Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Gent.az xəbər verir ki, məəlumatda deyilir:
"Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkürümüzü ifadə edirik.
Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəkdir", - XİN-in məlumatında deyilir.
Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.
Həkimlər vaxtaşırı olaraq hamıya təzyiqini ölçməyi tövsiyə edirlər.
Gent.az xəbər verir ki, bununla siz hipertoniyanın inkişafını ilk mərhələlərdə aşkar edə bilərsiniz.
Hipertoniya çox hiyləgər xəstəlikdir ki, ilk mərhələlərdə heç bir simptomla özünü büruzə vermir. Bu isə çox təhlükəlidir. Gizli inkişaf edən hipertoniya tədricən insanın ürək-damar sistemini, böyrəklərini, gözlərini sıradan çıxardır. Bu səbəbdən təzyiqin vaxtaşırı olaraq ölçülməsi olduqca vacibdir.
Təzyiqi ölçən insan müəyyən qaydaları bilməlidir. Bu qaydalara əməl etməmək təzyiqin göstəricilərinə təsir edir, təzyiqin səhv ölçülməsinə səbəb olur.
Paltarın qolunu mütləq qatlamaq lazımdır
1. Təzyiqi yemək yedikdən, çay və ya qəhvə içdikdən, siqaret çəkdikdən dərhal sonra ölçmək olmaz. Sidik kisəsi boş olmalıdır.
2. Təzyiqi ölçdükdə danışmaq, gülmək, yemək yemək və s. olmaz. Bu göstəricilərin daha yüksək olduğuna səbəb olur.
3. Təzyiqi ölçdükdən əvvəl 5 dəqiqə sakit oturun. Ölçülmədən əvvəl fizki işlə məşğul olan, pilləkənlə qalxan insanın təzyiqi daha yüksək olacaq.
4. Təzyiq ölçülən qolu masanın üzərinə rahat qoymaq lazımdır. Qolun gərgin olması, "sallanması" zamanı təzyqin göstəriciləri daha yüksək olur.
5. Tonometrin manjeti paltarın üzərində yerləşdikdə bu təzyiqin səhv ölçülməsinə gətirib çıxardır.
6. Təzyiqin ölçülməsi zamanı ayağı ayağın üzərinə qoymaq, narahat poza almaq, önə əyilmək olmaz.
7. Təzyiqi 5-10 dəqiqə fasilələrlə 3 dəfə ölçün və ən aşağı göstəricini götürün. Məsələn, birinci dəfə 140/90 mm c. st., 2-ci dəfə 135/86 mm c. st, 3-cü dəfə 138/90 mm c.st göstərilibsə, 135/86 mm c.st götürülür.
Əgər təzyiqin ölçülməsi zamanı orta yaşlı insanda göstəricilər daim 139/89 mm c.st-dan yuxarıdırsa, həkimə müraciət edin. Bu sizdə hipertoniyanın inkişafına işarə edə bilər.
 Eləcə də, QİÇS xəstələrində rast gəlinir.
Gent.az xəbər verir ki, ilk mərhələdə heç bir əlamət vermir. Sadəcə bel ağrısı, soyuqdəymə, sızıltı, gizilti hiss olunur və çox zaman yırtıq var deyə düşünülür.
Onurğa xərçənginin 10 əsas əlamətini təqdim edirik:
1. Gəzməkdə çətinlik, yerişin dəyişməsi
2. Əzələ spazmları
3. Beldə ağrı, yatanda daha da güclənir, ağrıkəsicilər təsir etmir
4. Soyuq, yapışqanlı dəri
5. Sidik və nəcisin saxlaya bilməməsi
6. Aşağı ətraflarda paresteziya – yanma, sanki iynə batırma, keyimə
7. Ümumi əzginlik, zəiflik
8. Onurğada şiş olan nahiyənin şişib qızarması
9. İsti və soyuğa həssaslığın itməsi, ayaqlarda soyuq
10. Arıqlama, iştahsızlıq(medicina.az)
Gürcüstanın Kommunikasiyalar üzrə Milli Komissiyası bununla bağlı auksion elan edəcək.
Gent.az xəbər verir ki, komissiyanın məlumatına əsasən, tezlik resursları artıq ayrılıb, hərracda başlanğıc qiymət hesablanıb və şərtlər müəyyən edilib. 5G şəbəkəsinin inkişafı üçün investisiyaları şirkətlər özləri cəlb etməli olacaqlar.
Hərracın şərtləri "Ernst & Young" şirkətinin ekspertləri ilə birgə Avropa Komissiyasının qərarları və avropalı həmkarların təcrübəsi nəzərə alınmaqla müəyyən olunub.
Auksionda qalib gələcək şirkətlərə tezlik resursu 15 illik müvəqqəti istifadə müddətinə veriləcək. Şirkətlər 2-7 il ərzində mərhələli şəkildə yaşayış məntəqələri, yol magistralları, hava limanları və dəmir yolunun daxil olacağı konkret coğrafi arealları şəbəkə ilə əhatə etməli olacaqlar.(report)
<p style="text-align:;" justify;">Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunun heyətində növbəti qollarını vurub.
<p style="text-align:;" justify;">Məlumata görə, 24 yaşlı hücumçu "Yagelloniya" ilə yoxlama oyununda dubl edib.
<p style="text-align:;" justify;">Emreli 11-ci və 22-ci dəqiqələrdə fərqlənib. Hazırda qarşılaşmada ikinci hissə oynanılır və Varşava təmsilçisi 2:0 hesabı ilə öndədir.
<p style="text-align:;" justify;">Qeyd edək ki, Mahir Emreli daha əvvəl Avstriya "Bişofshofen"ini 5:0 yendikləri matçda het-trik edib, Rusiya "Krasnodar"ı ilə bərabərə qaldıqları görüşdə komandasının yeganə qolunun müəllifi olub - 1:1. (Report)
<p style="text-align:;" justify;">Pubertatöncəsi yaş qrupuna (13 yaşadək) aid olan uşaqlara cinsi ehtiras hiss edən insanlar pedofil kateqoriyasına aid edilir.
<p style="text-align:;" justify;">Bu çox tabulaşdırılan mövzu olsa da psixiatrlar Kantor və Malo hesab edirlər ki, kişilərin ən azı 0,5-1% pedofildir.
<p style="text-align:;" justify;">Pedofillər iki qrupa bölünür: pro-kontakt və non-kontakt. Əlbəttə ki, valideyn baxımından birincilər daha təhlükəlidir. Çünki onlar uşaqla cinsi əlaqəyə girməyə çəkinmirlər.
<p style="text-align:;" justify;">Qeyd etmək lazımdır ki, belə insanları müəyyən etmək çətindir. Pedofiliya ilə bağlı cinayətlərin ¾-nü uşağın qohumlarından biri və ya ailəyə yaxın olan bir insan edir.
<p style="text-align:;" justify;">90%-da isə zor tətbiq edəni həm uşaq, həm də onun valideynləri tanıyır.
<p style="text-align:;" justify;">Mütəxəssislər qeyd edir ki, pedofillərə əsasən aşağıda qeyd edilən xüsusiyyətlər xasdır:
<p style="text-align:;" justify;">Həmyaşıdları əvəzinə uşaqlarla vaxt keçirməyə üstünlük verir
<p style="text-align:;" justify;">Qrupun içindən bir uşağı diqqət mərkəzində saxlayır; uşaq özünü xüsusi hiss edir
<p style="text-align:;" justify;">Uşağa bahalı hədiyyələr alır/ səbəbsiz pul verir
<p style="text-align:;" justify;">Uşaq tualetdə və ya hamam otağında olarkən ora tez-tez baş çəkir
<p style="text-align:;" justify;">Uşağa baxmaqla baxlı təmənnasız xidmətlərini təqdim edir
<p style="text-align:;" justify;">“Təsadüfən” uşağın intim yerlərinə toxunur
<p style="text-align:;" justify;">Uşaqla sirr bölüşür, piçildaşır
<p style="text-align:;" justify;">Uşağın seksual inkişafına maraq göstərir
<p style="text-align:;" justify;">Fiziki kontakt edir (öpür, qucaqlayır, dizlərinə otuzdurur, güləşir, qıdıqlayır (yeri gəlmişkən, bu da zorakılıq növü sayılır)
<p style="text-align:;" justify;">Uşaqla söhbət edərkən onu yetkin seksual leksikadan istifadə edərək “maarifləndirir”
<p style="text-align:;" justify;">Zarafarcasına uşağı seksual baxımdan qiymətləndirir.
<p style="text-align:;" justify;">Pro-kontakt aylarla və hətta illərlə özünü uşağa və onun yaxınlarına öyrəşdirir. Hətta bəzi hallarda pedofil uşağı doğulduğu gündən gözaltı edir. Pedofilin etibar qazanmağa çalışması dövrünü mütəxəssislər qruminq (grooming), yəni nəvaziş göstərmək, qulluq etmək adlandırır.
<p style="text-align:;" justify;">Bundan sonra isə iki ssenari baş verə bilər – hücum (məlum olub ki, adətən zorlamalar belə hallarda nadir göstəricidir. Bunu, hər bir zəif qurbanı üstələmək istəyən cinsi psixopatlar edir) və yoldan çıxarma (pedofil uşağı seksual prosesin bir hissəsi edir və ona qarşı hissləri (qorxu, utanc, sevgi) olan uşaq səsini çıxarmır).
<p style="text-align:;" justify;">Bundan əlavə, əgər uşaq aşağıda sadalananları edirsə ayıq olmaq lazımdır:
<p style="text-align:;" justify;">Uşaq seksuallaşdırılmış davranış sərgiləyir, oyuncaqlarla və ya digər uşaqlarla cinsi əlaqə aktını imitasiya edir.
<p style="text-align:;" justify;">Gözlənilmədən uşaqda qarabasmalar, qorxular peyda olur.
<p style="text-align:;" justify;">Uşaq öncə danışdırdığı böyüklərdən və ya balacalardan biri ilə təmas qurmqdan imtina edir
<p style="text-align:;" justify;">Uşağın bədənində, xüsusən də intim yerlərində, necə əmələ gəldiklərini izah edə bilməyən göyərmələr və izlər əmələ gəlir
<p style="text-align:;" justify;">O, evə çirkli paltarda gəlir
<p style="text-align:;" justify;">Uşağın yetkin dostu peyda olur
<p style="text-align:;" justify;">Onun yeni əşyaları, pulları və oyuncaqları olur.
<p style="text-align:;" justify;">Uşaq sosial şəbəkələrdə fəal olduğunu sizdən gizlədir
<p style="text-align:;" justify;">Gözlənilmədən onun leksikonunda yütkin insana xas olan sözlər peyda olur
<p style="text-align:;" justify;">Vəziyyəti qeyri-sabit olur, müəyyən yerlərdən və insanlardan qorxur
<p style="text-align:;" justify;">Tədrisində problemlər müşahidə olunur.
<h3 style="text-align:;" justify;">Cütlü görüşlərə gedin
<p style="text-align:;" justify;">Müxtəssislər qeyd edir ki, xoşbəxt ailəlik həyatı yaşayan insanlarla dostluq sizin də evliliyinizə müsbət təsir göstərə bilər. Onlarla ünsiyyət qurmaq, məsləhət almaq müsbət nəticə verə bilər.
<p style="text-align:;" justify;">Qeyd etmək lazımdır ki, bu cür cütlüklərlə görüşlərə gedərkən seks və pul kimi mövzulardan yayınmaq lazımdır.
<h3 style="text-align:;" justify;">Həyat yoldaşınızı qəbul etməyə öyərnin
<p style="text-align:;" justify;">Alimlər deyir kiŞ mübahisə zamanı bu faktı qəbul etmək lazımdır ki, sizin həyat yoldaşınız və ya sevgiliniz ən yaxşı hisslərdən bunu edir. Onun fikri sizinki ilə üst-üstə düşməsə belə. Bu cür tolerant yanaşma kompromissi daha tez tapmağa imkan yaradır.
<h3 style="text-align:;" justify;">Həftədə ən azı bir dəfə sekslə məşğul olun
<p style="text-align:;" justify;">Bildiyimiz kimi, seks zamanı insanda “xoşbəxtlik hormonu” sayılan endorfin ifraz olunur. Amma endorfin nə qədər çox olsa prinsipi o qədər də uğurlu deyil. Məlum olub ki, xoşbəxt ailə həyatı üçün həftədə bir dəfə sekslə məşğul olmaq yetərlidir.
<h3 style="text-align:;" justify;">Mübahisə etməkdən çəkinməyin
<p style="text-align:;" justify;">Ailə terapevti Devid Klou hesab edir ki, mübahisə - ailə həyatının vacib hissəsidir. O həm də münasibətlərinizin nə qədər möhkəm olmasını göstərə bilər. Bu məşq kimi bir şeydir. Bütün çətinliklərdən keçdikdən sonra daha güclü olacaqsınız.
<h3 style="text-align:;" justify;">O həmişə prioritetdə olmalıdır
<p style="text-align:;" justify;">Həyat yoldaşınıza həmişə diqqət yetirin. Uşaqları yatırdıqdan sonra bir-birinizə vaxt ayırın. Ayda heç olmasa bir dəfə restornda başbaşa şam edin. Bir sözlə ailə həyatının uzun və xoşbəxt olması yalnız sizdən asılıdır.
<h3 style="text-align:;" justify;">Rəqs edin
<p style="text-align:;" justify;">Çox sadə, lakin səmərəli məsləhətdir. Bədən dili kommunikasiyanın ayrılmaz hissəsidir. Sizin rəqs zamanı etdiyiniz hərəkətlər kompromisə hazır olub-olmadığınızı, həyat yoldaşınıza nə qədər hörmət etdiyinizi və s. dərhal biruzə verir. Bəzən bir rəqs min sözdən daha çox həll edir.
Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat yayıb.
Gent.az xəbər verir ki, 05.07.2021-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunmuşdur.
Onun olimpiya mükafatçısı, dünya çempionu yunan-Roma güləşçisi Rəsul Çunayevlə "Four Seasons Hotel"indəki kafelərin birində çəkilmiş şəkli yayılıb.
Gent.az xəbər verir ki, sözügedən fotonu R.Çunayev özü sosial şəbəkədə paylaşıb.
 Kompüter müasir proqram təminatı ilə təchiz edilib.
Gent.az xəbər verir ki, yeni noutbukun əsas xüsusiyyətlərindən biri 60 giqahers yeniləmə tezliyinə və “Corning Gorilla” qoruyucu şüşəsinə malik “OLED” texnologiyası əsasında hazırlanmış 15,6 düym diaqonallı displeydir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, bunun sayəsində noutbuk bir dəfə tam enerji topladıqdan sonra 12 saat işləyir ki, bu da böyük ölçüyə malik model üçün uzun müddətdir.
Versiyadan asılı olaraq noutbukda on birinci nəsil “Intel Core i7” və “Intel Core i5” prosessorlarından istifadə edilib. Lakin videosürətləndirici “NVIDIA RTX 3050 Ti” olmaqla eynidir. Noutbuk 32 giqabaytlıq operativ və 1 terabaytlıq quraşdırılmış yaddaşla təchiz edilə bilər.(ictnews.az)
Millimizin hücumçusu ilə 2 illik müqavilə imzalanıb.
Gent.az xəbər verir ki, o, "Qarabağ"da 77 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, 25 yaşlı hücumçu 2017/2018 mövsümündə "Qarabağ"da icarə əsasında çıxış edib.
Exinasiya – elmi tədqiqatlarla effektiv təsiri sübut olunmuş dərman bitkisidir.
Gent.az xəbər verir ki, çoxillik yabanı bitkinin tərkibində flavonoidlər, efir yağları, az qala bütün mikroelementlər, minerallar, vacib vitaminlər vardır.
Exinasiya təbii immunstimulyator – yəni immuniteti oyadandır. İnfeksiyalara qarşı orqanizmi müdafiə edir.
Bir neçə təmi mənbə vardır ki, bu bitkinin digər dərman vasitələri ilə birgə istifadəsinin onkoloji xəstəliklərdə - leykoz, karsinoma, süd vəzi xərçəngi, bağırsaq şişlərində müalicənin effektivliyini sübut edib.
Exinasiyanın kökündə pentadekadin adlı şiş əleyhinə maddə tapılmışdır.
Bitki kimlərə olmaz?
vərəm xəstələri, QİÇS, anadangəlmə immun yetməzliyi, autoimmun xəstəliyi olanlara.
12yaşa qədər uşaqlara olmaz
Onun çayı qrip, koronavirusa qarşı sipər ola bilər
Exinasiyanın bitkisini və ya cövhərini apteklərdən ala bilərsiz. Əməliyyatdan çıxmış, kimyaterapiya almış insanlara da bu çay faydalı ola bilər
Onun dəmləməsi ilə ağız qarqara edilə, saçlar yuyula bilər.(medicina.az)
O, "Instagram" hesabından son paylaşımı ilə diqqətləri yenidən üzərinə çəkməyi bacarıb.
Gent.az xəbər verir ki, 36 bədən ölçüsünə qədər düşən 50 yaşlı məşhur bu günkü doğum günü münasibəti ilə paylaşım edib:
"Xoş gəldin yeni yaşım".
<p style="text-align:;" justify;">İsti vurma – istilik xəstəliyinin ən fəsadlı və ağır formasıdır.
<p style="text-align:;" justify;">Bu zaman uşağın bədəni ətraf mühitə verə biləcəyindən artıq istilik yaradır və yığır. Uşağın temperaturu sürətlə artır və təcili müalicə olmadan ciddi beyin zədəsinə və ölümə gətirib çıxarır.
<p style="text-align:;" justify;">İsti vurmanın simptomları:
<p style="text-align:;" justify;">Temperatur təhlükəli həddə çatır (40-42 qradus)
<p style="text-align:;" justify;">Tərləmə müşahidə edilmir
<p style="text-align:;" justify;">Çaşqınlıq, istiqaməti itirmə
<p style="text-align:;" justify;">Qızarmış, isti və quru dəri (bəzən dəri nəm ola bilər)
<p style="text-align:;" justify;">Huşunu itirmə
<p style="text-align:;" justify;">Ürəkbulanması, qaytarma, ayağın açılması
<p style="text-align:;" justify;">Sürətlənmiş ürək döyüntüsü və nəfəsalma
<p style="text-align:;" justify;">Güclü baş ağrısı
<p style="text-align:;" justify;">Bütün əzələlərin qıc olması
<p style="text-align:;" justify;">Zəiflik
<p style="text-align:;" justify;">Xüsusi ilə qeyd etmək lazımdır ki, isti vurması təcili tibbi yardım tələb edir! Uşağı təcili xəstəxanaya çatdırmaq lazımdır. Lakin bundan öncə ilkin tibbi yardım göstərmək olar:
<p style="text-align:;" justify;">Uşağı qaranlıq və kölgəli yerə aparın, soyundurun.
<p style="text-align:;" justify;">Soyuq su ilə dolu vannaya uzadaraq təcili bədəni soyutmağa çalışın
<p style="text-align:;" justify;">Əgər vanna yoxdursa, uşağı soyuq suda isladılmış dəsmallara bürüyün. Dəsmallar qızmamış onları dəyişdirin.
<p style="text-align:;" justify;">Əgər sizə də evdən işləmək qismət olubsa, uşaqların sizə mane olmaması üçün başlarını nə ilə qatmaq barədə düşünməyin vaxtıdır.
<p style="text-align:;" justify;">Sizə bu istiqamətdə bəzi məsləhətlər təqdim edirik.
<h3 style="text-align:;" justify;">1.Maşın üçün labirint
<p style="text-align:;" justify;">Evdə adi skotç lentindən balaca oyuncaq maşınlar üçün labirintli yol düzəldin. Bu sizin uşaqlarınızın başını mütləq qatacaq.
<h3 style="text-align:;" justify;">2. Bıçaqla plastilin və meyvə kəsmək
<p style="text-align:;" justify;">Ola bilsin ki, sizin uşağınız artıq əlində bıçaq tutmaq həddinə gəlib çatıb. Bu halda ona bir plastmasdan olan bir bıçaq verərək plastilin və ya yemək üçün yumşaq meyvələri kəsməyi təklif edin. Əmin olun ki, bu təklif geri çevrilməyəcək.
<h3 style="text-align:;" justify;">3. Audiokitablar
<p style="text-align:;" justify;">Əgər uşağa kitab oxumağa vaxtı ayıra bilmirsinizsə, o özü də nağıllara qulaq asa bilərş Bir çox pulsuz audiomənbələrdə belə kitablar var.
<h3 style="text-align:;" justify;">4. Əşyaları tap və çək
<p style="text-align:;" justify;">Ona müəyyən formaya və rəngə malik olan əşyaları tapıb mütləq şəkildə onları çəkməyi tapşırın. Uşağa bunun çox vacib və hətta məxfi olduğunu deyin. Bu adi çəkil boyamaqdan qat-q
<h3 style="text-align:;" justify;">5. Ofis işi
<p style="text-align:;" justify;">Uşaqlar böyükləri təkrar etməyi çox xoşlayırlar. Əgər başınız işə qarışıbsa, uşağa da iş görməyə şərait yaradın. Ayrı masa arxasında otuzdurun, bir sıra kağız, bloknot, yapışqan və digər kanselyariya ləvazimatları verin.
<h3 style="text-align:;" justify;">6. Karton qutu
<p style="text-align:;" justify;">Siz uşağınıza oyuncaqla dolu qutu və ya boş bir karton qutusu verə bilərsiniz.O, rahat şəkildə qəsrə, gəmiyə, helikopterə və s. dönə bilir. Burada hər şey uşağın fantaziyasından asılıdır.
Bu, həmin insanların başqalarına qarşı seksual istəyinin olmadığı mənasına gəlir.
Gent.az xəbər verir ki, uzun illərdir Stacey adlı qadın heç kimlə - hətta əri ilə belə - cinsi əlaqədə olmaq istəmədiyinə görə təəccüb içində olub. Burada izah etdiyi kimi, ona həqiqəti tapmaqda həkimi kömək edib.
Həqiqətən də uzun zaman idi ki, əqli və ya fiziki cəhətdən problemli olduğumu düşünürdüm. Elə bilirdim ki, başqa insanlarla cinsi əlaqəni istəməmək normal hal deyil.
"Dostlarım sevgililəri və ya sekslə məşğul olmaq istədikləri məşhurlar haqqında danışarkən, mən heç bir şey hiss etmirdim".
Bunu iyirmili yaşlarımın əvvəllərində hiss etməyə başlamışdım, amma heç kimə danışmırdım. Fikirləşirdim ki, insanlar "mənim qəribə olduğumu düşünəcəklər" və ona görə də hamıdan gizlədirdim.
Aseksuallıq çox qəribə bir haldır. Ola bilsin ki, insanlar məni seksual cəhətdən cəlb etmir, amma romantik mənada insanlara çox bağlanıram.
Porno zərərlidirmi? Dəlillər, miflər və bilinməyənlər
Niyə insanlar sekslə daha az məşğul olur?
Bakirəliyi pozmaq üçün kirayələnən kişi
Sevgilim - artıq həyat yoldaşımdır - ilə 19 yaşımda tanış olmuşam, amma o vaxta kimi seksin nə olduğunu bilmirdim.
"Bu kişini həqiqətən də sevirəm və əgər mənə evlilik təklif etsə, 100% hə deyəcəyəm, çünki həyatımın qalan hissəsini onunla keçirmək istədiyimdən əminəm. Niyə də onunla cinsi əlaqədə olmayım," deyə fikirləşirdim.
Biz sanki bir səyahətə çıxdıq - həyat yoldaşım və mən. O deyirdi: "Sənə aşiqəm. Nə qədər lazımdırsa gözləyərəm."
O, mənə çox dəstək olub və məni heç vaxt istəmədiyim heç bir şeyə məcbur etməyib.
Sosial normalara görə, seks və uşaqlar münasibətlərin davamlılıq şərtləridir. Demək olar ki, dostlarımın hamısı sekslə məşğul olur, evlənir və dünyaya uşaq gətirirdilər.
Öz-özümə deyirdim, "İlahi, ərimlə əlaqədə olub, uşaq doğmaq kimi bir borcum var mənim".
Artıq ərimin məni tərk edəcəyini düşünməyə başlamışdım və bu fikir məni dəli edirdi.
Dedim, "Bilirsən nə var? Bunu aydınlaşdıracağam, nə baş verdiyini öyrənəcəyəm".
Artıq 27 ya 28 yaşım olardı.
Aseksuallıq nədir?
İnternetdə buna səbəb ola biləcək tibbi səbəbləri axtarmağa başladım, amma səhv etdim. Çox böyük bir səhv idi. Hormon səviyyəsini artırmaq kimi təhlükəli müalicələr haqqında oxuyurdum. Amma mənim diqqətimi beyin şişi ilə bağlı yazı çəkdi.
"Aman Allah, şişdən öləcəyəm," dedim öz-özümə.
Həkimim ilə görüşdüm və ona dedim, "Bax, düzünü de, həqiqətən öləcəyəm?"
O isə məni sakitləşdirib dedi, "Yəqin ki aseksualsan."
Mən çaşbaş qalmışdım, "O nə deməkdir?"
O, mənə bəzi internet səhifələri məsləhət gördü və özüm kimi insanları görəndə çox sevindim.
"Aseksual" kəlməsini heç vaxt eşitməmişdim.
Bir az axtarış apardıqdan sonra, özümü daha rahat hiss etməyə başladım. Ərimə də bu haqda danışdım və dedim, "Elə bilmə ki, bu hər şeyin axırıdır."
O isə halını heç pozmadı, "Elə bu cür təxmin edirdim" dedi.
Ərim çox anlayışlı idi. Bəlkə də xasiyyətimə görə məni əldən vermək istəmirdi.
Seks mənim üçün şəhvətdən daha çox bioloji proses xarakteri daşıyır. Ona görə də heç kimlə bu prosesi bölüşmək istəmirəm. Ərimlə belə.
"Vay-vay, yenə həmin hiss gəldi, qoy gedib onu yoluna qoyum" kimi gəlir mənə.
Ondan demək olar ki, imtina etmişəm.
Aseksuallıq bir spektrdir və elə aseksual insanlar var ki, münasibət qurduqdan sonra, sekslə də məşğul ola bilirlər. Amma mən bunu etməyə çalışsam da, bədənim istəməyib.
Məni yoran məsələ isə uşaqdır. Bu haqda kiməsə danışırsamsa reaksiyası bu cür olur, "İlahi, bəs sən dünyaya necə uşaq gətirəcəksən?"
Əgər uşaq istəsəm, bunun başqa yollarına baş vuraram.
Aseksuallıq barədə təxminən üç ildir ki xəbərim var. Mən ACE (aseksualın qısa forması) sözünü daha çox xoşlayıram. Bu söz məni rahatladır və özümü, davranışlarımı və düşüncəmi anlamaqda mənə həqiqətən də kömək olub.
ACE olmaqdan qürur duyuram və bu haqda mümkün qədər hər yerdə danışmağa çalışıram ki, insanlar başa düşsünlər və seks istəmədiyinə görə başqalarını mühakimə etməsinlər.
Əgər aseksuallıq haqqında 18 və ya 19 yaşımda məlumatlı olsaydım, sonrakı illərdə əqli sağlamlığıma sahib çıxa bilərdim.
Ən gülməlisi isə aseksuallıq haqqında bilməmişdən qabaq, ərimin məni Stace Ace deyə çağırmasıdır.(bbc.com)
Xəstəlik bir müddət gizli gedir, heç bir əlamət vermir.
Xəstələr terapevt və mədə həkiminə müraciət edir, çox zaman adi qastrit kimi yanaşılaraq müvafiq müalicə yazılır, lakin bu xəstələrdə yaxşılaşma əldə olunmur. Çünki ya həkim əsl səbəbi gözdən qaçırıb, ya da xəstə gizlədib. Alkoqol mədəyə düşdükcə, o müalicələrin bir faydası olmaz.
Gent.az ölkəmizdə də geniş yayılan alkoqol mənşəli qastritin əlamət və müalicəsini təqdim edir:
Xəstəlik kəskin və xroniki formada olur.
Əsas əlamətləri:
-epiqastral nahiyədə ağrı, xüsusən çox ac olanda və yeməkdən sonra
-Dispeptik pozğunluq
-Köp, sancı
-Həzm prosesinin pozulması
-Ağır mərhələdə mədədə qanaxma, nəcisdə qan və s.
Dünya Səhiyyə Təşkilatı alkoqol mənşəli qastriti ayrıca klassifikasiya edir. Bu qərara səbəb alkoqoldan istifadə edən insanlarda bu xəstəliyin müalicəsini, dinamikası və profilaktikasını digər xəstələrdən bir qədər fərqləndirməyə ehtiyac idi. Əhalinin böyük qismi xəstəliyinin səbəbinin içkidə olmasını bilmir və xəstəlik xronikləşir.
Xəstəlik hazırda gənc insanlarda, daha çox 35-40 yaş arası kişilərdə, xroniki formasına isə 55-60 yaşlı insanlarda diaqnoz olunur. Təbii ki, kişilərdə qadınlara nisbədən 3 dəfə çox rast gəlinir.
Mədədə nə baş verir:
Hər gün içkinin təsirindən mədənin divarı selikli qişası aşılanır, pH balansı pozulur, getdikcə divarlarda xoralar yaranır, yara dərinləşir, qişanın dərin qatlarına nüfuz edir və qanayır. Selikli qişada atrofik dəyişikliklər baş verir, getdikcə epitelin metaplaziyası başlayır, əgər bu baş verərsə, 40% hallarda mədədə bədxassəli şiş yaranır.
Əgər kişi tərkibində 20%-dən artıq etanol olan alkoqol və spirtli içki müntəzəm qəbul edərsə,
belə bir bədxassəli patoloji prosesin yaranması riski dəfələrlə artır.
Mədə elə bir orqandır ki, dözümlüdür və yüksək regenerasiya, özünü bərpa gücünə malikdir. Ona görə alqokoldan yaranan qastrit və xoranın müalicəsində birinci növbədə mədəyə dinclik vermək, ona alkoqol düşməsini tamam azaltmaq lazımdır.
Hətta sağlam bir mədə birdəfəyə böyük dozada spirtli içki qəbul edərsə,elə həmin gün kəskin forma qastritə tutula bilər.
Xroniki forma isə 5 ildən 10 ilə kimi davam edən müntəzəm içki qəbulunda yaranır.
İçki ilə yanaşı bu şəxslərdə qeyri-sağlam həyat tərzi, qidalanma, siqaret, bir sıra dərmanların qəbulu, həzm sisteminin digər bölmələrində, mədəaltı vəz, bağırsaqlarda iltihab və xoraların olması xəstəliyi kəskinləşdirib sürətləndirir.
Eləcə də mədə divarını dağıdan əsas infeksiya – Helikobakteriya pilori də öz təsirini göstərir.
Bəzən kişilər yanlış olaraq düşünür ki, spirtli içki, araq mədə-bağırsaqda infeksiya, parazit qoymur və məhv edir. Bu yanlışdır. Xroniki xəstələrdə məhz helikobakteri aşkarlanıb.
Əgər içki içən insanda səhərlər ürəkbulanma, mədədə yanğı, qaşınma, göynəmə, ümumi zəiflik, iştahsızlıq, ağrı, mədədə ağırlıq, qusma ilə xarakterik tutma şəkilli ağrı, ağızdan öd sarısı gəlməsi halları ayda 1-2 dəfə təkrarlanırsa, alkoqol mənbəli qastrit və xoradan şübhələnməli və təcili olaraq qastroenteroloqa getməlidirlər.
Daha çox kişilərdə içki və yeməkdən sonra gəyirmə, turş mədə şirəsinin ağıza gəlməsi, yeməkdən sonra mədə nahiyəsində köp, ürəkbulanma, uzun müddətli qəbizlik, ishal, rast gəlinir ki, bu hallara da adi yanaşır.
Diaqnoz üçün:
Qastroenteroloq qəbulu, bakteriya analizi, qastroskopiya – zondla mədəyə baxış, lazım gələrsə KT, daxili orqanların USM-i.
Pəhriz vacibdir:
Dietasız və içkini azaltmadan uğurlu müalicə mümkün deyil. Eləcə də fizioterapiya, xüsusi mineral sular olan kurortlar, istirahət, düzgün həyat tərzi yaxşı təsir edir.(medicina.az)
Bu barədə məlumatı Azərbaycan Respublikası Mərkəzi Bankı yayıb.
Gent.az xəbər verir ki, 2021-ci ilin iyunun 30-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, 1 Rusiya rublunun məzənnəsi dəyişməyərək 0.0234 manata, 1 avro 2.0236 manata enib.1 türk lirəsinin məzənnəsi isə 0.1945 manata qədər ucuzlaşıb.
Bununla bağlı sosial media hesabında paylaşım edən Fahriye öz markasını yaratdığını açıqlayıb.
Gent.az xəbər verir ki, ad və soyadındakı üç hərfdən istifadə edərək adlandırdığı "Ivy people" adlı markasından olan kolleksiyasını aktrisa öz üzərində təqdim edib.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev danışıb.
Gent.az xəbər verir ki, o bildirib ki, əvvəl iki tarif mövcud idi, yəni 10 qəpik və 20 qəpik tariflər. Onun sözlərinə görə, 2200 kubmetrə qədər 1000 kubmetr qazın qiyməti 100 manat idi, 2200 kubmetrdən yuxarı 1000 kubmetr qazın qiyməti 200 manat idi:
“Bu hissə abonentlərin 80 faizə qədərini təşkil edirdi. Yeni tarifdə isə bu rəqəmlərdə dəyişiklik olub. İllik istehlak həcmi 2200 kubmetrdən 1200 kubmetrə kimi endirilib.
2020-ci il və son 5 ayın araşdırması göstərir ki, indən belə həmin limitdən faydalananlar ümumi abonentlərin 51 faizini təşkil edəcək.
Bu gün 2,4 milyon abonentimiz var və onların 1,3 milyona yaxını qazı limit çərçivəsində, yəni 1 kubmetr 10 qəpik, 1000 kubmetri 100 manatdan istifadə edə biləcək”.
O qeyd edib ki, növbəti limit isə 1200 ilə 2500 kubmetr arasında bölünüb:
“Bu aralıqda olan həcm üçün isə 1000 kubmetr 200 manatdan, yəni 1 kubmetr 20 qəpikdən ödəniləcək. 2500 kubmetrdən yuxarı istifadə üçün isə 1 kubmetr 25 qəpikdən, 1000 kubmetr isə 250 manatdan müəyyənləşib”.(oxu.az)