Helikopterlər toqquşdu, briqada generalı həlak oldu

“Ölkə.az” xəbər verir ki, bu barədə TASS-a feldmarşal Xəlifə Haftar qüvvələrinin komandanlığındakı mənbə bildirib.

"Liviya Hərbi Hava Qüvvələrinin iki helikopteri hərbi təlimlər zamanı Benin təyyarə bazası ərazisində Benqazidən cənub-qərbə toqquşub”, - mənbə agentliyə deyib.

Qəza nəticəsində helikopterlərdən birinin iki pilotu, o cümlədən briqada generalı Buzid əl-Barasi həlak olub. İkinci helikopterin ekipajı sağ qalıb.

Hadisənin başvermə şəraiti ilə bağlı araşdırmalar aparılır.

Mənbə:
0
32
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar