“Meteksan Savunma” tərəfindən NAZAR Layihəsi çərçivəsində hazırlanan Lazer Elektron Hücum Sistemi (LEHS) Türkiyə Dəniz Qüvvələri Komandanlığının inventarına daxil edilib.
Türkiyə Hərbi Dəniz Qüvvələrində uzun müddətdir ki, TV, IR, IIR və s. elektro-optik axtarış başlıqlı raketlərin lazerlə məhv edilməsi üçün tədqiqatlar aparılıb. Bu istiqamətdə mühüm bir mərhələyə qədəm qoyulub və “Meteksan Savunma” tərəfindən hazırlanan Lazer Elektron Hücum Sistemi Türkiyə HDQ Komandanlığının inventarına daxil edilib.
NAZAR Layihəsi
2007-ci ilin noyabr ayında Türkiyə HDQ Tədqiqat Mərkəzi Komandanlığı tərkibində lazer şüası ilə təsbit sistemi (LAPTES) modeli yaradılıb və HDQ Komandanlığında ilk dəfə lazerlərlə elektro-optik sensor aşkarlama işləri aparılıb. Bu fəaliyyətlərin ardınca, lazer əsaslı sistemlə ilk dəfə snayper durbini təsbiti (29 noyabr 2007), ilk dəfə sualtı periskop təsbiti (21 oktyabr 2009) və ilk LAPTES prototipinin istehsalı (19 mart 2009) həyata keçirildi.
3 oktyabr 2012-ci ildə ilk dəfə olaraq inventarda yer alan idarə olunan raket üçün lazer elektron hücum sınağı həyata keçirilib. Görülən işlərin nəticəsi olaraq 2016-cı il aprelin 4-də Müdafiə Sənayesi Komitəsinin və Hərbi Dəniz Qüvvələri Komandanlığının təşəbbüsü ilə NAZAR Lazer Elektron Hücum Sistemi Layihəsinə start verilib.
NAZAR-LEHS
“Meteksan Savunma” şirkətinin əsas podratçısı tərəfindən həyata keçirilən NAZAR Layihəsi çərçivəsində hazırlanan Lazer Elektron Hücum Sistemi, yəni LEHS 1 noyabr 2018-ci il tarixində TCG GOKOVA (F-496) freqatına inteqrasiya edilib. Beləliklə, Türkiyə Hərbi Dəniz Qüvvələri ilk dəfə bu xüsusiyyətə malik LEHS-i istifadəyə verib.
Daha qabaqcıl yolda
Məlumata görə, NAZAR LEHS Layihəsi əsasən texnologiya nümayişi deməkdir. İstehsal olunan Lazer Elektron Hücum Sistemi ilə lazerin elektro-optik axtarış başlıqlı raketlərin məhv edilməsi məqsədilə hava hücumundan müdafiə üçün istifadə oluna biləcəyi sübut edilib.
Bununla belə, NAZER LEHS-dən sonra NAZAR-KARA və NAZAR-DENİZ məhsullarını inkişaf etdirmək hədəflənmişdi. Quruda baza və obyektlərin hava hücumundan müdafiəsində istifadə olunacaq NAZAR-KARA Lazer Elektron Hücum Sisteminin də tamamlanaraq inventarlaşdırıldığını təxmin edirik. NAZAR-DENİZ isə indiki NAZAER LEHS-dən daha təkmil xüsusiyyətlərə malik bir sistemdir. Sistemin TF-2000 Hava Hücumundan Müdafiə esminesləri ilə birlikdə istifadəyə veriləcəyi üçün hələ də inkişaf mərhələsində olduğunu təxmin edirik.
NAZAR "Laser Electronic Warfare System"
Məlumata görə, Türkiyə Müdafiə Sənayesi Komitəsi və Dəniz Qüvvələri Komandanlığı qəbul fəaliyyətləri zamanı NAZER LEHS-in performansından çox razı qalıb. Bu səbəbdən NAZAR-DENİZ-i inventardakı bir çox platformaya, xüsusən də TF-2000 əvəzinə, İSTİF sinfinə məxus freqatlara inteqrasiya etmək mümkün ola bilər. Belə bir qərar qəbul edilərsə, NAZAR-DENİZ Layihəsinin TF-2000-dən asılı olmayaraq tez bir zamanda tamamlanacağı təxmin edilir.