• Şikayət et

Gecə klubunda yanğın – 17 nəfər öldü

Kamerunun paytaxtı Yaunde şəhərində gecə klubunda yanğın hadisəsi baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın nəticəsində 17 nəfər ölüb, onlardan 14-ü hadisə yerində vəfat edib. Daha 8 nəfər isə ciddi xəsarətlər alıb.

Məlumata görə, yanğın klubun zirzəmisində başlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Kamerunda Afrika Millətlər Kubokunun oyunları keçirilir.

Mənbə:
0
67
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar