<p>&quot;Tələbələrin oxuyub oxumasını m&uuml;əyyənləşdirilmək &uuml;&ccedil;&uuml;n kitabxanalarda kataloqlara baxmaq lazımdır&quot;. Azerforum.com xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Etibar Əliyev deyib. &quot;Bir dəfə b&ouml;y&uuml;k universitetlərin birində ləkataloqlara baxdım. Orada axırıncı kitab 1992-ci ildə oxumuşdu. Plagiatlığa, ayda 5 kitab yazanlara gəlincə isə, m&uuml;əllif &ouml;z&uuml; hiss eləməlidir ki, onun kitabını oxuyurlar yoxsa yox. Bu g&uuml;n ən vacib məsələ elmin populyarlaşdırılmasıdır. Biz bunu bacarmırıq. Burada problem tənqid&ccedil;ilərin olmamasıdır. Hamı bir-birinin kitabını tərif edir. Tərc&uuml;mə ədəbiyyatı yoxdur. &Uuml;mumilikdə bu sahədə ciddi boşluqlar var Plagiatılıq məsələsinə gəlincə, bu barədə ciddi araşdırma lazımdır&quot;.</p>