun düşdüyü yerə adamlar gedərdi. Hər yeri qazıq-qazıq edərdilər. Şayiə gəzirdi ki, göydən yerə düşəndən sonra həmin dəmir brilyanta çevrilir. Ya da çox bahalı nəyəsə. Amma heç kim heç nə tapa bilmədi”. Bunu Lent.az-a Yardımlı rayon Şivəngə kənd sakini mərhum Əlihüseyn Əhmədov demişdi bir vaxt. Bilirsinizmi, nədən söhbət düşmüşdü o vaxt?
Demək, 24 noyabr 1959-cu ildə nəinki Şilvəngə, ona yaxın Ərsilə, Ləzran, Jiy, Mirimli kəndlərinin sakinləri də qorxu içindəydilər. Həyəcan o qədər böyük idi ki, hətta köç barədə də fikirləşənlər olmuşdu. Bəziləri isə pirlərə, övliyalara qaçırdı. Əllərini göyə qaldırıb, dua edirdilər. Hə, məhz göylərə. O göylərə ki, oradan onlara “pay” göndərilmişdi. Özü də bir neçə dənə. Biri 157, digəri 127 kiloqram həcmində. Bir neçəsi də nisbətən kiçik həcmdə. İçi kamasit, taenit, triolitl dolu dəmir, daş parçaları...
Yardımlı ərazisinə meteorit düşmüşdü. Episentri isə Arus kəndiydi. Amma buna baxmayaraq bütün rayon ərazisi, daha doğrusu, səması ağ rəngə boyanmışdı. Əlihüseyn kişi deyir ki, bu hadisə cəmi 10-15 saniyə çəkmişdi. Amma bu 10-15 saniyəlik hadisə sonradan o qədər şayiələrin yaranmasına səbəb olmuşdu ki…
Hadisədən dərhal sonra Yardımlıya əvvəl Bakıdan, sonra isə Moskvadan böyük bir qrup yollanır. Elmi-tədqiqat işlərinə akademik Mirəli Qaşqay rəhbərlik edir. Akademik gözəl bilirdi ki, meteoritlər nadir hallarda yerə gəlib çatır. Ona görə də, ilkin tədqiqatlardan sonra Moskvaya teleqram vurur ki, Yardımlı meteoritinin tədqiqatı xüsusi əhəmiyyətə malikdir. İlkin tədqiqat zamanı isə məlum olur ki, meteoritin tərkibi 92 faizə qədər kamasit olsa da… qalan 8 faizlik hissədə Yer qabığında məlum olmayan bir çox elementlər də var. Akademik teleqramda onu da xüsusi qeyd edir ki, hazırda kosmik sahənin öyrənilməsi ilə əlaqədar olaraq, Yardımlı meteoritinin tədqiqatı xüsusi əhəmiyyətə malikdir.
Burda bir haşiyəyə çıxaq. Əslində, bu meteorit Azərbaycana düşən ilk meteorit deyildi. Söhbət ondan gedir ki, hələ 1891-ci ildə indiki Ağcabədi rayonunun Hindarx kəndinə də çəkisi 27 kiloqram olan meteorit düşüb.
1906-cı ildə çox kiçik bir meteorit də indiki Qazax rayonunun Çaylı kəndi ərazisinə düşüb.
Yardımlı meteoritinin özəlliyi onda idi ki, o, nəinki Azərbaycan və ya SSRİ-də, ümumiyyətlə, dünyada yerə düşən ən böyük meteoritlərindən sayılırdı.
Tarixdə meteorit haqda çoxlu rəvayətlər dolaşır.
Məsələn, deyilənə görə, Şah İsmayılın topu kəsən qılıncı məhz meteoritdən hazırlanıb.
Roma imperatoru Numa Pompiliyanın qalxanı “göydən yerə düşən dəmir parçası”ndan hazırlandığı deyilir. Hind knyazı Cahangir də 1621-ci ildə meteorit parçalarından özünə qılınc, xəncər və bıçaq hazırlayıb. Rusiya imperatoru 1-ci Aleksandra da meteoritdən hazırlanmış qılınc hədiyyə edilib. Əmir Teymurun qılıncının da məhz meteorit parçasından hazırlandığı deyilir...
Meteoritdən zinət və bəzək əşyaları hazırlayan “Gabio”da 1,5 qramlıq üzüklərin qiyməti təxminən 1000 avrodan başlayır.
Yeri gəlmişkən, indiki MDB ərazisində Moskvada, Sankt-Peterburqda və Kiyevdə məhz meteoritdən hazırlanan zərgərlik məmulatları satan ixtisaslaşmış mağazalar fəaliyyət göstərir. Bir maraqlı məlumat: az əvvəl hərracda “Louis Moinet Meteoris”ə aid saat satılıb – 4,8 milyon dollara. Bu saatın siferblatında, yəni rəqəmlər olan üz lövhəciyin altında əsl meteorit daşından istifadə olunub.
Nadir saat yalnız dörd nüsxədə buraxılıb.
Bakıdakı zərgərlik dükanlarında meteorit qırıntılarından hazırlanmış zinət və bəzək əşyalarının satılıb-satılmadığını deyə bilmərik. Əslində, bu özü də bir araşdırma mövzusudur. Amma saytların birində belə bir elana rast gəldik: “Çox dəyərli daşlar olan meteorit daşları satılır. Qiymətləri qramla satılır. Almaq istəyənlər internetdə bunu araşdırsın sonra alsınlar. Hamısını maqnit çəkir”.
Nə bilmək olar? Bəlkə də 60 il bundan əvvəl Arusa düşmüş “hədiyyə”dən qalanlardır?
İndi də, Zaqatalaya göydən yad cisim düşüb.
Rayonun Uzuntala kənd sakini Nəriman Nuriyevin sözlərinə görə, Katex çayının kənarında balıq tutarkən havadan qəribə uğultu səsi eşidib. Dərhal sonra isə meşəlik əraziyə nə isə düşüb. Həmin əraziyə gedən Nəriman oradan isti daş parçası tapıb.
N. Nuriyev bu barədə Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Uzuntala kəndi üzrə icra nümayəndəsi Sona Xasıyevaya məlumat verib. Nümayəndəlik də öz növbəsində hadisə ilə bağlı rayon rəhbərliyini məlumatlandırıb.
N. Nuriyev meşədə tapdığı yad cismi kənd icra nümayəndəliyinin qarşısına gətirib. Kəndə gələn rayon rəhbərliyi tərəfindən daşa baxış keçirilib. Daşın çəkisi 10 kiloqramdır.
Düşən yad cisimlə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Gözləyək, görək, yerə düşən nə imiş?
Özünü 12-ci İmam Mehdi kimi təqdim edib 50-yə yaxın vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Babayev Aqil Zalış oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Aqil Babayev bu illər ərzində inanclı insanlar arasında özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib. Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsilə paylanıldığı görüntüsü yaradıb. Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən Müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb.
Rəsmi məlumatda deyilir ki, bu illər ərzində topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. İş üzrə zərərçəkən şəxs qismində tanınan təxminən 50-yə yaxın vətəndaşın hər biri Baş İdarədə dindirilib və onlar ifadələrində həmin şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldıqlarını bildiriblər.
Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Aqil Babayev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, Aqil Babayev “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
Dəb aləmində standart gözəllik anlayışından kənara çıxan modellər gün keçdikcə daha çox populyarlaşırlar. Buna görə də sosial şəbəkələrdə son günlər qəribə qaş modelləri trenddir. Hətta bu qəribə qaşlara bəzi qadınların böyük marağı var.
Lent.az xarici KİV-ə istinadən bu qəribə qaş modellərindən istifadə edən qadınların şəkillərini təqdim edir.
İsveçrənin Luqano şəhərində keçirilən beynəlxalq konfransda Ukraynanın baş naziri Denis Şmıqal ölkəsinin bərpa proqramını təqdim edib.
Lent.az xarici KİV-ə istinadən məlumatına görə, Şmıqal bildirib ki, Ukraynanın zərərçəkmiş vilayətlərini bu dövlətlər bərpa edəcək:
İtaliya - Rovno;
Almaniya - Çerniqov;
Kanada - Sumi;
ABŞ və Türkiyə - Xarkov;
Belçika - Nikolaev;
İsveçrə - Odessa;
Norveç - Kirovoqrad;
Latviya – Zaporojye;
İsveç və Hollandiya – Xerson;
Polşa və İtaliya – Donetsk;
Finlandiya və İsveç – Luqansk.
ABŞ-da avtomobil qeydiyyat nişanı satışa çıxarılıb ki, bu da dünyada ən bahalı sayılır.
Lent.az xarici mediaya istinadla bildirir ki, yalnız “MM” hərflərindən və “Kaliforniya” yazısından ibarət “1” rəqəmli nömrənin amerikalı sahibi bu xəzinə üçün 24,3 milyon dollar istəyir.
Nadir nömrələrin satıldığı “The Plate Broker” ticarət platformasının nümayəndəsi belə bir nömrənin “Mercedes-Maybach” avtomobilləri üçün optimal olduğunu iddia edir. Yeri gəlmişkən, şirkət bu yaxınlarda “Maybach Haute Voiture” modelinin ən dəbdəbəli versiyasını təqdim edib, lakin o, həm də satışdakı nömrədən on dəfə ucuzdur.
Amma, şəkillərdə belə nömrələrin digər bahalı avtomobillərdə yaxşı göründüyü görünür.
Lotun bu qədər absurd dəyərinə nədənsə haqq qazandırmaq üçün satıcı vurğulayır ki, dünyada ilk dəfə olaraq avtomobil nömrəsi belə nömrələrə sahib olduğunu təsdiqləyən NFT tokeni ilə tandemdə satılır.
Bu elektron malların dəyərinin belə olduğu mübahisəlidir, lakin onlar aktiv şəkildə satılır və bəziləri üçün alıcılar həqiqətən böyük məbləğlər qoyurlar.
İndiyə qədər tarixdə ən bahalı avtomobil nömrə nişanı 2008-ci ildə Əbu-Dabidə 14,2 milyon dollara satılıb.
Bu ilin aprel ayında Dubayda daha bir gözəl avtomobil nömrəsi 9,5 milyon dollara satılıb.
“The Plate Broker”in hazırda ehtiyatda saxladığı məlumatlara görə, “MM”dən sonra ikinci ən bahalı nömrə 3.888.888 dollara “GOVIRAL”dır.
Yayın əvvəlindən bəri ən güclü maqnit qasırğası bu gündən, iyulun 5-dən Yer kürəsini əhatə edəcək və üç gün davam edəcək.
Lent.az xarici mediaya istinadla bildirir ki, proqnoza görə, Günəş aktivliyinin artımının başlanğıcı bu gecəyə düşür və 3 bal səviyyəsinə çatacaq.
Daha sonra iyulun 6-da səhər və günortadan sonra Günəş aktivliyinin zirvəsi gözlənilir - yayın əvvəlindən bəri maksimum 5 bala çatacaq. Axşama doğru cüzi enişə gedəcək - 4 bala qədər.
İyulun 7-də Günəş Yerə hücum etməyə davam edəcək, lakin artıq əvvəlki gündən çox zəif olacaq - 3 bal.
Nəhayət, iyulun 8-də axşam saatlarında geomaqnit vəziyyət tədricən normala enəcək.
2022-ci ilin iyul ayı üçün maqnit qasırğalarının proqnozuna əsasən, Günəş aktivliyinin təzahürləri yenə gözlənilir:
• kiçik maqnit dalğalanmaları: 8, 14, 17-21, 24, 25;
• ciddi maqnit qasırğaları: 15, 16, 22, 23 iyul.
Dünyanın ən gözəl gölü müəyyənləşib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, İtalyada yerləşən Komo gölüdür.
Komo gölünün ətrafında Llerna, Lekko, Cernobbio, Laglio, Koliko, Bellacio kimi kənd və şəhərlər yerləşir. Ən çox ziyarət edilən Bellacio kəndi də “Komo incisi” adlanır.
Bu göl turistləri, o cümlədən bir çox məşhurları özünə cəlb edir.
26 yaşlı Nigar Türkiyəyə köçdükdən sonra cinsiyyətini dəyişərək Azad olub. Kişi olmağının çox bəsit səbəbi varmış. Çünki ən böyük arzusu qalstuk taxmaq imiş.
Adamın üstündə Allah var, qız vaxtı nənələr demiş matax bir şey olmasa da, "oğlanlığı" pis alınmayıb. Baxırsan ki, zorbaca bir kişidi. Nə yaxşı ki, hamımızın çoxlu-çoxlu pulları yoxdu. Yoxsa nə var e, yaşayışından bezən təzə cins şalvar alırmış kimi gedib özünə təzə cins düzəltdirər. Kimi özünü oğlan qayırtdırar, kimisi qız. Bu qayırmaq sözünü də ora-bura yozmayın. Gül kimi, doğmaca türk sözüdür, Allahın yaratdığına həkim müdaxilə edib yeni varlıq qayırır.
Bu günlərdə köhnə tanışlarımdan biri ilə qarşılaşdım. 42 yaşı var, göyçəkcənə xanımdı, abırlı, həyalı. Soruşdum evlənmisənmi? Cavab verdi ki, bacı, bu “kişilər” imkan verirmi ki, kişi tapaq. Onsuz da qadınların sayı kişilərdən çox idi, indi özünü qadın elətdirib ortada gəzənlərin əlindən ümumiyyətlə şansımız azalıb. Zarafatla deyilmiş bu sözdə həqiqət payı yox deyil.
Biz nələr yaşayırıq, biz hara gedirik belə? Ümumiyyətlə, bizim nəsil nələr görmədi? Müharibələr, imperiyaların süqutu, pandemiya, sürətli elmi texniki sıçrayış, süni insan yaradacaq qədər yeniliklər. Mələz heyvanlar var idi, indi mələz insanlar da var, arvad-kişi olanlar.
Dəli olmaq olar. Elə hirsindən dəli olanlar var. Bu gün Bakı metrosunda balta ilə gəzən şəxs peyda olub. Həmin kişi qarşısına çıxan cinsi azlıqları öldürəcəyini deyib. Bəlkə də bilmir ki, indi süni xanımlar orjinal xanımlardan daha göyçəkdi, qıraqdan baxmaqla saxta malla orjinalı ayrmaq olmur.
Allah rəhmət eləsin Üzeyir bəyə. “Arşın mal alan” filmində Soltan bəyin çarşabın içindəki xalanı görüb “de görüm, sən anadangəlmə arvadsan?” sualını verməyini xatırlayırsınız? Nə biləydik ki, çox yox elə yarım əsr sonra kimin anadangəlmə arvad, kimin anadangəlmə kişi oduğunu bilmək üçün belə suallar verməli olacağıq. Plastik əməliyyatların möcüzələr törətdiyi zəmanədə yaşayırıq. Daha plastik cərrahlar istəsələr meymundan da dünya gözəli yarada bilirlər.
İndən belə evlənmək istəyən cavanlarımız qarşı tərəfə “evin, diplomun var?”, “haralısan?” filan kimi klassik, köhnəlmiş suallar əvəzinə “sən anadan gəlmə oğlansan və ya qızsan?” sualını verəcəklər. 60 yaşı olub 25 yaşında görünən xanımlara “bağışlayın xanım, sizin neçə yaşınız var?” sualını vermək gərək ayıb yox, vacib sayıla. Qabığımız dəyişməklə deyil ki, hər yaşın öz hökmü, öz düşüncə tərzi var. Elə hər cinsin də. Qarşıma belə xəbərlər çıxıb. Əvvəl qadın olmuş, özünü kişi etdirmiş şəxs hamilədir və əvvəl kişi olub indi özünü qadın etdirmiş birisiylə evlidir. Doğulacaq uşağın yerinə özünü qoyanda az qalır beynim error versin. Kimə ana deyəcək, kimə ata deyəcək? Bu dünyaya qadın gəlib, kişi getmək, kişi gəlib qadına çevrilmək də varmış...
Cəmi bir saatlıq fərqlə PSJ-nin rəsmi saytı komandanın məşqçi heyətində baş verən dəyişikliklərlə bağlı məlumat yayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, parislilərin ilk xəbəri 2021-ci ilin yanvarından komanda ilə işləyən argentinalı məşqçi Maurisio Poçettinonun qovulması olub. Mütəxəssis Fransa çempionluğunu və Fransa kubokunu qazanıb. Lakin Avropa yarışlarında ulduzlar komandası nəzərəçarpacaq uğur qazana bilməyib.
Onun əvəzinə komandanı 55 yaşlı Kristof Qaltye çalışdıracaq. Məşqçi ilə 2024-cü il iyunun 30-dək iki mövsümlük müqavilə imzalanıb. Fransızın əvvəlki iş yeri “Nitsa” olub.
Maurisio Poçettino
Qaltye 2020/21-ci il mövsümündə “Lill”i Fransa çempionu edib. Mütəxəssis üç dəfə Liqa 1-in ən yaxşı məşqçisi seçilib: 2013, 2019, 2021.
Kristof Qaltye
Dünya şöhrətli Alen Delondan danışacağıq. Dünyanın ən yaraşıqlı və xarizmatik kişisindən, milyonlarla qadının ürəyini fəth etmiş mavi gözlü fransızından.
Alen Fabyen Marsel Moris Delon 1935-ci il 8 noyabrda Paris yaxınlığında Soda şəhərciyində anadan olub. 5 yaşı olanda valideynləri ayrıldılar, o anası ilə ögey atanın himayəsində yaşadı. 16 yaşı olanda sallaqxanada qəssab işlədi. Hər hansı yeniyetmə üçün ağır sayıla biləcək bu işdə təxminən bir il çalışmağa başladı, boş vaxtlarında idmanla – velosport və boksla məşğul olurdu. 17 yaşına çatanda Alen Delon Hind-Çinə müharibəyə yola düşdü. Orduda özünü sərbəst apardığına görə, rütbəsini üç dəfə endirib, sonra bərpa ediblər.
Hərbi xidmətdən sonra həyat onu Hollivud üçün gənc istedad "ovuna" çıxan Harri Uilsonla qarşılaşdırdı. Bununa da 60-cı illərdə Alen Delon əsri başladı desək yanılmarıq.O hər çəkildiyi filmə görə o zaman üçün böyük miqdar hesab olunan 20 milyon frank alırdı. Hər il ekranlara ən az 4 filmi çıxırdı. Tamaşaçılar yalnız Alen adını eşidərək onun filmlərinə gedirdilər. Lakin bu o demək deyildi ki. Alen Delonun sadəcə gözəlliyi vardı. Onun “Qara tülpan”, “Zorro” filmlərindəki obrazları daha çox sevilirdi. Alen delonun ifasında romantic kişi obrazları daha uğurlu alınırdı.
Ekranlara ilk çıxışı ilə yaraşıqlı siması ona uğur gətirdi.Həmin dövrün məşhur aktrisalardan biri hesab edilən Romi Şnayder onunla eyni filmdə - "Kristina"da oynamağa razılıq verəndə Alen sənət aləmində tanınmırdı. Onların tanışlığı çox qısa müddətdən sonra məhəbbətə çevrildi və cütlük uzun müddət eyni mənzildə yaşamalı oldular. Sonradan hətta evlənməyə qərar versələr də bu, baş tutmadı. Şöhrətdən başı gicəllənən Alen Delon demək olar ki hər gün özünə yeni sevgili tapırdı. Qadınlar milçək şirəyə yığılan kimi, onun başına yığılırdı. Cütlük ayrıldı.
Lakin Romi ilə Alenin münasibətləri belə asan başa çatmadı. Hər ikisi başqa adamlarla evlənsələr də, günlərin birində yenidən bir araya gəldilər, köhnə sevgi alovlandı, Rominin əri qəzetlərdə gedən xəbərlərin ağırlığına dözə bilməyib, intihar etdi. Alen Delon da, Romi də özlərini bu ölümdə günahkar sayırdılar, onlar yenidən ayrıldılar. 42 yaşı olanda Rominin 14 yaşlı oğlu Devid faciəvi şəkildə öldü, o yenə Alen Delonda və antidepressantlarda axtarırdı. Günlərin birində Romi Alen Delonu milyoner bir kişi ilə uyğunsuz vəziyyətdə görəndə dünya başına yıxılmış kimi hiss etdi və içdiyi bir ovuc antidepressantla həyatına son qoydu.
Alen Delonun həyatında nə qədər qadının olduğunu heç aktyorun özü də bilmirdi. Onun 3 evliliyi və 3 övladı var. Fabian, Anoni adlı oğulları, Anuşka . Hərçənd özünü Delonun oğlu élan eləmiş daha bir neçə nəfər barədə də məlumatlar var. Bütün qadınları onun çox azad ruhlu, kəskin xarakterli olmasından şikayətçi idilər. Alen Delon hamının idi və eyni zamanda heç kəsin deyildi. Milyonlarla qadının ürəyini fəth edən bu yaraşıqlı cəngavər özünü tənha kişi adlandırırdı və ömrünün son 10 ilini demək olar ki, tənha yaşadı.
O itləri və atları çox sevirdi, malikanəsində çoxlu sayda at və it bəsləyirdi. Hətta ölərkən mülkündən heyvanlarına da pay vəsiyyət edcəyini bildirib. O hər zaman deyərdi ki, itlər və atlar insanlardan fərqli olaraq xəyanət etmirlər. 2012-ci ildə o son rolunu oynadıqdan sonra, evtanaziya yoluyla ölməyə hazırlaşdığını bəyan elədi. 86 yaşlı aktyor artıq bu prosedurun qadağan olunmadığı İsveçrəyə köçüb. O insult keçirib və inzivaya çəkilib. Aktyor böyük oğluna son səfərinə necə kömək edəcəyi ilə bağlı göstərişlər verərək, varislərinə mülk üstündə dava etməməyi tövsiyə eləyib.
O evtanaziya ilə ölmək üçün ölkə dəyişib, ölüm xəbərləri yayılıb, həyatda olsa da özünü milyonlar üçün ölü elan edib, gözlərdən uzaqlaşıb. Bəs könüllərdən necə?
Bakıda evdə yanan ailənin son durumu açıqlanıb.
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, hazırda 2 uşağın və ananın reanimasiya şöbəsində müalicələri davam etdirilir: "Onların vəziyyətləri ağır olaraq qiymətləndirilir. Ata isə palataya köçürülüb".
saat 12:41
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Sabunçu rayonunda evin yanması nəticəsində bir ailənin 2 üzvü ölüb, 5-i yaralanmışdı.
Lent.az-ın əldə etdiyi məlumata görə, Bakıda evin yanması nəticəsində xəsarət alan ailənin daha bir üzvü, körpələrin babası, 70 yaşlı Abbasov Qafar Qəni oğlu da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, məlum hadisə iyunun 29-da Bakının Kürdəxanı qəsəbəsində qeydə alınıb. Fərdi yaşayış evlərindən birində baş verən yanğın nəticəsində əkiz körpələr ölüb, ailənin 5 üzvü isə yaralanmışdı.
Bir çoxumuz mikrodalğalı sobanı mətbəxin harasında yerləşdirəcəyimizi bilmirik.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onları normal sobaların və ya hər hansı istilik istehsal edən cihazların üstünə qoymamaq məsləhətdir.
Mətbəxinizdə kifayət qədər yer yoxdursa, onu quraşdırılma qaydalarına uyğun olaraq soyuducunun üzərinə yerləşdirmək olar. Sobanı yerləşdirəcəyiniz yer düz, möhkəm bir səth olmalıdır. Mikrodalğalı soba ilə ətrafdakı obyektlər arasında boşluq təmin edilməlidir.
Havalandırma dəliklərinin arxa divarda olması, yan tərəflərdə 5-10, yuxarı hissələrdə isə 20-30 santimetr məsafənin olması məsləhətdir.
Sumqayıtda restorana gələn gənc qız qarət olunub.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisindəki restoranların birində qeydə alınıb. İaşə obyektinə bir qızla gələn oğlan onu məyus edib. Oğlan qızın telefonunu zəng etmək adı ilə alaraq, obyekti tərk edib. Bir müddət keçsə də, o, geri qayıtmayıb.
Hətta personal həmin müştərilərin sifarişlərini də gətiriblərmiş. Ancaq onlar sifarişlərə toxunmayıblar.
Məlumata görə, restoran rəhbərliyi məyus olan qızdan sifarişlərin hesabını tələb etməyib.
Ukraynada Azərbaycanlı polis həlak olub.
Lent.az xəbər verir ki, hadisə Xarkovda baş verib.
Belə ki, Masallı rayon Mahmudavar kəndindən olan, Rusiya Federasiyasının Daxili qoşunlarında xidmət keçən, 23 yaşlı Qasımov Pənah Şair oğlu minaya düşüb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Ölən azərbaycanlı polis Pənah Qasımovun sonuncu fotosu
Mahmudavar kəndinin bələdiyyə sədri Babayev Əfqan Lent.az-a bildirib ki, hazırda meyit Xarkov şəhərindədir:
“Pənah Qasımov dünən dünyasını dəyişib. Onun meyitinin Azərbaycana gətirilməsi üçün lazımi qurumlara rəsmi sənədlərlə müraciət olunub, bununla bağlı proseslər gedir. Çox güman ki, yaxın günlərdə nəşi ölkəmizə gətiriləcək”.
Mərhumun əmisi Mahir Qasımov saytımıza deyib ki, o, evin tək uşağı olub:
“Pənah 2009-2010-cu illərdə ailəsi ilə birgə Rusiyaya köçüb. Çelyabinskdə yaşadığı müddətdə polis serjantı olub. Subay idi. Ailəsi onun nəşini Masallıya gətirməyə çalışır”.
Ukraynanın Melitopol şəhərində yerləşən Rusiyanın hərbi bazasına atılan raket zərbəsi nəticəsində 200-dən çox əsgər və zabit həlak olub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Melitopol meri İvan Fedorov bildirib ki, hadisə nəticəsində üç yüzdən çox şəxs yaralanıb.
Qeyd edək ki, bu, Rusiyanın Ukraynada ən iri hərbi bazası idi.