• Şikayət et

Ərdoğan və xanımı Bakıda - YENİLƏNİB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

"Unikal" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

*** 12:47

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya yola düşüb.

"Unikal" xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" çərçivəsində Azərbaycan Hava Qüvvələri ilə Türk ulduzları və "Solotürk" qruplarının nümunəvi çıxışlarını izləyəcək.

Mənbə:
0
46
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar