• Şikayət et

KTMT yenidən hərəkətə keçdi: Qırğızıstan-Tacikistan MÜHARİBƏSİ?

Qırğızıstan-Tacikistan sərhədindəki gərginliklə bağlı Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəflərə çağırış edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, KTMT-nin baş katibi Stanislav Zas Qırğızıstan və Tacikistanı dərhal atəşkəsə çağırıb. Baş katib hər iki ölkənin Təhlükəsizlik Şurasının katibləri ilə telefonla danışıb.

"KTMT münaqişənin həllində Qırğızıstan və Tacikistana lazımi köməklik göstərməyə hazırdır", -deyə S.Zas bildirib.

Xatırladaq ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidmətinin məlumatına görə, iki dövlət arasında insident Batken-İsfana avtomobil yolunun hissələrinin birində, Tort-Koço ərazisində başlayıb. 

Son məlumatlara görə, sərhəddə atışma davam edir.

Bizim.Media

Mənbə:
0
92
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar