Güllə səsləri altında təhsil alan şagirdlərin məzun günü – VİDEO

44 günlük Vətən müharibəsində gedən ağır döyüşlərdə də Tap Qaraqoyunlu ən çox zərər çəkən yaşayış məntəqlərindən oldu. Çətin şəraitdə belə bu kəndin şagirdləri təhsillərini davam etdirməyi bacardılar.

Milli Qəhrəman Niyazi Aslanovun adını daşıyan Tap Qaraqoyunlu kənd orta məktəbində 399 şagird təhsil alır. Onlardan bu il 21 nəfəri 11-ci sinifi bitirir. 23 məktəbli isə 1-ci sinifi.

Şagirdlərində sevinci hədsizdir. Azərbaycan ordusunun möhtəşəm qələbəsindən sonra doğma kəndlərində rahat şəkildə Son zəng tədbirini keçirirlər.

Keçmiş cəbhə kəndində keçirilən “Son Zəng” tədbirinə təhsil naziri Emin Əmirullayev və Goranboy rayon icra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevdə qatılıb.

Təhsil naziri illərdi çətin şəraitdə, güllə səsləri altda təhsil alıb,bu gün məzun olan şagirdləri təbrik edib. Zəfərdən sonra ilk “Son zəng”in daha qürurverici olduğunu bildirib.

Pandemiya qaydlarına uyğun olaraq keçirlən “Son zəng” tədbirinin sonunda nazir və şagirdlər sülh rəmzi olan göyərçinləri havaya buraxıblar.

Daha ətraflı Baku TV-nin süjetində:

Mənbə:
0
524
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar