Kipr prezidenti: Papa 50 miqrantı özü ilə aparacaq

Roma Papası Fransisk özü ilə Kiprdən İtaliyaya 50 miqrant aparacaq.

Publika.az xəbər verir ki, bu barədə Kipr Respublikasının prezidenti Nikos Anastasiadias deyib.

nun sözlərinə görə, Roma-Katolik kilsəsi tərəfindən irəli sürülən bu simvolik təşəbbüs ilk növbədə Avropa Birliyinin miqrant siyasətinə yenidən nəzərə yetirməsi, digər tərəfdən problemin daha ədalətli həlli və Avropa Birliyi dövlətləri arasında miqrantların humanist həyat yaşamaları baxımından vacibdir.

“Məhz bu səbəbdən biz Kiprdən İtaliyaya 50 immiqrantın aparılması təşəbbüsünə görə minnətdarlığımızı bildiririk”, - Kipr prezidenti vurğulayıb.

Qeyd edək ki, Roma Papası Fransisk Kiprdə səfərdədir.

Mənbə:
0
183
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar