Federasiyanın sürücüsünü döyərək öldürən şəxslər saxlanıldı

Daxili İşlər Nazirliyi Bakının Nərimanov rayonunda baş verən qətl hadisəsi barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə iyunun 24-də saat 19 radələrində A.M.Cümə küçəsində “Chevrolet” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Məmmədovun, sərnişinləri N.Canıyev və M.Abıyevin xuliqanlıq zəminində Səxavət Məmmədovu döymələri nəticəsində onun hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən K.Məmmədov, N.Canıyev və M.Abıyev saxlanılıblar. Faktla əlaqədar cinayət işi başlanıb.

Mənbə:
0
30
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar