İntim əlaqə olmazsa bədənimizdə hansı problemlər yaranar?

Həyatında nəinki həftələr, hətta aylar, illərlə seks olmayan insanın orqanizmində problemlər yaranır.

Gent.az xəbərləri sizə təqdim edir:

İMMUNİTET ZƏİFLƏYİR


Doktor Kori Honikman hesab edir ki, müntəzəm olaraq keyfiyyətli intim həyatı olan insanların immuniteti 43 faiz daha yüksək olur. İmmun sistem xüsusən əvvəllər normal intim münasibəti olan sonradan azalan insanlarda bu əskikliyə mənfi reaksiya verir.


STRESS HORMONLARI ARTIR


Seks xoşbəxtlik hormonu olan serotoninin sintezi üçün fabric rolunu oynayır. Britaniya universitetinin araşdırmaları göstərib ki, müntəzəm intim münasibətdə olanlar stress vəziyyətlərini asanlıqla aşır. İntim əlaqəsi heç olmayanlar isə stresə qarşı davamsız olur.

EREKTİL DİSFUNKSİYA BAŞLAYIR


Erkən boşalma və erektil disfunksiya müntəzəm və keyfiyyətli intim münasibətin olmamasından qaynaqlana bilir.


LİBİD AZALIR


Doktor Honikman qeyd edir ki, uzun müddət intim əlaqədən uzaq duran insanlarda orqanizm bu hala öyrəşir və libidi azaldır.


PROSTAT XƏRÇƏNGİ RİSKİ ARTIR


Prostat xərçəngi pasiyentləri üzərində aparılmış araşdırma göstərib ki, uzun müddət seksdə fasilə kişilərdə prostatit və xərçəngə yoluxmaq riskini 35% artırır.


İNSANIN ÖZÜNƏ GÜVƏNİ İTİR


Seksdən uzaq olan insan özünü az cəlbedici hesab edir, işdə, şəxsi həyatda özünə güvənmir. Hesab olunur ki, sperm təbiətən antidepressantdır. Onun çatışmazlığı əhval pozğunluğu, depressiya yaradır. Bu intim münasibətdə qoruyuculardan istifadə edənlərə də aiddir.

Yuxu pozulur, xroniki ağrılar baş qaldırır


QADINLARDA VAGİNA ZƏİFLƏYİR, GİNEKOLOJİ XƏSTƏLİKLƏR ÇOXALIR

Seks qadınlar üçün Keqel əzələsinin məşqi deməkdir. Uzun müddət əlaqəsiz qalmaq, aşağı çanaq orqanlarında qan durğunluğuna, adneksit və mastopatiya kimi xəstəliklərə yol açır.


HORMONAL DİSBALANS


Həm kişi, həm də qadınlarda demək olar bütün orqanların işini pozan hormonal disbalans baş verir. Qadınlarda kişi hormonlarının sayı artır, qadın tez qocalır. Kişilərdə isə əksinə kişi hormonları azalır, onlarda tüksüzləşmə, kökəlmə, bədənin piylənməsi başlayır. Seks yoxdursa, vaxtından əvvəl qocalmağa hazır olun.


Intim münasibəti olmayan kişilərdə kişi hormonlarının həddən artıq aktişləşməsi səbəbindən aqressiya baş qaldırır, beynində təşvişli fikirlər çoxalır.(medicina.az)

Mənbə:
0
130
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar