Emin Mahmudovla Filip Ozobiç eyni komandada - 10 il əvvələ aid FOTOFAKT

“Qarabağ”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Filip Ozobiçin karyerası indikindən də parlaq ola bilərmiş.

Futbolun sirlərinə “Mladost”da yiyələnib, “Dinamo”da (Zaqreb) davam edən xorvatiyalı 2010-cu ildə Moskva “Spartak”ına yollanıb.

Gənc Filip paytaxt təmsilçisinin sıralarına qatılanda, bir çox tanınmışlarla – Velliton, Ari, İbson, Aleks, Andrey Tixonov, Diniyar Bilyaletdinov, Nikolas Parexa, Artyom Dzyuba, Kirill Kombarov, Emanuel Emenike - komanda yoldaşı olub.

O cümlədən Emin Mahmudovla.

Bəli, hazırda “Neftçi”nin şərəfini qoruyan, Azərbaycan millisində çiyin-çiyinə oynadığı həmin Mahmudovla.

O dönəmdə hər ikisi gənc idi. Emin 18, Filipsə 19 yaşında.

Elə buna görə də komandanın o vaxtkı baş məşqçisi Valeri Karpin sonradan Azərbaycan futbolunda ulduza çevriləcək gənclərə az şans verib.

Mahmudov həmin mövsümdə çempionatda 12 oyunun iştirakçısı olubsa, Ozobiç cəmi 1 rəsmi matçda meydanda görünüb.

Hətta “Sibir”lə Rusiya kuboku matçında eyni anda meydanda olmaq imkanı qazanıblar. Bu, 2011-ci ilin martın 3-nə təsadüf edib.

Növbəti mövümdə Emin “Tom”a icarəyə verilib, Filipsə eyni şərtlə “Hayduk”a göndərilib.

HƏBİB / SPORTİNFO.AZ

Mənbə:
0
113
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar