Karantin cərimələri bu tarixdən sonra silinə bilər – DEPUTAT

Gürcüstanda karantin cərimələrinin silinməsi barədə qərar humanist olduğu qədər də çox təhlükəlidir. Çünki cərimənin tətbiq edilməsində dövlətlərin əsl məqsədi büdcəyə hansısa maliyyə gəlirinin gətirilməsi deyil, insanları qaydaları pozmaqdan uzaqlaşdırmaqdır.

Bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında millət vəkili Rəşad Mahmudov deyib. O bildirib ki, dünyada pandemiya bitdikdən sonra belə bir qərarın verilməsi məqsədəuyğun olardı:

"Son il yarım ərzində ölkəmizin regionda verilən qərarlarda, xüsusən də peyvəndlənmə prosesi ilə bağlı aparılan siyasətdə MDB məkanında birinci yerdə olduğunu nəzərə almaq lazımdır. Yeni dalğanın nə vaxt gələcəyini bilmədiyimiz halda belə bir qərarın verilməsi cəmiyyətlər üçün problem yarada bilər. Bunu nəzərə alaraq hər şey bitikdən sonra, yəni COVİD pandemiyasının başa çatdığı elan olunduqdan sonra ölkələrin belə humanist addımları atması daha uyğun olar".

 

Mənbə:
0
61
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar