Apple şirkəti dünən gecə Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim etdi. İndi isə bu cihazın yeni fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolar MR cihazın dizaynını hərtərəfli şəkildə qiymətləndirməyə imkan verirlər. Qeyd etmək lazımdır ki, Vision Pro bazarda olan aparıcı texnologiyaları özündə birləşdirir və istifadəçiyə unikal istifadəçi təcrübəsini qazandırır. Belə ki, Vision Pro həm AR mühitdə çalışmaq imkanını verir həm də VR formatda müxtəlif kontentləri izləməni mümkün edir. Apple şirkətinin ilk qarışıq reallıq cihazı gələn ilin əvvəlində satışa çıxacaq və 3500$-a satılacaq.

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal edirlər. OPPO və vivo kimi brendlərin portfoliolarında artıq həm adi qatlana bilən (Galaxy Z Fold-a bənzər) həm də qatlana bilən qapaqlı (Galaxy Z Flip-ə bənzər) smartfonlar mövcuddur. Lakin ilk qatlana bilən smartfonlardan birini təqdim etmiş Xiaomi şirkətinin portfoliosunda hələ ki, Flip form-faktoruna sahib smartfon mövcud deyil.

Qatlana bilən smartfonlar bazarındakı vəziyyət onu göstərdi ki, alıcılar daha çox məhz Flip form-faktoruna sahib smartfonlara üstünlük verirlər. Görünür, Xiaomi də artıq bu form-faktora sahib smartfonların nə dərəcədə məşhur olduqlarını inkar etmir. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Xiaomi Flip form-faktoruna sahib fərdi smartfonu üzərində işlərə artıq start verib. İnsayderin sözlərinə əsasən Xiaomi-nin qatlana bilən qapaqlı smartfonunun əsas üstünlükləri arasında maksimal dərəcədə yüngül çəki və nazik gövdə olacaq. Smartfonun 2024-cü ildən tez təqdim olunacağı gözlənilmir. Onun nəticədə Mix Flip adlanacağı istisna deyil.

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi. İndi isə şirkət onun qlobal versiyasının Avropadakı satışlarına nə zaman start veriləcəyini elan edib. Bununla belə Xiaomi 13 Ultra-nın qlobal versiyasının rəsmi satış qiyməti də məlum olub. Qeyd etmək lazımdır ki, Xiaomi 13 Ultra qlobal bazarda yalnız bir versiyada satışa çıxacaq. Söhbət, smartfonun 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib versiyasından gedir. Beləliklə sözügedən smartfon Avropa bazarında 1499 avro qiymətində satılacaq. Satışlara isə 12 iyun tarixində start veriləcək.

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reytinqini təqdim edib. Bu reytinq siyahıda olan Android smartfonların performans göstəricilərini deyil, istifadəçilərin onlardan nə dərəcədə razı qaldıqlarına hədəflənib. Beləliklə AnTuTu tərəfindən istifadəçilərin seçimləri əsasında tərtib edilmiş reytinqin ilk beşliyi bu cürdür. Meizu 20 Pro, Huawei P60 Pro, vivo X90 Pro+, Nubia Z50 Ultra və OPPO Find X6 Pro. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. Xiaomi 13 Pro, Honor Magic5 Pro, Galaxy S23 Ultra, Honor Magic5 Supreme Edition və Honor X40 GT.

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim etdi. Bu, Galaxy A54 5G-nin bir qədər yaxşılaşdırılmış versiyasıdır. Belə ki, Galaxy A54 5G-dən fərqli olaraq Galaxy F54 5G daha böyük həcmli batareyanı əldə edib və daha keyfiyyətli əsas arxa kamera ilə təchiz olunub. Beləliklə Galaxy F54 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym Super AMOLED+ ekran ilə təchiz olunub və Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.

Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Bundan əlavə olaraq onun gövdəsi IP67 standartı üzrə sudan qorunur. Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy F54 5G Exynos 1380 prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 108 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy F54 5G yaxın günlərdə Hindistanda 365$-a satışa çıxacaq. Onun digər ölkələrdə satılıb-satılmayacağı bilinmir.

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonu satışa çıxartmağa hazırlaşır. İndi isə sözügedən smartfon online mağazalardan birində ortaya çıxıb. Bununla da smartfonun bəzi texniki göstəriciləri təsdiqlənib. Beləliklə Redmi 12 smartfonu Full HD keyfiyyətli 6.79 düym IPS ekran ilə təchiz olunacaq və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfon MediaTek Helio G88 prosessoru vasitəsilə çalışacaq, 50 MP-lik əsas arxa kameraya sahib olacaq və özündə 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Redmi 12-nin təqdimatı yaxın zamanda baş tutmalıdır.

Vaxtı ikən ABŞ hökumətinin sərt sanksiyaları ilə qarşılaşaraq fərdi Kirin prosessorlarının istehsalı imkanından məhrum olmuş Huawei şirkəti Honor brendinin eyni zərbəni əldə etməməsi üçün onu özündən ayrmalı oldu. Nəticədə Honor müstəqil şirkətə çevrildi. Hal hazırda Honor smartfonları problemsiz şəkildə Qualcomm-un 5G prosessorlarını və Google şirkətinin lisenziyalaşdırılmış Android versiyalarını əldə edirlər.

Lakin şirkət bununla yetinməyərək və daha da irəli gedərək prosessorların istehsalı ilə bağlı törəmə şirkətini təsis edib. Şirkət keçən həftə təsis edilib və Shanghai Honor Intelligent Technology Development Co adını əldə edib. Məlumata əsasən bu yeni şirkətin ilkin büdcəsi 14 milyon dollar təşkil edir. Onun fəaliyyət sahəsi isə prosessorların layihələşdirilməsi, satışları və müvafiq xidmətlərdir. Bununla yanaşı şirkət süni zəka üçün nəzərdə tutulmuş tətbiqi proqram təminatı üzərində də çalışacaq.

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir. Orta büdcəli bu smartfon böyük ölçülü ekranı və balanslaşdırılmış texniki özəllikləri ilə seçilir. Beləliklə OnePlus Nord N30 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.72 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

Smartfon özündə həmçinin kontaktsız ödənişlər üçün NFC çipi, stereo səsgücləndiriciləri və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə OnePlus Nord N30 5G Snapdragon 695 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 108 MP + 2 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 50 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 13 vasitəsilə çalışır. OnePlus Nord N30 5G 12 iyun tarixində ABŞ-da satışa çıxacaq və 300$-a satılacaq.

Dünən Nothing Phone (2)-nin keyfiyyətli render fotoları təqdim edilmişdi. Smartfonun render fotoları OnLeaks ləqəbli məşhur və nüfuzlu insayder tərəfindən təqdim edilmişdi. Buna görə də render fotoların həqiqəti əks etdirdiklərinə dair heç bir şübhə yaranmadı. İndi isə məlum olub ki, Nothing şirkətinin CEO-su Carl Pei Nothing Phone (2)-nin dünən təqdim edilmiş render fotoları barəsində fikrini söyləyib.

Pei öz fikrini sadəcə bir sözlə ifadə edib. “Fake”. Bu sözlə o, dünən ortaya çıxmış render fotoların həqiqəti əks etdirmədiklərini bildirib. Bununla belə Carl Pei hazırlanan Nothing Phone (2)-nin xarici görünüşü barəsində heç bir məlumatı təqdim etməyib. Qeyd etmək lazımdır ki, smartfon 120 Hz–lik təsvir yenilənməsinə sahib 6.7 düym AMOLED ekran, Snapdragon 8+ Gen 1 prosessoru və 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.

Yenilənmiş Mac Pro ilə yanaşı Apple yeni Mac Studio-nu da təqdim edib. Yeni Mac Studio iki versiyada təqdim edilib. Onlardan biri M2 Max, digəri isə M2 Ultra prosessoru vasitəsilə çalışır. M1 Max vasitəsilə çalışan Mac Studio-dan fərqli olaraq M2 Max vasitəsilə çalışan Mac Studio-nun CPU tərəfi 20%, GPU tərəfi isə 50% daha sürətlə çalışır. Bununla yanaşı M2 Max vasitəsilə çalışan Mac Studio Intel prosessoru vasitəsilə çalışan istənilən ən güclü iMac-dan 4 dəfə daha sürətlə çalışır.

M2 Ultra vasitəsilə çalışan Mac Studio-ya gəldikdə isə M1 Ultra vasitəsilə çalışan Mac Studio-dan fərqli olaraq onun CPU tərəfi 20%, GPU tərəfi isə 30% daha sürətlə çalışır. Yeni Mac Studio modellərində Wi-Fi 6E və Bluetooth 5.3 texnologiyalarının dəstəyi reallaşdırılıb. Bununla yanaşı onlar 192 GB-a kimi RAM yaddaşını dəstəkləyirlər və 8 TB-a kimi daxili yaddaş həcmi ilə təchiz olunurlar. Yenilənmiş Mac Studio-nun satışlarına gələn həftə start veriləcək. Onun qiyməti 2000$-dan start götürəcək.

İnsayderlər OnePlus şirkətinin ilk qatlana bilən smartfonu barəsində yeni məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən qatlana bilən smartfon avqust ayının birinci yarısında təqdim ediləcək. Təqdimat tədbiri Nyu-Yorkda baş tutacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, OnePlus öz ilk qatlana bilən smartfonunu qlobal bazarda da satmağı hədəfləyib.

OnePlus Fold adlanacağı güman edilən qatlana bilən smartfonun 120 Hz-lik təsvir yenilənməsinə sahib 8 düym daxili ekran ilə təchiz olunacağı və Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Bununla yanaşı smartfonun 4805 mAh enerji tutumlu batareyaya sahib olacağı güman edilir. Smartfon iki ədəd ön kamera ilə təchiz olunacaq. Onlardan biri daxili ekran üzərində, digəri isə xarici ekran üzərində yerləşəcək. İnsayderlər bildiriblər ki, ön kameralardan biri 32 MP-lik, digəri isə 20 MP-lik olacaq.

İnternetdə Xiaomi 14 ilə Xiaomi 14 Pro barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə Digital Chat Station ləqəbli məşhur insayder bildirib ki, Xioami 14 ilə Xiaomi 14 Pro periskop kamera obyektivinə sahib olacaqlar. Adi Xiaomi 14 modeli 90 mm-lik fokus məsafəli 3.9 qat optik zoom-u, Xiaomi 14 Pro modeli isə 115 mm-lik fokus məsafəli 5 qat optik zoom-u dəstəkləyəcək. Hər iki smartfon üçlü arxa kamera ilə təchiz olunacaq. İnsayderin sözlərinə əsasən hər iki smartfonda əsas arxa kamera 50 MP-lik olmalıdır. Qeyd etmək lazımdır ki, bu ilin sonunda təqdim ediləcəyi gözlənilən Xiaomi 14 ilə Xiaomi 14 Pro-nun Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaqları və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaqları güman edilir.

WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş yeni məhsullardan biri də yenilənmiş Mac Pro kompüteri olub. Qeyd etmək lazımdır ki, Mac Pro Apple şirkətinin M prosessorlarına keçid etməyən yeganə kompüter məhsulu idi və indiyənə kimi Intel prosessorları ilə təchiz olunurdu. Yenilənmiş Mac Pro-nun əsas fərqləndirici özəlliyi isə onun Apple şirkətinin ən güclü M2 Ultra prosessoru vasitəsilə çalışmasıdır. Bununla yanaşı yenilənmiş Mac Pro Apple şirkətinin 6 ədəd PCIe Gen4 x16 girişini əldə etmiş ilk kompüteri oldu.

Həmin girişlərə şəbəkə təchizatlarını, əlavə daxili yaddaş həcmlərini və videokartlarını yerləşdirmək olar. Çox güman ki, yenilənmiş Mac Pro NVIDIA və AMD kimi kənar videokartları dəstəkləməyəcək. Onu da qeyd etmək lazımdır ki, yeni Mac Pro 192 GB-a kimi RAM yaddaşını dəstəkləyir və eyni anda 6 ədəd Pro Display XDR monitoru ilə çalışa bilir. Yenilənmiş Mac Pro 8 ədəd Thunderbolt 4, 2 ədəd USB 3.2 Type-A, 2 ədəd HDMI, 2 ədəd şəbəkə girişləri və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş ilə təchiz olunub.Yenilənmiş Mac Pro 13 iyun tarixində satışa çıxacaq və 7000$-a satılacaq.

iOS 17 ilə iPadOS 17-nin təqdimatından sonra Apple şirkəti bu əməliyyat sistemlərini əldə edəcək cihazların siyahılarını təqdim edib. Təqdim edilmiş siyahılardan da məlum olub ki, şirkətin bəzi köhnə cihazları bu yeni əməliyyat sistemlərini əldə etməyəcəklər. Bununla belə Apple öz cihazlarının 5 il müddətinə dəstəklənməsi siyasətini davam etdirir. Beləliklə iOS 17-ni iPhone Xr-dan başlayaraq bütün iPhone modelləri əldə edəcəklər.

Bura həmçinin iPhone SE (2020) modeli də daxildir. Beləliklə iPhone 8 seriyası və iPhone X iOS 17-nin dəstəyindən məhrum olacaqlar. iPadOS 17-ə gəldikdə isə ona iPad mini (5-ci nəsil və ondan sonra satışa çıxanlar), iPad (6-cı nəsil və ondan sonra satışa çıxanlar), iPad Air (3-cü nəsil və ondan sonra satışa çıxanlar) və iPad Pro (ikinci nəsil və ondan sonra satışa çıxanlar) modelləri əldə edəcəklər. Qeyd etmək lazımdır ki, iOS 17 ilə iPadOS 17-nin stabil versiyaları payız fəslində istifadəyə veriləcək.

Apple WWDC 2023 konfransı çərçivəsində öz yeni və ən güclü prosessoru olan M2 Ultra-nı təqdim edib. Şirkətin verdiyi məlumata əsasən daha öncəki Apple M prosessorları ilə müqayisədə Apple M2 Ultra-da performans göstəriciləri diqqət çəkəcək dərəcədə yüksələcək. M2 Ultra 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə 134 milyard tranzistoru birləşdirir. Apple bildirib ki, M2 Ultra 24 nüvəli mərkəzi prosessor, 76 nüvəli qrafik çipdənvə 32 nüvəli neyron prosessor ilə təchiz olunub. M1 Ultra-dan fərqli olaraq M2 Ultra-nın CPU tərəfi 20%, GPU tərəfi isə 30% daha sürətlə çalışır. Yeni prosessor 192 GB-a kimi olan RAM yaddaşını dəstəkləyir. Şirkətin sözlərinə əsasən M2 Ultra həmçinin eyni anda 6 ədəd Pro Display XDR monitoru ilə çalışa bilir. M2 Ultra-nı ilk əldə etmiş cihazlar yeni Mac Studio ilə Mac Pro olublar.

iOS 17 və iPadOS 17 ilə birlikdə Apple şirkəti öz smart saatları üçün nəzərdə tutulmuş watchOS 10-u da təqdim edib. Təqdim edilmiş watchOS 10-da çoxlu sayda kosmetik yeniliklər və smart saatların fuksionallıqlarını yaxılaşdırmaq üçün nəzərdə tutulmuş bir sıra yeniliklər reallaşdırılıb. Bununla yanaşı tərtibatçılara Apple Watch modelləri üçün tətbiqlərin yaradılması məsələsində daha geniş imkanlar təqdim edilib. WatchOS 10-da reallaşdırılmış əsas kosmetik dəyişiklik tətbiqlərin yeni dizaynlarıdır. Bundan sonra smart saatların ekranları daha çox məlumatı əks etdirə biləcəklər. Bəzi sistem tətbiqlərinin ikonları isə tamamilə dəyişilib.

Bununla yanaşı watchOS 10-a iki yeni siferblat da əlavə edilib. Onlardan biri rəngli, digəri isə interaktivdir. Şirkət watchOS 10-da vidjetlərin qruplaşması funksiyasını yaxşılaşdırıb. Belə ki, bundan sonra bu funksiya zamana və istifadəçinin geolokasiya məlumatına adaptasiya ediləcək. Bunun sayəsində istifadəçiyə müxtəlif tətbiqlərdən ən aktual məlumatlar sərgilənəcək. Məsələn istifadəçi hava limanına yaxınlaşan zaman Wallet tətbiqi istifadəçinin təyyarəyə minmə biletlərini əks etdirəcək.

Velosiped sürməyi sevənlər velosipedin pedallarının fırlanma sayını və digər göstəricilərini ölçə bilən Bluetooth cihazları bundan sonra Apple Watch-a qoşa biləcəklər. Piyada şəkildə hərəkət etməyi sevənlər üçün də maraqlı bir yenilik reallaşdırılıb. Belə ki, bundan sonra watchOS 10-dakı Compas tətbiqi sonuncu dəfə mobil şəbəkənin aktiv olduğu ərazini yadında saxlaya biləcək. Fövqəladə vəziyyətdə istifadəçi bu məlumatdan istifadə edərək əraziyə geri qayıda və mobil şəbəkədən istifadə edərək yardım çağıra bilər.

İstifadəçilərin gözlərinin sağlam şəkildə qalmalarını təmin etmək üçün watchOS 10 istifadəçiyə təmiz havaya çıxmağı məsləhət görəcək və həmçinin istifadəçinin aldığı təbii işıq miqdarını ölçə biləcək. Fiziki sağlamlıq ilə yanaşı yeni əməliyyat sistemi həmçinin psixoloji sağlamlığı da monitorinq etməyi öyrənib. Belə ki, bundan sonra istifadəçi öz əhval ruhiyyəsi və fikirləri ilə bağlı qeydləri apara və onun emosional vəziyyətini təyin edəcək qısa testlərdən keçə biləcək.

Şirkət tərtibatçılara idman məşqləri tətbiqləri üçün nəzərdə tutulmuş yeni API təqdim edib. Belə ki, watchOS 10 vasitəsilə Apple Watch smart saatlarının sensorları istifadəçilərin səhhətləri barəsində daha çox məlumatı əldə edə biləcəklər. Bunun sayəsində isə tərtibatçılar daha müxtəlif fitnes tətbiqlər yarada biləcəklər. WatchOS 10-un ictimai beta testinə gələn ay start veriləcək. Sentyabr ayında isə onun stabil versiyası Apple Watch Series 4 və ondan sonra satışa çıxmış bütün Apple Watch modelləri üçün istifadəyə veriləcək.

iOS 17 ilə yanaşı Apple şirkəti həmçinin iPadOS 17-ni də təqidm edib. iOS 17-də olduğu kimi iPadOS 17-də də o qədər də çox yenilik reallaşdırılmayıb. iPad planşetlərindən istifadə produktivliyi və multitasking məsələsində isə iPadOS 17-də ümumiyyətlə heç bir anons olmayıb. Beləliklə iPadOS 17-də reallaşdırılmış əsas yeniliklərdən biri də bloklanmış ekranın ayarlanmasıdır. Keçən il bu funksiya iOS 16-da təqdim edilmişdi. iPhone istifadəçiləri kimi iPad istifadəçiləri də bloklanmış ekranda əks olunan saatın tərzini dəyişə və əlavə olaraq bloklanmış ekrana müxtəlif vidjetlər əlavə edə biləcəklər.

Qeyd etmək lazımdır ki, iPadOS 17-də vidjetlər interaktiv olublar. Yəni onlara daxil olmadan onlarla qarşılıqlı əlaqədə olmaq mümkündür. Təqdimat çərçivəsində Apple əsas diqqətini iPadOS 17-də PDF faylların dəstəklənməsi imkanına ayırıb. Məsələn bundan sonra istifadəçilər iPadOS 17 çərçivəsində PDF fayllara kontakt məlumatlarını əlavə edə biləcəklər. Bununla yanaşı istifadəçilər birgə şəkildə hər hansısa PDF fayl üzərində çalışa biləcəklər.

iPadOS 17-də Safari brauzerində istifadəçilər bundan sonra iki istifadəçi hesabı yarada biləcəklər. Onlardan biri iş üçün digəri isə şəxsi istifadə üçün nəzərdə tutulacaq. İstifadə ediləcək hər bir hesab öz fərdi baxış tarixçəsinə, qovluqlara və s. məlumatlara sahib olacaq. Bununla yanaşı video zənglər zamanı istifadəçi iPad-ə qoşulu olan monitorun veb kamerasından istifadə edə biləcək. iPadOS 17-nin tərtibatçılar üçün nəzərdə tutulmuş versiyası artıq istifadəyə verilib. Onun ictimai beta testinə isə gələn ay start veriləcək.

Apple şirkəti WWDC 2023 konfransı çərçivəsində Mac kompüterləri üçün nəzərdə tutulmuş macOS 14 Sonoma adlı yeni əməliyyat sistemini təqdim edib. Təqdim edilmiş yeni macOS Sonoma-da bir sıra maraqlı yeniliklər reallaşdırılıb. Birinci yenilik kompüterlərin iş masalarındakı vidjetlərin əks olunmalarıdır. Yeni əməliyyat sistemindəki ekran vidjetləri interaktivdirlər. İstifadəçilər onları ekrana yerləşdirə biləcəklər. Daha öncəki macOS versiyalarında vidjetlər bildirişlər mərkəzində yerləşirdilər. Vidjetlər interaktiv olduqları üçün ekranda yerləşdirilmiş temanın rənginə uyğun olaraq öz rənglərini dəyişə bilirlər.

Bununla yanaşı kompüterin qoşulu olduğu eyni Wi-Fi şəbəsinə iPhone-nu da qoşaraq iPhone-dakı vidjetləri macOS-ə köçürtmək mümkün olacaq. Vidjetlərin pəncərələrini tam şəkildə açdıqda isə onlar şəffaf şəkildə görünəcəklər və arxa fonda görülən hər hansısa işə mane olmayacaqlar. MacOS Sonoma-ya kompüter oyunları üçün nəzərdə tutulmuş Game Mode adlı yeni rejim əlavə edilib. Bu rejim kompüter oyunlarına prioritet sıralanma üzrə CPU və GPU resurslarını təqdim edir. Bununla yanaşı sözügedən rejim kompüterə AirPods qulaqlıqlarının və ya Playstation ilə Xbox-un gamepadlarının qoşulması halında onların siqnal gecikmələrini aşağı salır.

Apple şirkəıtinin sözlərinə əsaəsn Game Mode rejimi istənilən kompüter oyunu üçün aktivdir. MacOS platformasının həmçinin kompüter oyunları üçün uyğun olduğunu sərgiləmək istiqamətində Apple öz konfransına məşhur game dizayner Hideo Kojima-nı dəvət edib. Konfrans çərçivəsində Kojima elan edib ki, “Death Stranding Director’s Cut” oyunu macOS üçün satışa çıxacaq. MacOS Sonoma-da video formatında konfranslar imkanı da yaxşılaşdırılıb. Məsələn Presenter Overlay adlı yeni funksiya video formatında konfranslar zamanı istifadəçiyə arxa fonda müxtəlif kontentləri əks etdirməyə imkan verəcək.

İstifadəçilər mümkün müxtəlif tətbiqlər vasitəsilə video zənglər reallaşdıran zaman müxtəlif AR effektlərdən də istifadə edə biləcəklər. Safari brauzerinin macOS versiyası yaddan çıxmayıb və şirkət onda bəzi yenilikləri reallaşdırıb. Bundan sonra bütün veb tətbiqlər adi tətbiqlər kimi çalışacaqlar və onlarda bildirişlər mövcud olacaq. Veb tətbiqləri həmçinin tasklar panelinə də bərkitmək mümkün olacaq. Müxtəlif hesabların dəstəklənməsi sayəsində isə brauzerdən müxtəlif şəxslərin istifadəsinə imkan verəcək. Bununla yanaçı istifadəçilər bundan sonra Family Passwords vasitəsilə müxtəlif servislərdəki şifrələrini digərləri ilə bölüşə biləcəklər. MacOS Sonoma-nın ictimai beta testinə gələn ay start veriləcək.