• Şikayət et

Dünya nəhəngi Azərbaycanın 3D xəritəsini yarada bilər

Dünya nəhəngi olan "Leica Geosystems Technologies" şirkəti Azərbaycanın 3D xəritəsinin yaradılması üçün öz xidmətlərini təklif edib.

Index.az xəbər verir ki, bu barədə "Leica Geosystems Technologies" şirkətinin partnyoru "EKM Global Consulting GMBH" direktoru Elşən Musayev bildirib.

Elşən Musayev ilə yanaşı, "Leica Geosystems Technologies" şirkətinin Airborne sistemi üzrə vitse-prezidenti Klaus Noyman, Airborne üzrə satış meneceri Valentin Zaytsevdən ibarət nümayəndə heyəti Azərbaycanın 3D xəritəsinin yaradılması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti, "Azərkosmos" ASC və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirib.

Görüşlərdə yaradılacaq yeni sistemin gələcəkdə Azərbaycan iqtisadiyyatına verəcək faydaları haqqında məlumat verilib.

"Görüşlərdə Azərbaycanın yeni ortoxəritəsinin yaradılmasında istifadə olunacaq texnika və avadanlıqlar barədə məlumat verilib. "Leica Geosystems Technologies" şirkəti City Mapper2 və Terrain Mapper2 adlı yeni texnologiya yaradıb. Bu texnologiyalar Azərbaycanın müxtəlif sahələrində istifadə oluna bilər ki, zəruri data (verilər) əldə olunsun. Bu texnologiyadan Əmlak Məsələləri Dövlət Xidməti, Kənd Təsərrüfatı Nazirliyi və Daxili İşlər Nazirliyi istifadə edə bilər. Adıçəkilən texnologiyanı hətta delimitasiya məsələləri üzrə işlərin həlli zamanı istifadə etmək olar", - deyə Elşən Musayev qeyd edib.

Dünya nəhəngi Azərbaycanın 3D xəritəsini yarada bilər


Cənab Musayevin sözlərinə görə, qeyd edilənlərin Azərbaycanda həyata keçirilməsi və postprosessinqin - datanın əldə olunması üçün lazım olan işlərin yerli şirkətlər tərəfindən aparılması çox vacib məsələlərdən biridir: "Bir qədər dərinə getsək, dünyada ciddi inflyasiya prosesləri gedir və hər ölkənin investisiyaya ehtiyacı var. Azərbaycan bu xəritədən əldə etməklə ciddi investisiya cəlb etmək şansını qazanır. Müxtəlif datalar açılan zaman investorları cəlb etmək mümkündür. Çünki investorlar bu datadan istifadə edərək vacib investisiya qərarları verə bilərlər. İkinci məsələ - beyin mərkəzləri tərəfindən Azərbaycan üçün yeni biznes modellərinin yaradılması. Digər tərəfdən, peşəkar komanda qurmaqla biz bu xidmətləri yaxın və uzaq qonşulara təklif edə bilərik, başqa sözlə, ölkəyə valyuta axınını təmin etmək mümkündür".

Elşən Musayev deyib ki, bu sistemin qurulması dövlət xərclərinin xeyli azalmasına səbəb olacaq. "Qənaət olunmuş qazanılmış pul deməkdir. Standart biznes formatları yoxa çıxır. Yeni çağırışlara vaxtında və dəqiq cavab vermək lazımdır".

Klaus Noyman isə bildirib ki, "Leica Geosystems Technologies" ən son texnoloji yenilikləri təqdim etməklə ənənəvi və hava çəkilişlərini həyata keçirir: "Həmin texnologiya "ağıllı şəhər"lərin çəkilişində istifadə olunur. Bununla yanaşı, "Leica" rəqəmsal relyef modelinin tətbiqi imkanlarına da malikdir. Bizim Bakıya gəlişimizin məqsədi də məhz budur - Azərbaycan hökumətinə geniş data yığmağa maksimal dəstək göstərmək və gələcəkdə həmin datadan süni zəkanın köməyi ilə faydalı şəkildə istifadə etmək".



Valentin Zaytsev də qeyd edib ki, yeni sistemin tətbiqi Azərbaycana xarici investisiyaların cəlb olunmasına şərait yaradacaq: "İnvestisiya cəlb etməklə yanaşı, Azərbaycan böyük həcmdə xərclərə qənaət etmiş olacaq".

O əlavə edib ki, "Leica"nın təqdim etdiyi texnologiya yerdən 5 sm hündürlükdə olan istənilən obyekti qeydə almağa qadirdir: "Bu texnologiyanın tətbiqi Azərbaycanın yüksək keyfiyyətli xəritəsini yaratmağa kömək edəcək".



Qeyd edək ki, İsveçrənin "Hexagon" şirkətlər qrupunun tərkibinə daxil olan "Leica Geosystems Technologies" 200 ildən artıqdır ki, geodeziya sahəsində inqilabi yeniliklər təqdim edir.


Mənbə:
0
77
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar