Fransanın azərbaycanlı boksçusu hakimləri təhqir etdi - VİDEO

Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyev Tokio Yay Olimpiya Oyunlarını qalmaqalla tərk edib.

 

Modern.az-ın məlumatına görə, 91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançı Böyük Britaniya təmsilçisi Freyzer Klarka 1/4 final görüşündə uduzduqdan sonra rinqi tərk etmək istəməyib.

 

Referi onun döyüş vaxtı Klarka kəllə atdığını və nəticədə rəqibinin başından qan açıldığını bildirib. Bu səbəbdən Fransa təmsilçisi cəzalandırılaraq, məğlub elan edilib.

 

Lakin M.Əliyev rinqi tərk etməkdən imtina edib və nümayişkaranə hərəkətlərə əl atıb. O, narazılığını bildirib, söyüş söyüb və qeyri-etik jestlər göstərib.

 

 

Tokio-2020-də boks yarışının təşkilatçıları deyiblər ki, M.Əliyev belə davranışlarına və hakimləri təhqir etdiyinə görə diskvalifikasiya oluna bilər:

 

"O, ciddi cəzalana və diskvalifikasiya oluna bilər. Məsələ ilə bağlı qərar yaxın vaxtlarda qəbul olunacaq".

 

Qeyd edək ki, Murad Əliyev gümüş medal qazandığı Minsk-2019 II Avropa Oyunları vaxtı "Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşına verdiyi müsahibədə özü barədə geniş danışıb. O, atasının bərdəli, anasının ağdamlı olduğunu, özünün isə Rusiyanın paytaxtı Moskvada doğulduğunu bildirib: “Moskvada doğulsam da, sonradan atamın biznes fəaliyyəti ilə bağlı Fransaya köçmüşük. Altı yaşımdan orada böyümüşəm və boksla məşğul olmağa başlamışam. Vətəndaşlıq alandan sonra Fransa yığmasının üzvü oldum. Evimizdə hamı Azərbaycan dilində danışır”. ("Report")

 
Mənbə:
0
122
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar