Komitə sədrindən əhaliyə ŞAD XƏBƏR-Qiymət ucuzlaşacaq

İşğaldan azad edilmiş ərazilərdə heyvandarlığın inkişafı ölkədə ət və süd məhsullarının qiymətlərinin aşağı düşməsinə şərait yaradacaq.

Azerforum.com xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin bu məhsullara olan tələbatının ödənilməsi dövlətin qarşısında duran başlıca məsələlərdən biridir:

“Bu baxımdan heyvandarlığın inkişafı, hevandarlıq məhsullarına olan tələbatın ödənilməsi və idxalın azaldılması çox önəmlidir. Son illərdə bu istiqamətdə həyata keçirilən tədbirlər öz nəticəsini verməkdədir. Ötən il heyvandarlıq məhsullarının istehsalı 3 faiz artmışdı.

Heyvandarlıq üçün böyük potensiala malik olan ərazilərimizin işğaldan azad edilməsi bu sahənin inkişafına geniş perspektivlər açır. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan işğaldan əvvəl heyvandarlığın inkişafı ilə seçilən rayonlar kimi tanınıb. Bu ərazilərin təbii şəraiti, bol yem ehtiyatlarına malik olması, digər tərəfdən insanların bu sahəyə olan marağı onu deməyə əsas verir ki, minalar təmizləndikdən, əhalinin yaşaması üçün təhlükəsizlik təmin edildikdən sonra bu rayonlarda heyvandarlıq sürətlə inkişaf edəcək”.

T.Rzayev vurğulayıb ki, bununla əlaqədar müəyyən layihələr hazırlanıb və tədbirlər planlaşdırılır: “Bu tədbirlər sözsüz ki, ət və süd məhsullarının qiymətinin aşağı düşməsinə, idxalın azalmasına və yerli məhsulların keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq. Dağlıq ərazilərdə bəslənilən, təbii yemlə qidalanan heyvanların əti, südü əlbəttə ki, başqalarından fərqlidir.

Artıq bəzi fermerlər işğaldan azad edilmiş ərazilərdə yaylaqlara köç edib. Dövlətin sahibkarlara verdiyi imtiyazlar, göstərilən diqqət və qayğı nəticəsində tez bir zamanda həmin ərazilərdə iri heyvandarlıq təsərrüfatları yaradılacaq, əhalinin ət və süd məhsullarına olan tələbatı daha yaxşı ödəniləcək” (trend).

0
1471
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar