Çempionlar Liqasında ilk finalçı "Mançester Siti" oldu

Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, Fransadakı ilk matçda PSJ-yə 2:1 hesabı ilə qalib gələn "Mançester Siti" cavab matçında rəqibini 2 cavabsız qolla məğlub edərək, həlledici qarşılaşmaya vəsiqə qazanıb.

"Şəhərlilər"in hər iki qolunun müəllifi Riyad Mahrez olub. Əvvəlcə 11-ci dəqiqədə fərqlənən əlcəzairli yarımmüdafiəçi 63-cü dəqiqədə dubl edib. Qonaqların heyətində Anxel Di Mariya 69-cu dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

"Mançester Siti"nin finaldakı rəqibi bu gün keçiriləcək "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) oyunundan sonra bəlli olacaq. İlk matç 1:1 hesabı ilə başa çatıb.

"Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 2:0

Qollar: Riyad Mahrez, 11; 63

Qırmızı vərəqə: Anxel Di Mariya, 69 (PSJ)

İlk oyun - 2:1

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
69
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar