Region Liqasında çıxış edən «Lerik» ilkə imza atıb.

Cənub zonasında yarışan Lerikin eyniadlı təmsilçisi legioner transfer edib.

Əyalət komandası Akinyemi Aleks Viktoru sıralarına qatıb. «Lerik» nigeriyalı ilə bir neçə aylıq müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Premyer Liqada 27-ci turun sensasiyasına «Kəpəz» imza atdı.

«Neftçi»nin qonağı olan Gəncə təmsilçisi 1 xal qazandı.

Yusif Nəbiyev və Salif Sissenin vurduğu qollarla 2:2 hesablı bərabərliyə imza atan qərb komandası rəhbərlik tərəfindən mükafilandırılıb.

Əsas heyət üzvlərinə 700-800 manat civarında «ənam» verilib.

«Neftçi»ni büdrədən «Kəpəz»in 22 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşmasını da qeyd edək.

SPORTİNFO.AZ

"Əvvəlcə Belçikaya, ardınca isə Azərbaycana qarşı oynayacağıq.

Hər iki görüş inanılmaz dərəcədə çətin keçəcək".

Sportinfo.az xəbər verir ki, bunu İsveç millisinin və Almaniya "Leyptsiq"inin futbolçusu Emil Forsberq Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunları barədə danışarkən deyib.

32 yaşlı hücumameylli yarımmüdafiəçi bildirib ki, "qırmızı şeytanlar"la oynamaq əyləncəli olacaq:

"Belçika dünya səviyyəli komandadır. Amma onların qarşısında aciz qalmayacağıq.

Əla formada olan çoxlu futbolçumuz var. Öz oyunumuzu göstərsək, istənilən komandanı məğlub edə bilərik".

İsveç martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.

“Zirə” ilə oyunlar həmişə çətin keçir“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah“ın forvardı Coy-Lens Mikels deyib.

Masazır təmsilçisi Premyer Liqanın son turunda “Zirə“nin qonağı olub. Səfərdən 2:0-lıq qələbəylə dönən “tələbələr“ turnir cədvəlinin ikinci pilləsindəki mövqeyi bərkidib.

14 qolla komandasının ən məhsuldar oyunçusu olan almaniyalı bunları söyləyib:

"Bu dəfə də istisna olmadı, qarşılaşma ağır keçdi. Biz hər oyunumuza yalnız bir məqsəd üçün çıxırıq - 3 xal qazanmaq.

Bu oyundan da qələbə ilə ayrılmaq istəyirdik və sevinirəm ki, məqsədimizə çatdıq. Mənim də fərqlənmək üçün imkanım var idi.

Qollarımın sayını artırmaq istəyirdim. Bu dəfə məndə alınmadı, digər komanda yoldaşlarım qol vurdu.

Qələbələrin ardını gətirmək fikrindəyik. Komanda olaraq bunun üçün çalışacağıq".

Avstriya yığmasının daha üç futbolçusu Azərbaycan millisinə qarşı AVRO-2024-ün seçmə oyununda meydana çıxmayacaq.

Sportinfo.az xəbər verir ki, Almaniya "Frayburq"undan Filip Linxart, "Darmştadt"dan Matias Honsak və İtaliya "Bolonya"sından Marko Arnautoviç zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Yığmanın baş məşqçisi Ralf Ranqnik onların əvəzinə Almaniya "Verder"indən Romano Şmid və İtaliya "Salernitana"sından Flavius Danilyuka dəvət göndərib.

Daha əvvəl "Lask" klubunun qapıçısı Aleksander Şlager eyni səbəbdən milli komandadan kənarlaşdırılıb.

Avstriya martın 24-də Azərbaycan, 27-də isə Estoniya yığması ilə Lints şəhərində qarşılaşacaq.

“Hər keçən dəqiqə, ötən gün xatirədir, onu geri qaytarmaq mümkün deyil“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin sabiq prezidenti Sadıq Sadıqov deyib.

2010-2015-ci illər aralığında paytaxt klubuna rəhbərlik edən, bu müddətdə “ağ-qaralar“a 3 dəfə ölkə çempionluğu qazandıran Sadıqov “futbollu günləriniz üçün darıxırsız“ sualını belə cavablandırıb:

“Əlbəttə, gözəl illər idi, yaddaqalan xatirələrimiz oldu. Məni ən çox sevindirən o hissləri azarkeşlərimizə yaşatmağımız idi.

İdman mütəxəssisi olaraq işimizi gördük, bizə göstərilən etimadı doğrultmağa çalışdıq. Elə bir vaxtda ayrıldıq ki, azarkeşlərimizin bizdən narazı qaldığına inanmıram.

5 illik fəaliyyət dövrümüzdə ölkə futbolu tarixində ilk dəfə “Neftçi” avrokubokların qrup mərhələsinə vəsiqə qazandı, ilk dəfə ardıcıl 3 il çempion olan klub kimi tarixə düşdü, 2 dəfə ölkə kubokuna yiyələndik.

“Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”la oyunlarımızda inanılmaz ajiotaj olurdu. Prinsipial matçlardan öncə və sonra mətbuatda xeyli yazılar dərc olunurdu.

Heç vaxt unutmaram, “Xəzər Lənkəran”la Respublika stadionundakı final oyunumuza 20 mindən artıq azarkeş gəlmişdi“.

Premyer Liqanın 27-ci turundan dərhal sonra Canni de Byazi Azərbaycan millisinin Avstriya və İsveçlə oyunlar üçün heyətini açıqladı.

Yığmaya ilkin olaraq 27 futbolçu dəvət olunub ki, oyunlar zamanı bəzilərinin adı iştirak ərizəsində yer almayacaq.

Son 14 ildə ilk dəfə Azərbaycan seçməsində “Qarabağ”ın futbolçularının sayı digər klublardan çağrılanlardan çox olmayıb.

Buna qədər hər dəfə say liderliyi Ağdam təmsilçisində olurdusa, bu dəfə “Sabah” onlara şərik olub. Hər iki komandadan 7 futbolçuya təklif göndərilib.

Bunda 5 nəfərin kənarda qalması əsas rol oynayıb. Şahruddin Məhəmmədəliyevlə Abbas Hüseynov zədəlidir.

İtalyan çalışdırıcı Maksim Medvedevlə Bədavi Hüseynova şans tanımayıb. Qara Qarayev üçün yığma qapılarının bağlandığı isə çoxdan məlumdur.

HƏBİB / SPORTİNFO.AZ

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 26-cı turunun “Real”la matçından sonra (2:1) açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, futbolçularından razı qaldığını bildirib:

“Biz oyun ərzində üstün tərəf idik. Daha çox qol şansları yaratdıq. Komandamdan razı qaldım.

Çox vacib qələbə qazandıq. Məncə, oyunda biz daha yaxşı idik.

Rəqib təzyiqdan necə çıxacağını yaxşı bilirdi. “Real”ın vurduğu qol bizim səhvimizin nəticəsi idi.

Son ana qədər hansını seçəcəyim barədə qərar verməmişdim: ya Serji Robertonu seçməliydim, ya da Frank Kessyeni. Nəticədə, hər şey çox yaxşı oldu. Çünki hər iki futbolçum qol vurdu”.

Kataloniya təmsilçisi hazırda İspaniya çempionatının turnir cədvəlində 68 xalla birinci, “kral klubu” isə 56 xalla ikincidir.

Azərbaycanın qadın boksçusu Məhsəti Həmzəyeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Sportinfo.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən milli üzvü 1/16 finalda yeni zelandiyalı Cennifer Peterslə qüvvəsini sınayıb.

Görüş 4:1 (30:27, 28:29, 30:27, 30:27, 29:28) hesabı ilə Həmzəyevanın xeyrinə bitib. O, 1/8 finalda qazaxıstanlı Karina İbrahimova ilə döyüşəcək.

Qarşılaşma martın 21-nə təsadüf edəcək.

2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.

"Kəpəz" "Neftçi" səfərindən vacib 1 xalla qayıtdı - 2:2.

Xalla bərabər, komandanın göstərdiyi baxımlı oyun da hər kəs tərəfindən alqışla qarşılandı.

Belədə təbii ki, düşərgədə yüksələn müsbət ab-havanın necəliyindən danışmağa ehtiyac yoxdur.

Elə təqdim edəcəyimiz videoda da buna şahid olmaq olar.

Belə ki, qarşılaşmadan sonra Gəncəyə qayıdan komanda rəsmiləri yolüstü "Qədrxum" restoranında təmtəraqlı məclis qurublar.

Mühafizə xidmətinin rəisi Elmar Əliyevin doğum gününü yüksək səviyyədə qeyd etmək üçün.

Öncə klubun idman direktoru Mehman Allahverdiyev, mətbuat xidmətinin rəhbəri Azad Mustafayev və digər rəsmilər Əliyevə ən xoş arzularını çatdırıb.

Sonda şamlarını söndürmək müşkülə çevrilən tortun şirnisindən hamı dadıb.

Maraqlı anlara səhnə olan həmin görüntüləri sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

"Konyaspor" zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılan Mahir Emrelinin son durumunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçunun qasıq nahiyəsində ağrılarının olduğu bildirilib.

Qeyd olunub ki, təcrübəli forvard bir həftə fizioterapevt nəzarəti altında məşq edəcək.

Mahir Emreli "Konyaspor"un evdə "Qalatasaray"a 2:1 hesabı ilə qalib gəldiyi Türkiyə Super Liqasının XXVI tur oyununda zədələnib.

“Neftçi”nin hücumçusu “Kəpəz”lə oyun (2:2) haqda Sportinfo.az-ın suallarını cavablandırıb.
Bakılıların gürcüstanlı legioneri komandasının hazırkı və gələcək durumu ilə bağlı danışıb.

- “Neftçi”də sanki sabitlik çatmır. Bir ara qələbələri sıralayırdız, “Qarabağ”la heç-heçə oynamışdız. Son iki görüşdə oyun planında “axsama” müşahidə olunur.

- Bu fikirlə razı deyiləm. Sabitlik olmasaydı, son 8 oyunu məğlubiyyətsiz başa vurmazdıq. Bu matçda qədər son 7 qarşılaşmada qapımızda cəmi 1 top görmüşdük, o da “Qarabağ”dan. Bu cür göstəricilərə sahib komandanın qeyri-sabit çıxış etdiyini deyə bilmərəm. Razıyam, bəzən səfər görüşlərində çətinlik çəkirik. Ümid edirəm ki, “Zirə” ilə növbəti oyunda istədiyimiz nəticəni qazanacağıq.

- “Kəpəz”lə heç-heçədən sonra “Sabah”la xal fərqi 8-ə yüksəldi. Səncə, mövsümü ikinci pillədə başa vurmaq mümkün olacaq?

- Kifayət qədər mümkün görünür. Qış fasiləsindən sonra qazandığımız nəticələrlə qələbələri sıralamağı bacardığımızı göstərdik. “Sabah”ı da qarşıda bizim kimi çətin görüşlər gözləyir. Onların xal itirməsi, əvəzində bizim qalibiyyətlərə sevinməyimiz ikinci sıraya yüksəlməyimizlə nəticələnəcək.

- 6 aydan artıqdır “Neftçi”dəsən. Öz oyununu necə qiymətləndirirsən?

- Potensialıma bələdəm və daha artığını edə biləcəyimi düşünürəm. Bir müddət əvvəl zədə almağım planlarımı pozdu. İstər-istəməz vaxtımı aldı. Əsas odur, məşqçilər heyəti mənə inanır və şans verir. İnanıram ki, ən qısa vaxtda “Neftçi”yə tam gücümlə kömək edəcəm.

HƏBİB

Azərbaycan və Türkiyə futbolsevərləri səbrsizliklə martın 26-sını gözləyir.

Həmin gün Bakı Olimpiya Stadionunda iki ölkənin sevilən komandaları olan “Qarabağ”la “Qalatasaray” qarşılaşacaq.

Oyuna inanılmaz dərəcədə maraq var. Bir sutka ərzində 40 mindən artıq biletin satılması matç saatında arenanın tam dolacağından xəbər verir. Yoldaşlıq-qardaşlıq qarşılaşmasında anşlaq yaşanacağına şübhə yoxdur.

Maraqlıdır, azarkeşləri hansı sürprizlər gözləyir? Stadionla bağlı hansısa yeniliklər müşahidə olunacaq?

BOS-un İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Fərid Əsədzadə Sportinfo.az-a açıqlamasında suallarımızı cavablandırıb:

“Biz tərəfdən hansısa yenilik olmayacaq. Stadion müasir standartlara cavab verən duruma gətirilib.

Meydan sahibi “Qarabağ”ın hansısa yenilik və ya sürpriz düşündüyünü deyə bilmərəm. Açığı, bu barədə məlumatım yoxdur.

Belə bir şeyin baş verəcəyinə də inanmıram. Çünki bilet satışından əldə olunacaq gəlir son qəpiyinə qədər Türkiyəyə göndəriləcək.

Belədə artıq xərcə yol veriləcəyi inandırıcı görünmür. Bəlkə hansısa şirkət şəxsi vəsaiti hesabına azarkeşlər üçün əyləncəli proqram hazırlamaq istəyər, bu, başqa məsələ.

Bildiyimə görə, bu oyuna görə sponsor müraciətləri də var. İnanır və ümid edirəm ki, iki ölkə arasındakı qardaşlıq üçün nümunəvi oyun olacaq”.

Qeyd edək ki, qardaşlıq matçı martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Görüşdən əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

HƏBİB

Azərbaycan dövləti konkret plan və strategiya üzrə hərəkət edir.

Müasir dünyada normal dövlətlərin gələcək perspektivləri və hədəfləri planlaşdırması geniş yayılmış praktikadır.

Və bu, avanqard dünya dövlətlərinin öz hədəflərinə çatmasında həlledici rol oynayan önəmli modelə çevrilib.

Rəsmi Bakı da Azərbaycan dövlətinin gələcək perspektivləri və hədəfləri istiqamətində indidən planlı addımlar atmağa üstünlük verir. Azərbaycan dövləti öz strateji hədəflərinə doğru irəliləyərkən, kənar dəstəyə ümid bəsləməyə də ehtiyac duymur. Ölkənin siyasi-iqtisadi potensialı və daxili resursları sərbəst davranmaq imkanlarını təmin edir.

Bu baxımdan, rəsmi Bakının Azərbaycan ərazisində erməni separatizminin və terrorizminin sıradan çıxarılması hədəfi üçün 2025-ci ili son müddət olaraq, müəyyən etməsi tamamilə məntiqlidir. Çünki 10 noyabr üçtərəfli anlaşmasına görə, 2025-ci ildə Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Qarabağ regionunda fəaliyyət müddəti sona çatacaq. Və rəsmi Bakı rus sülhməramlıların səlahiyyət müddətini artırmaq niyyətində olmadığından onlar ölkə ərazisindən çıxarılacaqlar.

Hələlik isə rəsmi Bakı bu prosesə indidən bütün istiqamətlər üzrə hazırlaşmağa başlayıb. Belə ki, Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqələrinin qurulması istiqamətində ciddi və prinsipial addımlar atılmaqdadır. Xankəndi və ətraf bölgədə yaşayan ermənilər region üzərində Azərbaycanın öz suveren hüquqlarını bərpa etmək üzrə olduğunu daha yaxşı hiss edirlər. İndi erməni separatçı-terrorçuların Azərbaycanın siyasi-hüquqi iradəsi ilə barışmaqdan başqa çıxış yolu qalmayıb.

Digər tərəfdən, Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçulara Ermənistanın dəstək verə bilməyəcəyi də dəqiqləşməyə başlayıb. Ermənistan bu məsələdə Azərbaycanla rəqabətə və ya qarşıdurmaya girə biləcək daxili resurslara malik deyil, heç yaxın onilliklərdə də olmayacaq. İndi rəsmi İrəvan erməni separatçı-terrorçuların gələcək taleyini məhz Rusiyanın üzərinə yükləməyə çalışır. Halbuki, 2025-ci ildə rus sülhməramlıların səlahiyyət müddəti bitəcəyindən bu cəhdlər olduqca absurd və məntiqsiz görünür.

Ancaq rəsmi İrəvanın bundan sonra edə biləcəyi nəsə bir şey də artıq yoxdur. Hər halda, Paşinyan hakimiyyəti erməni separatçı-terrorçulardan daha çox Ermənistanın gələcək taleyini düşünmək məcburiyyətində qalıb. Rəsmi İrəvan xarici himayədarlarının sifarişi ilə Azərbaycanla sülh sazişinin imzalanması prosesini uzatmağa çalışsa da, Ermənistan sürətlə yaxınlaşan təhlükəni nəzərə almalı olacaq. Çünki xarici himayədarların nə qədər dəstək vəd etsələr də, hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə, bir neçə "növbətçi bəyanatdan uzağa gedə bilməyəcəklərini böyük ehtimalla Paşinyan hakimiyyəti də anlamağa başlayıb.

Əslində, Paşinyan hakimiyyəti üçün hazırda Ermənistanın xarici himayədarlarını deyil, məhz Azərbaycanın siyasi rəhbərliyinin xəbərdarlıq mesajlarını dinləməsi daha vacibdir. Xüsusilə də, Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamaları Paşinyan hakimiyyətinə Ermənistanın gələcək taleyini planlaşdırmaq imkanları açır. Çünki Azərbaycan lideri Ermənistanı gözləyən təhlükələri açıq şəkildə dilə gətirir və rəsmi İrəvanın bundan necə yayına biləcəyini vurğulayır.

Bu baxımdan, Prezident İlham Əliyevin açıqlamaları əslində, Ermənistanın gələcək taleyinin xilas edilməsində Paşinyan hakimiyyəti üçün müəyyən mənada, hazır "yol xəritəsi" rolunu da oynaya bilər. Əgər, rəsmi İrəvan Azərbaycan liderinin gündəmə gətirdiyi "yol xəritəsi"ndən kənara çıxarsa, onda rəsmi Bakı Ermənistanın "gələcək taleyini" təkbaşına planlaşdıracaq. Halbuki Prezident İlham Əliyevin xəbərdarlıq mesajları çox açıq və konkret məzmun daşıyır.

Məsələ ondadır ki, Azərbaycan lideri Paşinyan hakimiyyətinə çirkin əməllərdən çəkinməyi məsləhət görüb. Ancaq Azərbaycan lideri Ermənistanın İkinci Qarabağ savaşından ibarət dərsi almadığını da vurğulayıb: "Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı ərazi iddiaları qaldırılır. Bizə qarşı hər bir çirkin plana güclü iradəmiz, müzəffər ordumuz cavab verəcək. Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura bilmir, sabah da dura bilməyəcək".

Azərbaycan Prezidenti rəsmi İrəvana anlatmağa çalışır ki, Ermənistanın xarici himayədarlara ümid bəsləyib, fərqli niyyətlərə yönəlməsi müsbət nəticə verməyəcək. Əksinə, bundan yalnız Ermənistan ziyan çəkəcək. Ermənistan və onun arxasında duran ikiüzlü ölkələr yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin planlarını reallaşdırmağa nail olmayacaqlar. Və Azərbaycan lideri Ermənistanın arxasında olan ikiüzlü ölkələrdən danışarkən, ilk növbədə məhz Fransanı nəzərdə tutduğu qətiyyən şübhə doğurmur.

Prezident İlham Əliyev rəsmi İrəvana üzləşdiyi indiki qəliz situasiyadan ən real çıxış yolunu da göstərməyi qətiyyən unutmayıb. Azərbaycan lideri vurğulayıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü mütləq tanımalıdır. Əks halda, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və sülh sazişinin imzalanması mümkün olmayacaq. Və haldasa, Rusiya imperiyası tərəfindən Ermənistana birləşdirilmiş tarixi Azərbaycan əraziləri ilə bağlı mövzular gündəmdə daha ön plana keçiriləcək.

Ona görə də, rəsmi İrəvan Azərbaycan liderinin Ermənistanın gələcək taleyi ilə bağlı gündəmə gətirdiyi "yol xəritəsi" barədə indi daha ciddi düşünməlidir. Çünki Prezident İlham Əliyev Ermənistanın 29 min kvadratkilometr ərazidə mövcud olmaq şansını qoruması üçün konkret şərt şərt irəli sürüb: "Ermənistan bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərimizə əsasən, delimitasiya işlərini aparmalıdır”.

Göründüyü kimi, Azərbaycan Prezidentinin şərtləri həm prinsipial, həm də beynəlxalq hüquq normalarına uyğundur. Qarabağ regionu beynəlxalq hüquqa görə, Azərbaycanın tərkib hissəsidir. Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülh sazişi imzalamağa məcburdur. Cənubi Qafqazda yeni savaş təhlükəsindən yayınmağın yeganə yolu məhz rəsmi Bakının şərtlərinin icra edilməsindən keçir. Əks halda, rəsmi Bakı beynəlxalq hüquqa əsaslanan şərtlərini hərbi yolla reallaşdırmaq dan çəkinməyəcəyini qətiyyən gizlətmir. Və ən əsasısa, rəsmi İrəvan da əslində, anlayır ki, Azərbaycan ordusu hərəkətə gətirilsə, xarici himayədarları Ermənistana hər hansı dəstək verə bilməyəcəklər.

Bu baxımdan, baş naziri Nikol Paşinyanın da bir müddət əvvəl dediyi kimi, əgər, Ermənistan 29 min kvadratkilometrlik bir ərazidə mövcudluğunu qorumaq istəyirsə, Azərbaycan Prezidenti İlham Əliyevin tələb-şərtlərinin dərhal yerinə yetirilməsinə başlamalıdır. Bu məsələdə rəsmi İrəvanın vaxtı uzatmaq cəhdləri Ermənistanın geopolitik intihara sürüklənməsi anlamına gəlir. Hər halda, davamlı siyasi manipulyasiyalarla vəziyyəti gərginləşdirən rəsmi İrəvanın ümidlərinin əksinə olaraq, zaman Ermənistanın əleyhinə işləyir. Çünki rəsmi Bakı uzun müddət gözləmək niyyətindən görünür.Və Azərbaycan ordusu hər an Ermənistanın gələcək taleyini planlaşdırmaq üçün Prezident İlham Əliyevin "yol xəritəsi"nin reallaşdırılmasına başlaya bilər (musavat.com).

"Ermənistan Azərbaycanın erməni sakinlərinin reinteqrasiya məqsədli təmaslarına əngəl törətməyə son qoymalıdır".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Ermənistan XİN-in martın 18-də Azərbaycan əleyhinə yaydığı bəyanata cavab olaraq bildirib.

“Məlum olduğu kimi, hələ 2020-ci il müharibəsindən əvvəl Baş nazir Nikol Paşinyan hakimiyyətə gələn ilk gündən etibarən Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar zənciri keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurmuş və regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarmışdı. N.Paşinyanın rəhbərliyi altında Ermənistan “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyən edən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etdiyi, cəzasızlıq sindromuna qapılaraq 2020-ci il iyul toqquşmalarından sonra Azərbaycana qarşı 7 əsassız şərt irəli sürməsi yaxşı məlumdur. Ermənistan tərəfi şərt sürmək alışqanlığını unutmayaraq, indi də Azərbaycanın erməni sakinlərinin reinteqrasiyası fəaliyyətinə müdaxilə edir. Ermənistan tərəfi Azərbaycan tərəfinin erməni sakinlərlə dialoq aparmaq istiqamətində qərarlı fəaliyyətinə mane olmaq məqsədilə erməni sakinlərinin nümayəndələrini növbəti dialoqun Bakıda keçirilməsi təklifinə qarşı çıxmasına və prosesə dair 3 şərt irəli sürülməsinə vadar edən təxribatlara yol verir. Ermənistan tərəfinin bununla son iki ildə yeni Laçın yolunun çəkilişi, Sərsəng su anbarı və bir sıra digər istiqamətlərdə erməni sakinlərlə uğurlu dialoqu həzm etmədiyi görünür. Ermənistan tərəfinin “reinteqrasiya” termininə düşmən münasibətini gizlətməməsi və bu anlayışı dialoq və sülhə qarşı çağırış kimi qələmə verməsi, onun əsassız ərazi iddialarını yeni forma və yeni adlar altında davam etdirmək niyyətindən xəbər verir. Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır”, - sözçü qeyd edib.

“Barselona” İspaniya La Liqasının 26-cı turunda “Real”ı məğlub edib (2:1).

Sportinfo.az xəbər verir ki, kataloniyalılar 2011/12 mövsümündən sonra (11 il) ilk dəfə ardıcıl üç “el klasiko”da qələbə qazanıblar.

Həmin mövsümdə “Barselona”nı Pep Qvardiola, “Real”ı isə Joze Mourinyo çalışdırırdı.

“Neftçi”nin legionerləri Novruz bayramı münasibətilə Azərbaycan xalqını fərqli tərzdə təbrik ediblər.

Sportinfo.az xəbər verir ki, bunu əks etdirən görüntülər klubun instaqram hesabında paylaşılıb.

Milli geyimdə olan futbolçular yumurta döyüşdürüb, şam yandırıb, Novruz şirniyyatları, səməni düzülmüş masada fotosessiya ediblər.

Əcnəbi futbolçular Mateus Saldanya, Kenni Sayef və Sezar Meza Kolli bayram arzularını Azərbaycan dilində çatdırıblar.